MAKRONUN PUTİNİN SİMASINI SAXLAMAQ CƏHDİ... - “Bu, Fransa kimi “fahişə dövlət” üçün ümumi tendensiyadır...”

20 may, 2022 13:30

“Makron Putinin simasını qorumaq üçün Ukraynanın suverenliyi ilə bağlı güzəştlər təklif etmişdi”.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski hələ bir neçə gün əvvəl İtaliya televiziyasına müsahibəsində demişdi.

Ötən gün isə Ukraynanın XİN başçısı Dmitri Kuleba deyib ki, tarix Putinin simasını saxlamaq istəyən avropalı siyasətçiləri sərt şəkildə cəzalandıracaq: “İnanıram ki, Putinin reputasiyasına görə narahat olan həmin avropalılar rus qoşunları onların öz həmvətənlərini küçələrdə qətlə yetirəndə də onun “sifətini saxlamaq” üçün çıxışlar edəcəklər”.

Əslində, təkcə Ukraynaya rəhbərlik edən bu şəxslərin yuxarıda qeyd etdiyimiz fikirləri kifayətdir ki, Makron kimi Avropa liderlərinin ikiüzlü və miskin mahiyyəti üzə çıxsın və onların Putin Rusiyası ilə qaranlıq əlaqələri barədə dolğun təsəvvür yaransın.

Ancaq Putindən bu və ya digər səbəblərdən asılı olan Avropa liderləri, xüsusilə də Fransa Prezidenti Emmanuel Makron barədə ən dolğun qiymətləndirmə verənlərdən biri məşhur rusiyalı politoloq və publisist Andrey Piontkovskidir. O, bir müddət əvvəl iddia etmişdi ki, Putinin əlində Makrona qarşı ciddi kompramatlar var və Fransa Prezidentinin Moskvaya münasibətdə reveransları, Putinin qarşısında “quyruq bulaması” da bununla bağlıdır.

Piontkovski bildirib ki, bu cür faktların mövcudluğu hələ Makron birinci müddətə Fransa Prezidenti seçildiyi ilk vaxtlarda üzə çıxmışdı: “Rusiya xüsusi xidmət orqanları hər bir Fransa prezidentinə qarşı geniş kompromat toplamaqla məşğul olublar və bunlar həm erotik, həm də korrupsiya xarakteri daşıyıblar”.

Lakin politoloqun fikrincə, Fransanın Rusiya işğalı qarşısında sərgilədiyi miskin reaksiya təkcə Makrona qarşı kompromatlarla bağlı deyil və bu yanaşma ümumilikdə fransızların mənəviyyatı və tarixi köklərilə bağlıdır: “Bu əclaf Makronun dediyindən belə çıxır ki, təkbaşına savaşaraq, bütün Avropa İttifaqını Putin ordusundan qoruyan Ukrayna Avropa İttifaqına girməyə layiq deyil. Özü də tez-tez təkrarlayır ki, “gəlin rusları aşağılamayaq”, “rusları aşağılamaq olmaz”. Bunu o vaxt deyir ki, rus bombardmanları altında hər gün dinc ukraynalı qadınlar uşaqlar həlak olur, dünya hər gün rus, buryat, çeçen döyüşçülərinin dəhşətli cinayətlərinə şahidlik edir. Bu, Fransa üçün xarakterik durumdur. “Rusları aşağılamayın” deyən və bizə işğalçılarla necə rəftar etməyi öyrədən o ölkənin prezidentidir ki, orada İkinci Dünya müharibəsi dövründəki alman işğalı zamanı 4 il ərzində(bütün Fransa ərazisində) alman əsgərləri üçün “bardellər” fəaliyyət göstərirdi. Yəqin o, istəyir ki, Ukraynada da rus əsgərləri üçün “bardel” açılsın. Bunu istəyir? Bu, Fransanın davranışıdır. Bu, onların ümumi mahiyyətidir...

Makron iki dəfə Ukraynanı aşağılayıb – öz təkliflərilə və “rusları aşağılamayaq” deməklə. Fransanın – “fahişə dövlətin”, Makronun bəyanatlarından sonra onu bu cür adlandırmaqdan çəkinmirəm, ümumi hərəkət tendensiyası bax, budur. Guya indi o özü Avropa İttifaqında təmsil olunmağa layiqdir, Ukrayna isə yox...”

Piontkovski bir müddət əvvəl Fransanın bundan sonrakı addımlarını da proqnozlaşdırmışdı: “Makronun missiyası Ukraynanı Rusiya üçün sərfəli, Putin Rusiyasının sifətini saxlayacaq sülh şərtlərinə razılaşmağa məcbur etməkdir. Makron bununla məşğul olacaq...”

Əlbəttə, Fransanın xarici siyasətinin mahiyyəti barədə bütün bu deyilənlərdə böyük həqiqət payının olduğunu Azərbaycan olaraq, biz də öz üzərimizdə dəfələrlə hiss etmişik. Bu dövlətin məhz Ermənistan kimi işğalçıya arxa durması, Fransa senatının Azərbaycanın ayrılmaz hissəsi olan ərazilərdəki qondarma rejimin tanınmasına dair qətnamə çıxarması, öllkəmizə qarşı çirkin kampaniya aparması və s. bunun bariz sübutudur.

Hazırda Ukraynaya açıq işğalçılıq müharibəsi ilə gedən Putinin “simasını saxlamağa” çalışan Fransa 44 günlük müharibə, eləcə də ondan öncəki və sonrakı dövrlərdə də işğalçı Ermənistanın “simasını saxlamaq” istəyirdi. Yəni, dəsti-xətt eynidir, dəyişməzdir...

Makrona gəlincə o, təkcə rəsmi məlumatlara görə son aylarda hərəsi 1-2 saat davam etməklə, on dəfələrlə Putinə zəng edib. Ancaq bu zənglərin, xahiş-minnətlərin münaqişənin gedişinə müsbət təsir edən, sülhə gətirə biləck heç bir nəticəsi, xeyri olmayıb. Buna baxmayaraq, zənglər davam edir.

Deməli, məqsəd dünya birliyinin, Avropanın çıxarlarına xidmət etmək, sülhün əldə olunması kimi hansısa nəticə qazanmaqdan daha çox Putini “piyasada saxlamaq”dır. Yəni, Putin özünü təklənmiş hiss etməsin, “dünya lideri” statusunu saxlasın, onunla Avropanın ən aparıcı ölkələrindən birinin daim dialoqda olduğu, Avropanın “rus çarı” ilə hələ də hesablaşdığı, bir sözlə, Putinin Ukraynada törətdiyi hərbi cinayətlərə baxmayaraq, sivil dünyanın bir parçası olaraq qalması görüntüsü yaradılsın. Bununla da Putin Rusiyasının yeni dünya düzəninin formalaşması prosesindən kənarda saxlanmasının, dünya çapında nüfuzunun, təsirinin minimuma endirilməsinin qarşısı mümkün qədər alınsın. Budur Makron kimi Avropa liderlərinin “misssiyası”.

Bu “missiya”nın öz məqsədinə mütləq şəkildə çatacağını isə söyləmək çox çətindir. Çünki nəyinsə qarşılığında işğalçıların simasını qorumağa çalışanlar, hamının gözü qarşısında öz simalarını itirirlər...“AzPolitika.info”

25 iyun

01:10 - Ermənilər Laçındakı qaz borularını söküb Qaladərəsinə daşıyır01:05 - Neftin yenilənmiş büdcə qiyməti risk formalaşdırır? 01:00 - Tiflisdə aksiyalar başladı: Minlərlə insan şəhərin mərkəzinə toplaşdı - FOTOLAR 00:56 - Rusiya qazdan silah qismində istifadə edir...

24 iyun

18:34 - Rekord uduş fondlu, bol uduşlu "10"17:27 - Revanşistlər Xankəndiyə gəldi - Bakıya qarşı plan?16:47 - Rusiyaya casusluq edən deputat ifşa olundu16:05 - Rusiya şirkətlərinin Qarabağın bərpasına olan yüksək marağı nə ilə bağlıdır?15:20 - Azərbaycanda gənc narkomanların sayı açıqlandı15:17 - Azərbaycanla bağlı 907-ci düzəliş bu il də dayandırılır - Ermənilərə zərbə15:13 - "ATƏT-in Minsk qrupu fəaliyyətini dayandırıb" - Lavrov səbəbini açıqladı12:52 - Azərbaycanı işğal edən rus generalının Krımda sərgisi açıldı12:47 - Xəzəri işğal edən məmur villaları da söküləcək? - VİDEO 12:44 - Avropaya ixracın artması qazı bahalaşdıracaq? 11:14 - Rəsmi qəzet naziri "vurdu"11:10 - Türkiyə və Rusiya arasında kritik müzakirə - Ağ Evdən reaksiya09:48 - "Əgər Dağlıq Qarabağ Azərbaycanın tərkibində ola bilməz deyirsinizsə..."01:34 - "Putin NATO-nu dağıtmaq üçün Litvaya hücum edə bilər" - "Freedom" marafonu...01:30 - "Ukrayna, Moldova və növbəti mərhələdən əvvəl ev tapşırığını yerinə yetirməlidir" - Lyayen01:28 - "Azərbaycan Rusiyanın Cənubi Qafqazda mühüm müttəfiqidir" - Rusiya XİN

23 iyun

22:42 - Rusiya ilə NATO arasındakı daha bir gərginlik - Yeni cəbhə açıldı22:39 - Ermənistanın revanşist "Müqavimət" hərəkatı üzvləri Azərbaycan rayonlarını gəzdi - FOTO 22:36 - İlham Əliyev Müttəfiqlik Bəyannaməsindən nələr danışdı?19:39 - "Türk kəşfiyyatı İranın İsrail vətəndaşlarına sui-qəsd planını aşkara çıxarıb" - Yair Lapid19:36 - Ermənistanın müdafiə naziri Moskvaya niyə gedir?16:24 - İran ABŞ-dan 4,3 milyard dollar təzminat tələb edir16:21 - "Vəzifəyə getmək üçün arvadını boşayıb başqasının arvadını alır" - Sərdar Cəlaloğlu16:18 - "İran Rusiyaya qarşı tətbiq edilən sanksiyaların əleyhinədir" - İran XİN rəhbəri12:15 - "Ukraynada müharibə hələ uzun sürəcək" - NATO Baş katibi12:13 - Sərhəddə əməliyyat - Gülənin qardaşı qızı qaçarkən saxlanıldı