Çindən Rusiyaya ixrac kəskin azalıb - Pekin Qərbin sanksiyalarından qorxur

19 may, 2022 17:15

ABŞ-ın məşhur “The Washington Post” qəzetində yayımlanan məqalədə Çinin yüksək texnologiyalarının Rusiyaya ixracatının mart ayında kəskin azaldığı yazılıb. Bunu ABŞ-ın ticarət naziri Djina Raymonda da təsdiq edib. 

Onun sözlərinə görə, Çin şirkətləri Amerika sanksiyalarından ehtiyat etdiklərinə görə, Rusiyaya ixracatı azaldıblar. Çin Rusiyaya ixracatı azaltmasaydı, Amerika Çin şirkətlərini müasir texnologiyalardan və proqram təminatından məhrum edəcəkdi. Pekin bu risqi proqnozlaşdıraraq yüksək texnologilayalar istehsal edən şirkətlərini Rusiya ilə ticarətdə ehtiyatlı olmağa dəvət edib.

Mart ayında Çindən Rusiyaya bilgisayarların ixracatı keçmiş aylarla müqayisədə 40 faiz azalıb. Çin istehsalı olan smarfonların Rusiyaya ixracatı təxminən 60 faiz, kommunikasiya vasitələrinin ixracatı isə 98 fazi azalıb. Çinlə yanaşı Cənubi Koreya da Rusiyaya yüksək texnologiyaların ixracatını azaldıb. Cənubi Koreyanın yüksək texnologiyalarının Rusiyaya ixracatı 60 faiz azalıb.

Beləliklə, Pekin Vaşinqtonla siyasət meydanında mübarizə apararaq Rusiyanı strateji tərəfdaş adlandırsa da, Amerikanın Rusiyaya qarşı sərt sanksiyaları ilə hesablaşmaq məcburiyyətindədir. Yüksək texnologiyaların Rusiyaya ixracatı dayanmaq üzrədir. Bu, yaxın aylarda Rusiya sənayesi üçün ciddi problemlər yaradacaq.

Bu arada, Ağ Evdən yayımlanan açıqlamada, Çinin Rusiyaya Ukrayna savaşında dəstək verməsinə dair fakta malik olmadığı bildirildi. ABŞ prezidentinin yeni mətbuat katibi Karin Jan Pyerin sözlərinə görə, Çinin Rusiyaya maddi dəstək verməsinə dair sübutları yoxdur. Halbuki, Vaşinqtonda daha əvvəl belə fikirlər yayılırdı ki, Rusiya Ukraynada apardığı müharibədə rerusları tükəndiyi üçün Çindən silah və ərzaq yardımı istəyib. Pekin bu iddiaları təıkzib etmişdi.

Çinin Rusiyaya yardım etməsinə dair faktın olmadığını dövlət katibi Entoni Blinken də söyləyib. ABŞ prezidenti Co Bayden keçmiş aylarda Pekini xəbərdar etmişdi. Bayden bildirmişdi ki, Çin Rusiyaya hərbi yardım etsə və sanksiyalardan yayınmağa çalışsa bu Pekinə ciddi problemlər yaradacaq. Nəticədə Pekin bu xəbərdarlığı nəzərə almaq məcburiyyətində qaldı.

“Atlas” Araşdırmalar Mərkəzi

29 iyun

01:46 - "Ukraynaya görə Rusiya ilə döyüşməyəcəyik" - Boris Conson01:16 - İraqda İsraillə münasibətlərin normallaşdırılmasını istəmək cinayət hesab olunacaq01:12 - Ermənistanda fəhlələr aclığa başladı01:09 - Əli Xameneinin müşavirindən Azərbaycana qarşı ittihamlar01:06 - Türkiyə Finlandiya və İsveçin NATO-ya üzv olmasına niyə razılıq verdi?

28 iyun

17:34 - Rusiyadan NATO sammitinə "sürpriz" - FOTO 17:27 - Putin Xersonun müdafiəsində nüvə silahından istifadəni nəzərdə tutub? 17:23 - "Rusiya ilə danışıqlar yolunun tapılması tərəfdarıyam" - Henri Kissincer12:27 - "Seyid cəddinə arxayın olan kimi, biz də neft və qaz gəlirlərinə arxayın olmamalıyıq" - Siyavuş Novruzov12:08 - Azərbaycanda böyük bir mafiya var: Turizmin inkişafına imkan vermirlər - Millət vəkili11:20 - Laçından ermənilər köçürülür?11:18 - Ermənistanı Qarabağa dair tələbləri yumşaltmağa kim çağırıb? - Paşinyan açıqladı11:15 - "Rusiya ordusu axıra qədər vuruşmağa məcburdur" - Budanov00:13 - Rusiya ticarət mərkəzini haradan və necə vurub?

27 iyun

22:37 - İsveç terrorçular üçün təhlükəsiz sığınacaq olmayacaq22:35 - İlham Əliyev Putinlə nə vaxt görüşəcək?22:30 - Rusiya bu ölkənin 8 diplomatını geri göndərir18:40 - Vüsal Novruzov niyə həbs edilmir?18:14 - Müharibənin 124-cü günü - Rusiya Ukraynanın itkilərini açıqladı18:11 - Çapay Sadıqlı nə üstündə öldürülüb  - AXCP fəalının qətlinin təfərrüatı18:09 - Səfirimiz İran XİN-ə getdi14:03 - "Xəzər beşliyi" fəaliyyətini necə davam etdirəcək?12:42 - İlham Əliyev Ermənistana   xəbərdarlıq etdi11:47 - Nazirlər Bakı Bəyannaməsi imzaladılar - FOTOLAR11:09 - Azərbaycanda növbəti komando hərbi hissələri açılacaq10:04 - İbrahim Kalından Qarabağ açıqlaması - "Amerikalılarla qarşı-qarşıya gəldik"10:02 - Putinin nüvə çamadanı necə işləyir?09:57 - Azərbaycanda təyyarə biletinin qiyməti artmaqda davam edir09:54 - "Rusiya son bir əsrdə ilk defolt elan edib" - "Bloomberg"

26 iyun

20:25 - Azərbaycan səfiri İran şirkətlərini Qarabağ və Şərqi Zəngəzura sərmayə yatırmağa çağırıb