Rusiya və ABŞ niyə razılığa gələ bilmədi? - Sergey Ryabkov aydınlıq gətirdi

11 yanvar, 2022 01:43

Cenevrədə Rusiya və ABŞ arasında təhlükəsizlik zəmanətləri üzrə danışıqlar zamanı tərəflər NATO-nun genişlənməməsi məsələsində irəliləyişə nail ola bilməyiblər. 

Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

Bu, Rusiyanın dekabrda irəli sürdüyü əsas təkliflərdən biri idi. “Biz Qərbin təqdim olunan bir sıra məsələlərdə çeviklik nümayiş etdirəcəyini gözləmirik”, - deyə o, danışıqlardan sonra keçirilən brifinqdə bildirib.

Nazir müavinin sözlərinə görə, NATO-nun genişlənməməsi mövzusu “Amerika tərəfinin çox ciddi etirazlarına” səbəb olub. Ryabkov xüsusilə vurğulayıb ki, Rusiya üçün ən vacib məsələ Ukrayna və Gürcüstanın Alynasa daxil olmamasıdır.

“Bizə hüquqi öhdəliklər, vədlər yox, təminatlar lazımdır. Haqqında danışdığım ölkələr NATO-ya üzv olmamalıdır, bu, Rusiyanın milli təhlükəsizlik məsələsidir”.

ABŞ dövlət katibinin müavini Vendi Şerman danışıqlardan sonra bildirib ki, ABŞ yeni ölkələrin NATO-ya daxil olmasını məhdudlaşdırmaq niyyətində deyil:

“Biz heç kimin başqa ölkə üçün NATO-ya qapını bağlamasına icazə verməyəcəyik” .

Cenevrədəki danışıqlar Rusiya tərəfinin təşəbbüsü ilə keçirilib. Xatırladaq ki, dekabrın 17-də Rusiya Xarici İşlər Nazirliyi ölkənin NATO və ABŞ ilə təhlükəsizlik təminatlarına dair saziş layihələrini dərc edib. Rusiya Federasiyasının şərtlərinə görə, ABŞ keçmiş Sovet İttifaqının NATO üzvü olmayan ölkələrinin ərazisində hərbi bazalar yaratmamalı, alyans şərqə doğru genişlənməsini dayandırmalıdır.

20 may

09:12 - ABŞ Ermənistanda hakimiyyət dəyişikliyi istəmir - Səfirin fikirlərini belə şərh edirlər 09:09 - Azərbaycanda dollar almaq əngəli - Absurd tələb niyə ləğv olunmur?01:26 - "ABŞ qoşunları Ukraynada döyüşməyəcək" - Pentaqon01:24 - NATO Baş kaibi Türkiyənin strateji əhəmiyyətindən danışdı01:22 - Rusiya Moldovaya müdaxilə edəcəkmi? - Makron

19 may

23:34 - Brüsseldə İlham Əliyev, Şarl Mişel və Paşinyanın görüşü olacaq23:30 - "İrəvan Moskvanın təhriki ilə Brüsseli neytrallaşdırır" - "Caliber"23:28 - Xoşqədəm Hidayətqızının həbsi tələb olunur - Xüsusi ittiham qaydasında məhkəməyə verildi17:45 - Baş Prokurorluq məhkəməyə müraciət etdi - Alimpaşa Məmmədovun həbs müddəti uzadıldı17:30 - Elman Rüstəmovun qızının borcu 15 milyona çatır – Fotofakt17:15 - Çindən Rusiyaya ixrac kəskin azalıb - Pekin Qərbin sanksiyalarından qorxur17:00 - Kreml “Şimal Axını-2” kəmərinin fəaliyyətə başlayacağına ümid etmir 16:45 - Ukraynadakı müharibəni dayandırmağa kimlər mane olur? - “Bloomberg”16:30 - Azərbaycanda SAT-ın imtahan suallarını satanlar həbs edilib16:15 - “Rusiya Kiyevlə danışıqlara hazırdır“ - Rudenko16:00 - Z və V hansı mənanı daşıyır? - Rusiya MN-dən açıqlama15:45 - Ermənistanın sərhəd komissiyasının tərkibi müəyyənləşdi15:30 - “Əks-hücum daha çox vaxt tələb edir...” – Ukraynanın yaxın üç aya aid planları məlum olub15:15 - İran sərhədçilərinin öldürdüyü Mircavadın 22 yaşı olub15:00 - Prezidentin yüksək vəzifəyə təyin etdiyi Şahin Əliyev kimdir? - dosye14:40 - "Nə Aİ, nə də NATO Rusiya ilə müharibə istəyir" - Fransa XİN14:20 - "İsveç tamamilə terror yuvasıdır" - Türkiyə Prezidenti14:10 - ABŞ səfirindən Azərbaycan əleyhinə bəyanat13:55 - “Nə Putinlə, nə də Zelenski ilə əlaqələri kəsmək niyyətimiz var” - Ərdoğan 13:35 - "Ukrayna hazırda Avropa dəyərlərini qoruyur..." - 9 milyard avroluq "Marşal planı"13:18 - “Times”: “Ukraynadakı əməliyyat NATO-nun təxribatlarının nəticəsidir”13:15 - "Hazırda Azərbaycan mediası ciddi islahatlar dönəmini yaşayır" - Əhməd İsmayılov13:05 - İran sərhədçiləri Azərbaycan vətəndaşını güllələyərək öldürdü 12:50 - “Sevinirəm ki, Qurban Qurbanov “Qarabağ”dan qazandığı pulları belə xərcləyir” - Tahir Gözəl12:40 - Azərbaycanda yeni publik hüquqi şəxs yaradılır - FƏRMAN