Qırğızıstan Qazaxıstana nota verdi

09 yanvar, 2022 22:18

Qırğızıstan hakimiyyəti Bişkekdəki Qazaxıstan səfirliyinə etiraz notası göndərib. 

Bu barədə "Sputnik Qırğızıstan" məlumat yayıb.

Notaya səbəb məşhur qırğız musiqiçi Vikram Ruzaxunovun bu ölkənin hakimiyyət orqanları tərəfindən saxlanmasıdır.

Buna etiraz olaraq Bişkek sakinləri Qazaxıstan səfirliyi qarşısında aksiya keçiriblər. Onlar Qazaxıstan hakimiyyətindən qırğız musiqıçinin azadlığa buraxılmasını tələb ediblər.

Mitinqdə Milli Təhlükəsizlik Komitəsinin rəhbəri Kamçıbek Taşiyev iştirak edib.

Ruzaxunovun saxlanmasına Qırğızıstan Daxili İşlər Nazirliyi (DİN) də münasibət bildirib. Şöbə musiqiçinin tez-tez Almatıya qastrol səfərinə getdiyini və Yeni il ərəfəsində bu şəhərə dəvət edildiyini bildirib. Ruzaxunov dekabrın 16-da bilet alıb və yanvarın 2-də saat 20:00-da yola düşüb.

Bu məlumatı musiqiçinin yaxınları təsdiqləyib. İnsidentlə əlaqədar Qırğızıstanın Xarici İşlər Nazirliyi hazırda öz vətəndaşının Qazaxıstanda saxlanma şəraitini aydınlaşdırdığını açıqlayıb.

“Bu, Qırğızıstanda məşhur caz ifaçısı Vikram Ruzaxunovdur. O, tez-tez Qazaxıstana gedir, orada konsertlərdə iştirak edir. Onu dünya caz aləmində çoxları tanıyır. Biz onu tanıyırıq və sevirik! Xahiş edirəm, onun üzərinə heç nə yıxmayın, buraxın. O, sadə musiqiçidir!” – deyə Azis Abəkirov “Twitter”-dəki mikrobloqunda yazıb.

Qeyd edək ki, Qazaxıstan hakimiyyəti işkekdən olan caz orkestrinin rəhbəri Vikram Ruzaxunovu guya, nümayişlərdə iştirak etmək üçün Almatıd sakinlərinə pul verdiyini iddia edir.

20 may

09:12 - ABŞ Ermənistanda hakimiyyət dəyişikliyi istəmir - Səfirin fikirlərini belə şərh edirlər 09:09 - Azərbaycanda dollar almaq əngəli - Absurd tələb niyə ləğv olunmur?01:26 - "ABŞ qoşunları Ukraynada döyüşməyəcək" - Pentaqon01:24 - NATO Baş kaibi Türkiyənin strateji əhəmiyyətindən danışdı01:22 - Rusiya Moldovaya müdaxilə edəcəkmi? - Makron

19 may

23:34 - Brüsseldə İlham Əliyev, Şarl Mişel və Paşinyanın görüşü olacaq23:30 - "İrəvan Moskvanın təhriki ilə Brüsseli neytrallaşdırır" - "Caliber"23:28 - Xoşqədəm Hidayətqızının həbsi tələb olunur - Xüsusi ittiham qaydasında məhkəməyə verildi17:45 - Baş Prokurorluq məhkəməyə müraciət etdi - Alimpaşa Məmmədovun həbs müddəti uzadıldı17:30 - Elman Rüstəmovun qızının borcu 15 milyona çatır – Fotofakt17:15 - Çindən Rusiyaya ixrac kəskin azalıb - Pekin Qərbin sanksiyalarından qorxur17:00 - Kreml “Şimal Axını-2” kəmərinin fəaliyyətə başlayacağına ümid etmir 16:45 - Ukraynadakı müharibəni dayandırmağa kimlər mane olur? - “Bloomberg”16:30 - Azərbaycanda SAT-ın imtahan suallarını satanlar həbs edilib16:15 - “Rusiya Kiyevlə danışıqlara hazırdır“ - Rudenko16:00 - Z və V hansı mənanı daşıyır? - Rusiya MN-dən açıqlama15:45 - Ermənistanın sərhəd komissiyasının tərkibi müəyyənləşdi15:30 - “Əks-hücum daha çox vaxt tələb edir...” – Ukraynanın yaxın üç aya aid planları məlum olub15:15 - İran sərhədçilərinin öldürdüyü Mircavadın 22 yaşı olub15:00 - Prezidentin yüksək vəzifəyə təyin etdiyi Şahin Əliyev kimdir? - dosye14:40 - "Nə Aİ, nə də NATO Rusiya ilə müharibə istəyir" - Fransa XİN14:20 - "İsveç tamamilə terror yuvasıdır" - Türkiyə Prezidenti14:10 - ABŞ səfirindən Azərbaycan əleyhinə bəyanat13:55 - “Nə Putinlə, nə də Zelenski ilə əlaqələri kəsmək niyyətimiz var” - Ərdoğan 13:35 - "Ukrayna hazırda Avropa dəyərlərini qoruyur..." - 9 milyard avroluq "Marşal planı"13:18 - “Times”: “Ukraynadakı əməliyyat NATO-nun təxribatlarının nəticəsidir”13:15 - "Hazırda Azərbaycan mediası ciddi islahatlar dönəmini yaşayır" - Əhməd İsmayılov13:05 - İran sərhədçiləri Azərbaycan vətəndaşını güllələyərək öldürdü 12:50 - “Sevinirəm ki, Qurban Qurbanov “Qarabağ”dan qazandığı pulları belə xərcləyir” - Tahir Gözəl12:40 - Azərbaycanda yeni publik hüquqi şəxs yaradılır - FƏRMAN