Ukraynanın Ombudsmanı beynəlxalq təşkilatlara müraciət etdi - Saakaşviliyə görə

29 dekabr, 2021 00:42

Ukrayna Ali Radasının insan hüquqları üzrə müvəkkili Lyudmila Denisova Gürcüstan Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin eks-prezident Mixail Saakaşvilini hərbi hospitaldan həbsxanaya köçürmək niyyətini tənqid edib və xarici dövlətlərdən və beynəlxalq hüquq müdafiə təşkilatlarından bu cür planları pisləməyi xahiş edib.

Bu barədə TASS məlumat yayıb. 

“Gürcüstanın penitensiar xidmətinin Ukrayna vətəndaşı, Ukrayna Prezidenti yanında İslahatlar üzrə Milli Şuranın icraiyyə komitəsinin sədri Mixail Saakaşvilini Qoridəki hərbi hospitaldan yenidən həbsxanaya keçirmək niyyətini pisləyirəm. Xarici dövlətlərdən və beynəlxalq insan haqları təşkilatlarından Saakaşvilinin İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında Konvensiyanın 2-ci maddəsində təsbit olunmuş həyat, sağlamlıq və tibbi xidmət hüquqlarını pozan gürcü rəsmilərinin hərəkətlərini qətiyyətlə pisləməyi xahiş edirəm”, - deyə Ombudsman müraciətində bildirib. 

O, həmçinin Gürcüstanın ədliyyə nazirinə müraciət edərək Saakaşvili tam sağalana qədər Qoridəki hərbi hospitalda ona “ixtisaslı müalicə” göstərilməsinin təmin edilməsini xahiş edib.

Denisova qeyd edib ki, o, Saakaşvilinin səhhətini kritik hesab edir, həmçinin onun yeni aclıq aksiyasına başlamağa hazır olması ilə bağlı xəbərləri həyəcanlı məlumatlar adlandırıb. Onun fikrincə, o, başqa yerdə və ukraynalı mütəxəssisləri cəlb etməklə müalicə olunmalıdır: 

“Mən dəfələrlə Mixailin müalicəsinin multidissiplinar mülki klinikada və ya xaricdə davam etdirilməsinin zəruriliyini vurğulamışam. Əminəm ki, Ukrayna vətəndaşımızın sağlamlığına dəyən zərərin dərəcəsini və sonrakı müalicə üçün şərtləri müəyyən etmək üçün öz həkimlərini və ekspertlərini səfərbər etməlidir”. 

20 may

12:25 - Nəcməddin Sadıkov Xüsusi Təyinatlı Qüvvələri ləğv etdirmək istəyirmiş... şok detallar12:15 - Blinkendən qorxulu açıqlama: Ukrayna yox ola bilər, əgər Rusiyaya...12:05 - “Avroviziya”dakı qalmaqalın səbəbi açıqlandı12:00 - Ermənistanda generalın oğlu həbs edildi11:55 - İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul etdi11:40 - İtaliya səfiri İrəvanda qəzaya düşdü11:15 - Bakıdan İrəvana gedən Litva Prezidenti aksiya ilə qarşılaşdı - Video10:55 - "Rusiya NATO-ya üzv olmaqdan özü imtina edib" - ABŞ Dövlət katibi09:12 - ABŞ Ermənistanda hakimiyyət dəyişikliyi istəmir - Səfirin fikirlərini belə şərh edirlər 09:09 - Azərbaycanda dollar almaq əngəli - Absurd tələb niyə ləğv olunmur?01:26 - "ABŞ qoşunları Ukraynada döyüşməyəcək" - Pentaqon01:24 - NATO Baş kaibi Türkiyənin strateji əhəmiyyətindən danışdı01:22 - Rusiya Moldovaya müdaxilə edəcəkmi? - Makron

19 may

23:34 - Brüsseldə İlham Əliyev, Şarl Mişel və Paşinyanın görüşü olacaq23:30 - "İrəvan Moskvanın təhriki ilə Brüsseli neytrallaşdırır" - "Caliber"23:28 - Xoşqədəm Hidayətqızının həbsi tələb olunur - Xüsusi ittiham qaydasında məhkəməyə verildi17:45 - Baş Prokurorluq məhkəməyə müraciət etdi - Alimpaşa Məmmədovun həbs müddəti uzadıldı17:30 - Elman Rüstəmovun qızının borcu 15 milyona çatır – Fotofakt17:15 - Çindən Rusiyaya ixrac kəskin azalıb - Pekin Qərbin sanksiyalarından qorxur17:00 - Kreml “Şimal Axını-2” kəmərinin fəaliyyətə başlayacağına ümid etmir 16:45 - Ukraynadakı müharibəni dayandırmağa kimlər mane olur? - “Bloomberg”16:30 - Azərbaycanda SAT-ın imtahan suallarını satanlar həbs edilib16:15 - “Rusiya Kiyevlə danışıqlara hazırdır“ - Rudenko16:00 - Z və V hansı mənanı daşıyır? - Rusiya MN-dən açıqlama15:45 - Ermənistanın sərhəd komissiyasının tərkibi müəyyənləşdi15:30 - “Əks-hücum daha çox vaxt tələb edir...” – Ukraynanın yaxın üç aya aid planları məlum olub15:15 - İran sərhədçilərinin öldürdüyü Mircavadın 22 yaşı olub15:00 - Prezidentin yüksək vəzifəyə təyin etdiyi Şahin Əliyev kimdir? - dosye14:40 - "Nə Aİ, nə də NATO Rusiya ilə müharibə istəyir" - Fransa XİN14:20 - "İsveç tamamilə terror yuvasıdır" - Türkiyə Prezidenti