Gürcüstanda seçkilərin ikinci turu - Qalib kimdir?

31 oktyabr, 2021 00:10

Bu gün Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilərin ikinci mərhələsi keçirilib. Bu ölkədə Tbilisi də daxil olmaqla 20 şəhər və rayona mer, həmçinin 24 majoritar dairədə yerli məşvərətçi orqana (sakrebulo) deputatlar seçilib. Gürcüstan KİV-lərinin yaydığı xəbərlərə görə, səhər 08:00-da başlayan səsvermə prosesi saat 20:00-da seçki məntəqələrinin səslərin sayılması üçün bağlanması ilə başa çatıb. 

Seçki prosesi əksər məntəqələrdə sakit şəraitdə keçsə də, bəzi bələdiyyələrdə hakim “Gürcü Arzusu” və müxalif “Vahid Milli Hərəkat”partiyalarının tərəfdarları arasında qarşıdurmalar baş verib. 

Gürcüstan Mərkəzi Seçki Komissiyasının (CESKO) məlumatına görə, saat 17:00-dək qeydə alınan seçici fəallığı 39,5 faiz (825 129 seçici) təşkil edib. 

Mer seçkiləri ilə bağlı iki “exit-poll” keçirilib. Hakimiyyətə yaxtın “İmedi” telekanalının sifarişi əsasında “GORBI” araşdırmalar mərkəzinin həyata keçirdiyi “exit-poll”un nəticələrinə əsasən hakim “Gürcü Arzusu”nun Tbilisi üzrə mer namizədi Kaxa Kaladze 57,2 faiz, müxalif “Vahid Milli Hərəkat”ın namizədi Nika Melia isə 42,8 faiz səs toplayıb. Digər böyük şəhərlərə gəlincə isə “exit-poll” nəticələrinə görə "Gürcü Arzusu" Batumidə 50,8 faiz, Kutaisidə 51,9 faiz, Rustavidə 53,8 faiz səs çoxluğu ilə qalib gəlib.

Nəticələrə görə, “Gürcü Arzusu”nun Rustavi, Kutaisi və Batumi meri vəzifələrinə namizədləri də 50 faizdən çox səs toplayıblar.

Müxalif “Mtavari arxi” telekanalının sifarişi əsasında keçirilmiş “exit-poll”a əsasən isə, K.Kaladze cəmi 49 faiz, N.Meliya isə 51 faiz səs qazanıb. 

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili "Gürcü Arzusu" partiyasının yerli seçkiləri udduğunu iddia edib: “İlkin məlumatlara əsasən, biz bütün bələdiyyələrdə qalib gəlmişik”, deyən Qaribaşvili seçicilərə səsvermədə iştirak etdiklərinə görə təşəkkürünü bildirib və "Gürcü Arzusu" partiyasının namizədi Kaxa Kaladzeni Tbilisi meri seçilməsi münasibətilə təbrik edib:

“İkinci turda qələbə münasibətilə sizi təbrik edirəm. Seçkilər çox yaxşı və sakit mühitdə keçib”, - İ.Qaribaşvili deyib.

Hazırda “Gürcü Arzusu”nun liderləri və tərəfdarları partiyanın Tbilisidəki baş ofisinin qarşısında seçkilərdə qələbəni qeyd edirlər. Müxalifət də, öz növbəsində, özlərini seçkilərdə qalib olduğunu iddia edir.

Bu arada ölkənin Mərkəzi Seçki Komissiyası seçkilərin ikinci turunun ilkin nəticələrini açıqlayıb və bildirilib ki, artıq Tbilisi üzrə 769 məntəqənin 153-dən (19,8 faiz) əldə olunan səsləri hesablayıb. Nəticələrə əsasən, hakim "Gürcü Arzusu" partiyası namizədi Kaxa Kaladze 56,1 faiz, müxalif Vahid Milli Hərəkat partiyasından Nika Meliya isə 44 faiz səs əldə edib.

MSK qeyd edib ki, seçkilərin ikinci mərhələsində seçici fəallığı 49,09 faiz təşkil edib. Gürcüstan üzrə 1 milyon 25 min 406 seçici səsvermə hüququndan istifadə edib. Tbilisidə isə seçicilərin fəallığı 47,7 faiz olub.

Qeyd edək ki, seçkilərin ilk turu oktyabrın 2-də baş tutub və seçici fəallığı 51,92 faiz təşkil edib.

virtualaz.org

29 iyun

01:46 - "Ukraynaya görə Rusiya ilə döyüşməyəcəyik" - Boris Conson01:16 - İraqda İsraillə münasibətlərin normallaşdırılmasını istəmək cinayət hesab olunacaq01:12 - Ermənistanda fəhlələr aclığa başladı01:09 - Əli Xameneinin müşavirindən Azərbaycana qarşı ittihamlar01:06 - Türkiyə Finlandiya və İsveçin NATO-ya üzv olmasına niyə razılıq verdi?

28 iyun

17:34 - Rusiyadan NATO sammitinə "sürpriz" - FOTO 17:27 - Putin Xersonun müdafiəsində nüvə silahından istifadəni nəzərdə tutub? 17:23 - "Rusiya ilə danışıqlar yolunun tapılması tərəfdarıyam" - Henri Kissincer12:27 - "Seyid cəddinə arxayın olan kimi, biz də neft və qaz gəlirlərinə arxayın olmamalıyıq" - Siyavuş Novruzov12:08 - Azərbaycanda böyük bir mafiya var: Turizmin inkişafına imkan vermirlər - Millət vəkili11:20 - Laçından ermənilər köçürülür?11:18 - Ermənistanı Qarabağa dair tələbləri yumşaltmağa kim çağırıb? - Paşinyan açıqladı11:15 - "Rusiya ordusu axıra qədər vuruşmağa məcburdur" - Budanov00:13 - Rusiya ticarət mərkəzini haradan və necə vurub?

27 iyun

22:37 - İsveç terrorçular üçün təhlükəsiz sığınacaq olmayacaq22:35 - İlham Əliyev Putinlə nə vaxt görüşəcək?22:30 - Rusiya bu ölkənin 8 diplomatını geri göndərir18:40 - Vüsal Novruzov niyə həbs edilmir?18:14 - Müharibənin 124-cü günü - Rusiya Ukraynanın itkilərini açıqladı18:11 - Çapay Sadıqlı nə üstündə öldürülüb  - AXCP fəalının qətlinin təfərrüatı18:09 - Səfirimiz İran XİN-ə getdi14:03 - "Xəzər beşliyi" fəaliyyətini necə davam etdirəcək?12:42 - İlham Əliyev Ermənistana   xəbərdarlıq etdi11:47 - Nazirlər Bakı Bəyannaməsi imzaladılar - FOTOLAR11:09 - Azərbaycanda növbəti komando hərbi hissələri açılacaq10:04 - İbrahim Kalından Qarabağ açıqlaması - "Amerikalılarla qarşı-qarşıya gəldik"10:02 - Putinin nüvə çamadanı necə işləyir?09:57 - Azərbaycanda təyyarə biletinin qiyməti artmaqda davam edir09:54 - "Rusiya son bir əsrdə ilk defolt elan edib" - "Bloomberg"

26 iyun

20:25 - Azərbaycan səfiri İran şirkətlərini Qarabağ və Şərqi Zəngəzura sərmayə yatırmağa çağırıb