"NATO-nun qapıları Ukraynanın üzünə açıqdır" - ABŞ-ın Müdafiə naziri

20 oktyabr, 2021 00:13

ABŞ-ın Kiyevdə səfərdə olan müdafiə naziri Lloyd Ostin Ukraynanın şərqində müharibənin başlanması və davam etməsinə görə Rusiyanın məsuliyyət daşıdığını bəyan edib.

Ostin Ukraynanın müdafiə naziri Andrey Taranla birgə keçirdiyi mətbuat konfransında deyib ki, bu müharibəni Rusiya başlayıb, dinc tənzimləməyə mane olan da Rusiyadır.

Kiyevə ayaq basan kimi yazdığı tvitdə ABŞ müdafiə naziri bildirib ki, onun səfərindən məqsəd Ukraynanın ərazi bütövlünə sarsılmaz dəstək ifadə etmək və onun Rusiyanın gələcək təcavüzülərinin qarşısını almasına kömək etməkdir.

Ukraynanın NATO üzvlüyü perspektivlərindən danışan Ostin deyib ki, bu üzvlüyə heç bir üçüncü ölkənin veto qoymaq hüququ yoxdur.

NATO rəsmi olaraq qapılarının Ukraynanın üzünə açıq olduğunu bəyan edib, lakin Kiyevə bugünədək üzvlük danışıqlarının başlanması üçün hərəkət planı verilməyib.

Rusiya Ukraynanın mümkün NATO üzvlüyünə qəti etiraz edir. Bu yaxınlarda prezident Vladimir Putinin sözçüsü Dmitri Peskov deyib ki, Ukraynanın NATO üzvlüyünə yaxınlaşdığı təqdirdə Moskva aktiv hərəkətlərə keçməli olacaq.

Ukrayna müdafiə nazirinin sözlərinə görə, danışıqlar zamanı ABŞ və Ukrayna arasında müdafiə əməkdaşlığının möhkəmləndirilməsi üçün yol xəritəsi və Qara dənizdə təhlükəsizlik məsələsi müzakirə olunub.

Andrey Taran qeyd edib ki, ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması Kiyevin Birləşmiş Ştatlara etibarlı müttəfiq kimi güvənini azaltmayıb.

Xatırladaq ki, Ukrayna oktyabrın 18-də ABŞ-dan dava-dərman və silah-sursat yükünün ikinci dəstini alıb. 60 milyon dollarlıq bu yardımın göstərilməsi Ukrayna prezidentinin bu yaxınlarda ABŞ-a səfəri zamanı razılaşdırılmışdı.

29 noyabr

14:56 - İranda kütləvi aksiyalar başladı - 214 nəfər həbs olunub13:37 - Ukrayna məhkəməyə verildi - 4,5 milyard tələb edilir13:32 - Tanınmış ginekoloq qadına şiddətdən danışdı - VİDEO/FOTOLAR 13:24 - Prezident "Rossiya-1"ə telekanalına müsahibə verdi 12:31 - "Rus diplomatları ABŞ-dan qovulur" - Səfir11:48 - Aşqabad görüşünün mühüm detalları - Ermənistanın düşdüyü siyasi blokada daha da möhkəmləndi - ŞƏRH11:45 - Baş nazir Molla Məhəmməd ilk dəfə publika qarşısına çıxdı - "Xahiş edirik taqətdən düşmüş xalqımıza kömək edin..."10:06 - Azərbaycan "nümunəsi" - Bir gün əvvəl yaranan şirkət tenderin qalibi oldu10:00 - Prezidentin İƏT Zirvəsindən verdiyi mesajlar - Azərbaycanın nüfuzu güclənir00:57 - Amerikalı ekspert İƏT-in XV Zirvə Toplantısını şərh edir - "Bəyannamə Ermənistanı məğlubiyyətini etiraf etməyə çağırışdır"00:54 - Prezidentin Soçi uğuruna Aşqabad "möhürü" - Bakı İrəvanın formal müttəfiqlərini də əlindən alır00:51 - Azərbaycan və İran prezidentləri Zəngəzur dəhlizindən danışdılar - Nələr müzakirə olunub?

28 noyabr

19:55 - "Zəngəzur dəhlizinə böyük əhəmiyyət veririk" - Ərdoğan19:53 - Sərhədlər bu ərazilərdən çəkilir - Rusiya nəşri19:50 - İlham Əliyev İran prezidenti ilə görüşdü - FOTOLAR17:19 - Avtomobil almaq istəyənlər, əlinizi cibinizdən çıxarın - Qaydalar dəyişir12:36 - İlham Əliyev Zirvə Toplantısında iştirak edir12:32 - "Ukrayna Qərb üçün qırmızı xətdir, Rusiya bu cizgini tapdasa..." - Keçmiş səfir00:53 - Rusiya hərbçiləri ən sıx patrul xidmətini Şuşa və Tərtər istiqamətində aparır...  - XƏRİTƏ00:49 - İrəvan-Culfa yolu da açılacaqmı? - Andrey Petrov şərh edir00:46 - Paşinyan Soçidə sülh vəd edir, Araik isə terrorçu rejimin bayrağı ilə İrəvana gəlir...00:43 - Yanukoviç hakimiyyətə qayıtmağa çalışır... - Amma necə?00:39 - Azərbaycanda şəhidə toy etdilər - VİDEO 00:37 - Fransa hərbçiləri mülki əhaliyə atəş açıb, ölənlər var...

27 noyabr

20:26 - "Soçi sammitinin nəticələri Azərbaycanın mövqeyini tam əks etdirir" - Korotçenko20:23 - BMT-bin Baş katibi Soçi görüşünə münasibət bildirdi20:20 - İran bu ölkələrə qadağa qoydu14:50 - Oleq Kuznetsov Rusiya-Azərbaycan münasibətlərini şərh etdi14:48 - Mövlud Çavuşoğludan Zəngəzur dəhlizi ilə bağlı - AÇIQLAMA14:44 - Tənzilə Rüstəmxanlının gənclərlə görüşü baş tutub - FOTOLAR