Gizli sövdələşmə üçün İrana uçarkən həbs edilən Venesuela diplomatı ABŞ-a təhvil verildi

17 oktyabr, 2021 19:12

Kabo-Verde hakimiyyəti Venesuela diplomatı, 2020-ci ilin iyun ayında İrana gedərkən bu ölkədə ABŞ-ın sorğusu əsasında həbs edilmiş Aleks Saabanı Birləşmiş Ştatlara ekstradisiya edib.

"Azsiyaset" virtualaz.org-a istinadla xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat verir. Ötən gün yerli vaxtla saat 16.00 radələrində Aleks Saabanı aparan təyyarə Kabo-Verdedən ABŞ-a uçub. O, Florida məhkəməsi qarşısında dayanacaq.

Aleks Saaba Kolumbiya vətəndaşlığı daşıyır, biznesmendir və  2019-cu ilin iyulunda Venesuela prezidenti Nikolas Maduronun maraqlarına xidmət edən “geniş korrupsiya şəbəkəsi” qurmaqda ittiham olunaraq ABŞ-ın sanksiyalar siyahısına salınmışdı. Bir il sonra Saaba ABŞ-ın sorğusu ilə Kabo-Verdedə həbs olunub. Diplomat İrana uçarkən təyyarəsi yanacaq götürmək üçün bu ölkəyə enmişdi və Federal Təhqiqatlar Bürosunun agentləri yerli İnterpol əməkdaşları ilə birlikdə onu saxlamışdılar.

Aleks Saaba Venesuelanın Afrika İttifaqındakı xüsusi nümayəndəsi postunu tuturdu. Kolumbiya KİV-lərinin yazdığına görə, o Venesuela hakimiyyəti ilə İran və Rusiya arasında ABŞ-ın maraqlarına zidd gizli razılaşmalar barədə informasiyalara malikdir. Rusiya XİN Aleks Saaba ətrafındakı situasiyanı “misli görünməmiş” adlandırıb. Nazirlik bəyan edib ki, ABŞ diplomatik status daşıyan səlahiyyətli şəxsin ekstradisiyasına nail olmaqla “yeni səviyyəyə qalxıb” və zərərli presedent yaradıb.

ABŞ hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, Aleks Saaba bu ölkənin maliyyə sistemi üzərindən Venesuela hakimiyyətinin xeyrinə azı 350 milyon dolların yuyulmasını həyata keçirib. Vəkilləri və Venesuela hakimiyyəti onun həbsini “siyasi motivli” hesab edir. Venesuela hakimiyyəti dəfələrlə Aleks Saabanın azad edilməsini tələb edib. Rəsmi Karakas bildirir ki, diplomat “humanitar missiya ilə” İrana uçurdu.

Aleks Saabanın ekstradisiyası ilə bağlı Venesuela hakimiyyəti müxalifətlə bir neçə ay əvvəl başlamış dialoqu dayandırdığını bəyan edib. Bu barədə Venesuela Milli Assambleyasının sədri Xorxe Rodriqes bildirib. O, Saabanın ekstradisiyasını ABŞ-ın Venesuelaya qarşı növbəti təcavüz aktı adlandırıb. “Bu təcavüz aktı ilə bağlı biz Mexikoda oktyabrın 17-də keçiriləcək növbəti raunda qatılmayacağıq”, - Venesuela hakimiyyətinin müxalifətlə dialoq aparan nümayəndə heyətinin başçısı Rodriqes deyib.

26 iyun

20:25 - Azərbaycan səfiri İran şirkətlərini Qarabağ və Şərqi Zəngəzura sərmayə yatırmağa çağırıb20:22 - AXCP fəalı Çapay Sadıqlı qətlə yetirildi20:18 - İlham Əliyev Kəlbəcərdə hərbi hissənin açılışını etdi11:49 - Üç türk ölkəsinin nazirləri Bakıda toplanır - Nələr müzakirə olunacaq? 11:47 - Azərbaycanın müdafiə xərcləri nə qədərdir?  - Rəqəmlər11:44 - "Ukraynada ABŞ komandoları döyüşür" - "The New York Times"01:17 - Rusiya müharibəni nə vaxt bitirəcək?01:07 - Dünyada yeni alyans: Avstraliya, Britaniya, Yeni Zelandiya, ABŞ və Yaponiya - Partners in the Blue Pacific01:04 - "Rusiya Belarusa "İskəndər-M" verəcək" - Putin

25 iyun

20:15 - İran atom elektrik stansiyası tikəcək 18:51 - Rusiyanın neft gəlirləri sürətlə artır - "The Washington Post"16:26 - "ABŞ müharibənin bitməsini deyil, Putinin devrilməsini istəyir..." - Qiora Aylend 16:21 - Rusiya daha bir ölkəni hədələdi - "Moldova hakimiyyəti lokomotivdən qabağa keçib"16:16 - Rusiya Belarus ərazisindən Ukraynaya raket zərbələri endirib13:03 - "İlk raketi Londona atacağıq..." - Rus general12:39 - "Kontakt Home"un problemli kreditləri - "Legal 12" şirkətinin "reket" əməlləri…12:25 - Ucuzlaşma anonsu verilir, vətəndaş inanmır...11:34 - İran Azərbaycana niyə hücumlar təşkil edir? - Detallar11:13 - Gürcüstan hökumətinə 1 həftə vaxt verildi...11:10 - Türkiyə qorxusu qonşunu hərəkətə keçirdi - Fransa ilə yeni hərbi anlaşma11:08 - Paşinyan medianın suallarına cavab verəcək11:06 - Azərbaycan-Naxçıvan bağlantısı ilə türkdilli ölkələrin əlaqələrini necə gücləndirmək olar?01:10 - Ermənilər Laçındakı qaz borularını söküb Qaladərəsinə daşıyır01:05 - Neftin yenilənmiş büdcə qiyməti risk formalaşdırır? 01:00 - Tiflisdə aksiyalar başladı: Minlərlə insan şəhərin mərkəzinə toplaşdı - FOTOLAR 00:56 - Rusiya qazdan silah qismində istifadə edir...

24 iyun

18:34 - Rekord uduş fondlu, bol uduşlu "10"17:27 - Revanşistlər Xankəndiyə gəldi - Bakıya qarşı plan?16:47 - Rusiyaya casusluq edən deputat ifşa olundu16:05 - Rusiya şirkətlərinin Qarabağın bərpasına olan yüksək marağı nə ilə bağlıdır?