"Saakaşvili həbsxanada yarım kq bal yeyib, necə aclıq edir?" - Qaribaşvili

11 oktyabr, 2021 17:16

“Aclıq aksiyası keçirən şəxs yarım kiloqram bal yeməz”.

“Azsiyaset” xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili həbsxanada aclıq aksiyası elan edən keçmiş Prezident Mixail Saakaşvili barədə deyib.

“Əgər bir insan aclıq aksiyası keçirdiyini elan edirsə, o, yarım kq bal yeməməlidir və mən bunu tam məsuliyyətlə bəyan edirəm. O, şəxsi kredit kartından istifadə edərək 7 şüşə bal alıb və yarım kq bal qəbul edib. Bundan nəticə çıxararaq bəsdir yalan danışdınız və cəmiyyəti aldatdınız”, - deyə Qaribaşvili jurnalistlərə bildirib. 

Baş nazirin sözlərinə görə, Saakaşvilinin səhhəti gündəlik olaraq müşahidə edilir və peşəkar həkimlər tərəfindən nəzarət olunur, vəziyyəti də qənaətbəxşdir. 

“Son zamanlar gördüyümüz sirk və şou yalnız bir məqsədə - məhbus Saakaşvilinin guya ağır xəstə olduğunu ictimaiyyətə göstərməyə xidmət edir. Və bu Saakaşvilinin şəxsən verdiyi tapşırıqdır. Çünki onlar (keçmiş hakim partiya “Vahid Milli Hərəkat” -red.) yerli özünüidarəetmə oranlarına keçirilən seçkilərin ikinci turunda da məğlub olacaqlar”, - deyə Qaribaşvili vurğulayıb.

27 iyun

10:04 - İbrahim Kalından Qarabağ açıqlaması - "Amerikalılarla qarşı-qarşıya gəldik"10:02 - Putinin nüvə çamadanı necə işləyir?09:57 - Azərbaycanda təyyarə biletinin qiyməti artmaqda davam edir09:54 - "Rusiya son bir əsrdə ilk defolt elan edib" - "Bloomberg"

26 iyun

20:25 - Azərbaycan səfiri İran şirkətlərini Qarabağ və Şərqi Zəngəzura sərmayə yatırmağa çağırıb20:22 - AXCP fəalı Çapay Sadıqlı qətlə yetirildi20:18 - İlham Əliyev Kəlbəcərdə hərbi hissənin açılışını etdi11:49 - Üç türk ölkəsinin nazirləri Bakıda toplanır - Nələr müzakirə olunacaq? 11:47 - Azərbaycanın müdafiə xərcləri nə qədərdir?  - Rəqəmlər11:44 - "Ukraynada ABŞ komandoları döyüşür" - "The New York Times"01:17 - Rusiya müharibəni nə vaxt bitirəcək?01:07 - Dünyada yeni alyans: Avstraliya, Britaniya, Yeni Zelandiya, ABŞ və Yaponiya - Partners in the Blue Pacific01:04 - "Rusiya Belarusa "İskəndər-M" verəcək" - Putin

25 iyun

20:15 - İran atom elektrik stansiyası tikəcək 18:51 - Rusiyanın neft gəlirləri sürətlə artır - "The Washington Post"16:26 - "ABŞ müharibənin bitməsini deyil, Putinin devrilməsini istəyir..." - Qiora Aylend 16:21 - Rusiya daha bir ölkəni hədələdi - "Moldova hakimiyyəti lokomotivdən qabağa keçib"16:16 - Rusiya Belarus ərazisindən Ukraynaya raket zərbələri endirib13:03 - "İlk raketi Londona atacağıq..." - Rus general12:39 - "Kontakt Home"un problemli kreditləri - "Legal 12" şirkətinin "reket" əməlləri…12:25 - Ucuzlaşma anonsu verilir, vətəndaş inanmır...11:34 - İran Azərbaycana niyə hücumlar təşkil edir? - Detallar11:13 - Gürcüstan hökumətinə 1 həftə vaxt verildi...11:10 - Türkiyə qorxusu qonşunu hərəkətə keçirdi - Fransa ilə yeni hərbi anlaşma11:08 - Paşinyan medianın suallarına cavab verəcək11:06 - Azərbaycan-Naxçıvan bağlantısı ilə türkdilli ölkələrin əlaqələrini necə gücləndirmək olar?01:10 - Ermənilər Laçındakı qaz borularını söküb Qaladərəsinə daşıyır01:05 - Neftin yenilənmiş büdcə qiyməti risk formalaşdırır? 01:00 - Tiflisdə aksiyalar başladı: Minlərlə insan şəhərin mərkəzinə toplaşdı - FOTOLAR 00:56 - Rusiya qazdan silah qismində istifadə edir...