Rusiyada keçirilən seçkilərin nəticəsi - "Vahid Rusiya" 42,50 faiz səslə lider oldu

20 sentyabr, 2021 00:15

Rusiyanın hakim Vahid Rusiya Partiyası Dövlət Dumasına keçirilən seçkilərdə qələbəsini elan edib.

Partiyanın ictimai dəstək qərargahında tədbir keçirilib.

Vahid Rusiya Partiyasının katibi, Federasiya Şurasının sədr müavini Andrey Turçak partiya üzvlərini inamlı qələbə münasibətilə ilə təbrik edib. O, çıxışında Vahid Rusiya Partiyasının lideri Dmitri Medvedyevin xəstə olduğundan toplantıya qatılmadığını, onun bütün partiya üzvlərini təbrik, “Vahid Rusiyaya” səs verənlərə təşəkkür etdiyini bildirib.

Daha sonra “Vahid Rusiya”nın seçkilərdə Moskva üzrə siyahısına rəhbərlik edən paytaxt meri Sergey Sobyanin çıxış edib.

Qeyd edək ki, VIII çağırış Rusiya Dövlət Dumasına seçkilər üç gün ərzində - 17-19 sentyabr tarixlərində keçirilib. Onlayn və ənənəvi formatda keçirilən seçkilərdə səsvermə yerli vaxtla 20:00-da başa çatıb. Mərkəzi Seçki Komissiyası ilkin nəticələri açıqlayıb. Nəticələrə görə, “Vahid Rusiya” 42,50 faiz səslə siyahıya liderlik edir. Ana müxalifət Kommunist Partiyası 23,22 faiz səslə ikinci, liberal demokratlar 8,82 faizlə üçüncü, Ədalətli Rusiya- Həqiqət Uğrunda Partiyası (7,13) dördüncü, Yeni İnsanlar Partiyası isə 6,95 faiz səslə beşinci yerdə qərarlaşıb.

27 iyun

10:04 - İbrahim Kalından Qarabağ açıqlaması - "Amerikalılarla qarşı-qarşıya gəldik"10:02 - Putinin nüvə çamadanı necə işləyir?09:57 - Azərbaycanda təyyarə biletinin qiyməti artmaqda davam edir09:54 - "Rusiya son bir əsrdə ilk defolt elan edib" - "Bloomberg"

26 iyun

20:25 - Azərbaycan səfiri İran şirkətlərini Qarabağ və Şərqi Zəngəzura sərmayə yatırmağa çağırıb20:22 - AXCP fəalı Çapay Sadıqlı qətlə yetirildi20:18 - İlham Əliyev Kəlbəcərdə hərbi hissənin açılışını etdi11:49 - Üç türk ölkəsinin nazirləri Bakıda toplanır - Nələr müzakirə olunacaq? 11:47 - Azərbaycanın müdafiə xərcləri nə qədərdir?  - Rəqəmlər11:44 - "Ukraynada ABŞ komandoları döyüşür" - "The New York Times"01:17 - Rusiya müharibəni nə vaxt bitirəcək?01:07 - Dünyada yeni alyans: Avstraliya, Britaniya, Yeni Zelandiya, ABŞ və Yaponiya - Partners in the Blue Pacific01:04 - "Rusiya Belarusa "İskəndər-M" verəcək" - Putin

25 iyun

20:15 - İran atom elektrik stansiyası tikəcək 18:51 - Rusiyanın neft gəlirləri sürətlə artır - "The Washington Post"16:26 - "ABŞ müharibənin bitməsini deyil, Putinin devrilməsini istəyir..." - Qiora Aylend 16:21 - Rusiya daha bir ölkəni hədələdi - "Moldova hakimiyyəti lokomotivdən qabağa keçib"16:16 - Rusiya Belarus ərazisindən Ukraynaya raket zərbələri endirib13:03 - "İlk raketi Londona atacağıq..." - Rus general12:39 - "Kontakt Home"un problemli kreditləri - "Legal 12" şirkətinin "reket" əməlləri…12:25 - Ucuzlaşma anonsu verilir, vətəndaş inanmır...11:34 - İran Azərbaycana niyə hücumlar təşkil edir? - Detallar11:13 - Gürcüstan hökumətinə 1 həftə vaxt verildi...11:10 - Türkiyə qorxusu qonşunu hərəkətə keçirdi - Fransa ilə yeni hərbi anlaşma11:08 - Paşinyan medianın suallarına cavab verəcək11:06 - Azərbaycan-Naxçıvan bağlantısı ilə türkdilli ölkələrin əlaqələrini necə gücləndirmək olar?01:10 - Ermənilər Laçındakı qaz borularını söküb Qaladərəsinə daşıyır01:05 - Neftin yenilənmiş büdcə qiyməti risk formalaşdırır? 01:00 - Tiflisdə aksiyalar başladı: Minlərlə insan şəhərin mərkəzinə toplaşdı - FOTOLAR 00:56 - Rusiya qazdan silah qismində istifadə edir...