Jirinovski yaxın aylarda başlayacaq böyük müharibə haqda: "Bir iki gün dözəcəklər, sonra Rusiya köməyə gələcək"

04 mart, 2021 17:16

Donbassda böyük müharibə çox yaxındadır. Rusiyalı siyasətçi, LDPR lideri Vladimir Jirinovski belə hesab edir. Onun fikrincə, hər şey təxribatla başlayacaq. “İlk bir-iki gün onlar dözəcəklər, sonra Rusiya köməyə gələcək...”, - Jirinovski bildirib.

 Litvaya qaçan belaruslu fəal Olqa Karaçla söhbətində Jirinovski deyib ki, Qərbə Ukrayna ancaq Rusiya ilə müharibə üçün lazımdır. Onun sözlərinə görə, müharibə çox güman ki, mayda başlayacaq. “1941-ci ildə olduğu kimi böyük müharibə olmayacaq, amma qurbanlar olacaq. Donbass uğrunda, Luqansk uğrunda müharibə, Krıma qarşı vuruşmaq cəhdi”,-o deyib.

Siyasətçinin sözlərinə görə, Ukrayna tərəfi artıq müharibəyə hazırlaşıb və Donetsk vilayətinə qüvvələr cəmləşdirib. Və Ukrayna ordusu indiki halda Qərb üçün “top yemi” olacaq.

“Böyük təxribat üçün onlar ilk bir-iki günü dözəcəklər. Sonra hamısı məhv ediləcək. Donetsk özünü müdafiə qüvvələrinin köməyinə Rusiya gələcək, rusdilli vətəndaşları, Rusiya pasportu olanları qorumaq üçün. Onlar isə orada yüz minlərlədir”,- Jirinovski hadisələri belə proqnozlaşdırıb.

“Məğlub olacaqlar”,- siyasətçi Ukraynanı nəzərdə tutaraq əlavə edib.

Qeyd edək ki, Azərbaycanın Qarabağı hərbi yolla azad etməsindən sonra Donbass separatçıları ciddi təşvişə düşüb. Onlar narahatdır ki, Ukrayna ordusu da eyni ssenari ilə, Türkiyədən aldığı “Bayraktar”ları da tətbiq etməklə hücuma keçəcək. Ötən gün Rusiya mənbələri “Donetsk özünümüdafiə ordusu”undakı acınacaqlı vəziyyət barədə məlumatlar yaymışdı və orada deyilirdi ki, Ukraynanın yazda gözlənilən hücumu ərəfəsində separatçıların ordusunda texnikanın yarıdan çoxu “metallom”dur, muzdlulara maaş verilmir, təchizat çox pisdir, motivasiya yoxdur. Ən adi hərbi vasitələr belə çatışmır.

Virtualaz.org

26 iyun

20:25 - Azərbaycan səfiri İran şirkətlərini Qarabağ və Şərqi Zəngəzura sərmayə yatırmağa çağırıb20:22 - AXCP fəalı Çapay Sadıqlı qətlə yetirildi20:18 - İlham Əliyev Kəlbəcərdə hərbi hissənin açılışını etdi11:49 - Üç türk ölkəsinin nazirləri Bakıda toplanır - Nələr müzakirə olunacaq? 11:47 - Azərbaycanın müdafiə xərcləri nə qədərdir?  - Rəqəmlər11:44 - "Ukraynada ABŞ komandoları döyüşür" - "The New York Times"01:17 - Rusiya müharibəni nə vaxt bitirəcək?01:07 - Dünyada yeni alyans: Avstraliya, Britaniya, Yeni Zelandiya, ABŞ və Yaponiya - Partners in the Blue Pacific01:04 - "Rusiya Belarusa "İskəndər-M" verəcək" - Putin

25 iyun

20:15 - İran atom elektrik stansiyası tikəcək 18:51 - Rusiyanın neft gəlirləri sürətlə artır - "The Washington Post"16:26 - "ABŞ müharibənin bitməsini deyil, Putinin devrilməsini istəyir..." - Qiora Aylend 16:21 - Rusiya daha bir ölkəni hədələdi - "Moldova hakimiyyəti lokomotivdən qabağa keçib"16:16 - Rusiya Belarus ərazisindən Ukraynaya raket zərbələri endirib13:03 - "İlk raketi Londona atacağıq..." - Rus general12:39 - "Kontakt Home"un problemli kreditləri - "Legal 12" şirkətinin "reket" əməlləri…12:25 - Ucuzlaşma anonsu verilir, vətəndaş inanmır...11:34 - İran Azərbaycana niyə hücumlar təşkil edir? - Detallar11:13 - Gürcüstan hökumətinə 1 həftə vaxt verildi...11:10 - Türkiyə qorxusu qonşunu hərəkətə keçirdi - Fransa ilə yeni hərbi anlaşma11:08 - Paşinyan medianın suallarına cavab verəcək11:06 - Azərbaycan-Naxçıvan bağlantısı ilə türkdilli ölkələrin əlaqələrini necə gücləndirmək olar?01:10 - Ermənilər Laçındakı qaz borularını söküb Qaladərəsinə daşıyır01:05 - Neftin yenilənmiş büdcə qiyməti risk formalaşdırır? 01:00 - Tiflisdə aksiyalar başladı: Minlərlə insan şəhərin mərkəzinə toplaşdı - FOTOLAR 00:56 - Rusiya qazdan silah qismində istifadə edir...

24 iyun

18:34 - Rekord uduş fondlu, bol uduşlu "10"17:27 - Revanşistlər Xankəndiyə gəldi - Bakıya qarşı plan?16:47 - Rusiyaya casusluq edən deputat ifşa olundu16:05 - Rusiya şirkətlərinin Qarabağın bərpasına olan yüksək marağı nə ilə bağlıdır?