Erməni generallar Paşinyana qarşı BİRLƏŞDİLƏR

20 dekabr, 2020 13:56

Ermənistan Silahlı Qüvvələrinin ehtiyatda və istefada olan generalları Paşinyan hökumətinin istefası tələbinə qoşulublar.

Azsiyasət.com xəbər verir ki, erməni generallar Azərbaycanla aparılan 44 günlük müharibədən sonrakı acınacaqlı vəziyyətə dair bəyanat da yayıblar. Bəyanata imza tatan generallar bildiriblər ki, Ermənistandakı cahil, diqqətsiz, təkəbbürlü səlahiyyətlilər ölkəni məhvə aparırlar. Onlar Ermənistan cəmiyyətini gündən-günə artan problemlərə və bölgədəki təhlükəsizliyə yeni təhdidlərə ayıq baxmağa çağırıblar.

“Bu məqsədlə ölkədə daxili siyasi sabitliyin qurulmasını, yeni səlahiyyətli, bilikli və təcrübəli bir hökumətin formalaşmasını, bütün dövlət strukturlarının və xüsusən də ordunun vəzifələrinin dəqiq şəkildə formalaşdırılmasını dərhal təmin etməyi vacib hesab edirik.

Mövcud hakimiyyət dövləti idarə etmək iqtidarında olmadığını, Vətən qarşısında üzərinə götürdüyü ağır məsuliyyətin yükünü daşıya bilmədiyini nəzərə alaraq, dərhal istefa verməlidir”,- erməni generallar bildiriblər.

Bəyanat müəllifləri dərhal Ermənistan-Dağlıq Qarabağ-Diaspor üçlüyünün bütün potensialdan istifadə etməyə, mövcud vəziyyəti təhlil etməyə və qiymətləndirməyə, düzgün yolları müəyyənləşdirməyə və hər şeyi sürətlə həyata keçirməyə çağırıb.

“Mövcud vəziyyətdə müttəfiqimiz Rusiyanın sülhməramlı səylərinə paralel olaraq laqeyd qalmamalı və düşmənin hər hansı təcavüzünə hazır olmalıyıq”, - deyə generallar əlavə ediblər. Bəyanatı generallar Seyran Ohanyan (keçmiş müdafiə naziri), Yuri Xaçaturov, Movses Hakopyan, Mikael Qriqoryan, Hayk Kotanjyan, Levon Mnatsakanyan, Arshavir Qaramyan,  Alik Mirzabekyan, Samvel Karapetyan, Armen Kagramanyan, Vladik Ovannisyan və digər yüksək çinli hərbçilər imzalayıblar.

24 yanvar

11:21 - "Ya rəhbərlik dəyişəcək, ya da idarəetmə Müşahidə Şurasına keçəcək" - Rövnəq Abdullayev erası bitdi11:13 - "Hakimiyyət xalqa, dünya isə Ermənistana tüpürüb" - Sarkisyanın kürəkəni02:19 - İran ABŞ-la əməkdaşlıq etməyə hazır olduğunu bildirdi 00:37 - Ermənistan müharibədə iki səbəbdən uduzdu - Almaniyalı professor şərh edir00:28 - Dəniz quldurları Türkiyə gəmisini ələ keçirdi - Azərbaycanlı öldürüldü00:23 - "Müstəqilliyə aparan yol - Azərbaycan-Gürcüstan" adlı müsabiqənin qalibləri mükafatlandırılıb

23 yanvar

20:16 - ABŞ Rusiyadakı mitinqlərə dəstək verdi20:13 - Zəhərlənənlər, güllələnlər, özünü "asanlar"... - Kreml bütün bu hadisələrdə əli olmadığını iddia edir16:28 - Rusiya bankları Xankəndidə filiallarını açır? 16:17 - SOCAR-ın Müşahidə Şurasının tərkibi təsdiqləndi - Sədr Mikayıl Cabbarov oldu15:14 - "O, 10-15 il necə direktor işləyib?" - Nazir qalmaqallı direktordan danışdı13:00 - Vüqar Səfərli ev dustaqlığına buraxılacaq? - Məhkəməyə müraciət edildi11:54 - Məktəblər açılır, metronun fəaliyyəti bərpa oluna bilərmi? - AÇIQLAMA11:30 - Putinin sonunun başlanğıcı gəldi: Rusiya çalxalanır02:15 - Müsavat Partiyası Sevinc Osmanqızının ittihamlarına cavab verdi 00:05 - "Başqa məsələlərə burunlarını soxmasınlar..." - Etibar Məmmədov00:01 - Azad Rəhimov komaya düşüb?

22 yanvar

19:08 - "NATO Qafqaza daha çox diqqət ayırmalıdır" - Gürcüstan prezidenti16:47 - Dünyanın sabiq liderləri nə ilə məşğuldur? - Biznes, rəssamlıq, müalicə... - FOTOLAR16:41 - "Azərbaycan Prezidenti Dağlıq Qarabağın statusu məsələsini tarixin zibilliyinə yollayıb" - XİN Avropa parlamentinə cavab verdi16:32 - "Hökumət daxilində təhlükəli mafiya var..." - Müşfiq Ələsgərlidən sensasiyalı açıqlama16:29 - Ramiz Mehdiyev daha bir akademiki işdən çıxardı14:28 -  Rusiya Kəlbəcər yolunu ələ keçirmək istəyir - Nə etməliyik?14:10 - Bakıda “Lotu Quli”nin adamlarının şok əməlləri - YENİ TƏFƏRRÜAT11:55 - Vətəndaş razı olmadığı halda cərimə yazan məmur cərimələnəcək - YENİLİK11:29 - Əhmədzadənin kadrları bir gündə milyonluq müqavilələr bağladı - Tender əməliyyatı00:11 - "Nemət Pənahlının başına yumruq vurdum, girdi stolun altına" - Pənah Hüseyn00:04 - "Ordunu çıxart, talanı dayandır" - Dəməşqin Baydendən gözləntisi

21 yanvar

21:24 - Azərbaycanın qazandığı siyasi divident  - Rusiyadakılar imzalanan sənəddən məmnun qalmayacaq17:32 - Paşinyandan ermənilərə Şuşa ilə bağlı TARİXİ XATIRLATMA