“Paşinyan Zəngəzuru Əliyevə verəcək” - Ermənistanın keçmiş naziri

27 noyabr, 2020 15:05

Ermənistanın keçmiş Ədliyyə naziri Arpine Ohannisyan Zod qızıl mədəni ilə bağlı baş verənlərə görə Nikol Paşinyanı sərt tənqid edib. 

Azsiyasət.com erməni mediasına istinadən xəbər verir ki, Ohannisyan Zod qızıl mədəninin yarısının Azərbaycana verilməsi ilə Ermənistanın dövlət büdcəsinə ödənilən vergilərin ən azı yarısının qanuniliyinin şübhə altına alındğını bildirib.

“Ali şər (Paşinyanı nəzərdə tutur - red)” Zod qızıl mədəninin yarısını hüquqi şəkildə Azərbaycana verməklə Ermənistan dövlət büdcəsinə ödənilən vergilərin ən azı yarısının qanuniliyini şübhə altına alıb.

Siz Əliyevin bizdən təzminat olaraq tələb etdiyi 50 milyard dolları necə hesabladığını düşünmüsünüzmü?

Dünən Müdafiə Nazirliyinin də təsdiqlədiyi kimi bu mədənin yarısı Azərbaycana məxsusdursa, o zaman bu cahilin (Paşinyanı nəzərdə tutur-red) buna qədər həmin mədəndəki istehsal prosesinin qanunsuz olduğuna imza atması deməkdir”, - deyə keçmiş nazir vurğulayıb.

Ohannisyan qeyd edib ki, Zod mədəninin istismarından dövlət büdcəsinə ödənilən vergilərin ən azı yarısı qanunsuz gəlirdən əldə edilən vergi hesab edilə bilər.

“Əliyev illər ərzində bu mədənin istismarından Ermənistanın dövlət büdcəsinə ödənilən pulları geri tələb edəndə təəcüblənməyin. Nəzərinizə çatdırım ki, bu vergilər maaşlar, təqaüdlər, müavinətlər və digər sosial xərclər üçün istifadə edilib”, - deyə Ohannisyan əlavə edib.

Keçmiş nazir sonda deyib ki, Paşinyan Azərbaycana qaytarılacaq pulları əhalidən yığacaq:

“Düşünməyin ki, “xilaskar” bu pulları arvadının fondundan ödəyəcək, o bunu sizdən tələb edəcək. Ya da bunun əvəzinə Zəngəzuru Əliyevə verəcək”.

19 yanvar

21:38 - Seyran Ohanyan: "Ermənistan müharibəni “Biz qalib gələcəyik!” şüarı ilə uduzdu"21:27 - Azərbaycan və Rusiya minaaxtaranları 210 mina zərərsizləşdirib - FOTOLAR/VİDEO16:28 - "Elə bil bu ərazilərdən vəhşi qəbilə keçib" - İlham Əliyev15:03 - Azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndələri olacaq13:36 - Siyavuş Novruzovdan təhsil haqqını ödəyə bilməyən tələbələrə məsləhət: "Dərsdən sonra işləsinlər"13:12 - "Postsovet ölkələrini qəsdən xaosa və dağıntılara sürükləyirlər ki..." - Oleq Kuznetsov10:38 - Jurnalistlər binasından verilən 20 mənzil geri alınacaq - SİYAHI HAZIRLANDI 10:31 - İndi isə şaquli enib-qalxan "Bayraktar"lar gəlir...01:19 - Vəzifəli şəxs İngiltərədə şirkət açıb - FOTOLAR 00:59 - "İndiyədək bunu heç kim etməmişdi" - Paşinyana şok ittiham00:56 - "Azərbaycan və Türkiyə vahid ordu yaratmalıdır" - Sərdar Cəlaloğlu00:45 - Azərbaycanla Türkiyə birgə media layihəsi təsis edir - QANUN LAYİHƏSİ

18 yanvar

17:17 - "Heç bir qonşumuzun torpağında gözümüz yoxdur" - Hülusi Akar16:20 - İlham Əliyev iki zavodun təməlini qoydu - FOTOLAR 15:56 - Kərəm Həsənovun əmisi oğlu öldü - ŞOK TƏFƏRRÜAT 15:36 - Mirkazım Seyidov Lavrovun fikirlərini şərh edir: "Razılaşmadığım məqamlar çoxdur"14:32 - "Qarabağın status məsələsi üçtərəfli bəyanata şüurlu şəkildə salınmayıb" - Rusiya XİN rəhbəri14:27 - "Rusiyanın Dağlıq Qarabağın müstəqilliyini tanımaq fikri yoxdur" - Lavrov13:32 - Bakıda lüks avtomobillə törədilən qəza: iş adamının oğlunun izi, itən kamera görüntüləri, 60 minlik zərər - TƏFƏRRÜAT12:20 - "Həmin qüvvələr sülhməramlı deyil, erməniməramlıdır" - PARTİYA SƏDRİ11:08 - Bayden adminstrasiyasında daha bir erməniyə vəzifə verildi 11:05 - "Azərbaycan və Ermənistan arasında mübarizə hər bir vergül üstündə gedirdi" - Putin noyabr bəyanatından danışdı10:59 - "Möhtəkirlər yenə də əhalini çətin vəziyyətdə qoyacaqlar" - Vahid Əhmədov01:33 - İki gün əvvəl ordudan tərxis olunan könüllü əsgər dünyasını dəyişib 00:06 - Putinin sözçüsündən Navalnının həbs edilməsinə reaksiya: "Onu Almaniyada saxlayıblar?"00:02 - Rusiya müxalifətinin lideri Navalnı belə həbs edilib - VİDEO

17 yanvar

15:53 - Azərbaycanda məktəblər nə vaxt açılacaq? - RƏSMİ14:28 - Rektor Vətən müharibəsində iştirak edən tələbə və məzunlarla görüşüb14:10 - Türkiyə və Azərbaycan birgə təlimlərə hazırlaşır12:18 - Azərbaycanda dələduzlar bank kartlarındakı məlumatları necə ələ keçirirlər?