Paşinyan arvadına görə erməni generalı qovub - Ermənistanda yeni qalmaqal

16 noyabr, 2020 00:06

Müharibənin ilk günlərindən Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Dağlıq Qarabağda idi.

Azsiyasət.com erməni mediasına istinadən xəbər verir ki, bunu "İzvestiya" qəzeti redaksiyasının direktorlar şurasının sədri, "News Media" nəşriyyatının baş direktoru və prezidenti Aram Qabrelyanov “Soloviev Live”ın efirində söyləyib.

“Bu qadın ordudan, hərbdən bir şey başa düşürmü? Bütün heyət iclaslarında oturub dinləyirdi. Bir general ona dedi: "Bura baxın, siz qadınsınız, iclası tərk edin, otaqdan çıxın, bizi burda narahat etməyin". Paşinyan oraya zəng vuraraq Artsaxın prezidentinə (qondarma Dağlıq Qarabağın rejiminin rəhbərinə) belə dedi: “Bu generalı qovun. Həyat yoldaşımla kobud danışıb". Qabrelyanov deyib ki, bu, bir axmaqlıqdır.

Bundan əlavə, Nikol Paşinyan Qarabağdakı hərbi iclasın iştirakçılarına qoşulduqda və Ermənistanın keçmiş prezidenti Robert Köçəryanla keçmiş müdafiə naziri Seyran Ohanyanın orada olduğunu görəndə, görüşün Köçəryan və Ohanyanın “yığıncaqdan kənarlaşdırılmasına” qədər baş tutmayacağını söyləyib. Aram Qabrelyanov, WarGonzo layihəsinin müəllifi, rus jurnalist Semyon Pegovla bağlı başqa bir olay barədə də danışıb.

Nəşriyyatın yazdığına görə, rus jurnalisti Semyon Peqov Robert Köçəryanın Qarabağa gəlişini yazandan 20 dəqiqə sonra Qondarma Dağlıq Qarabağ Prezidentinin mətbuat katibi ona zəng edərək jurnalisti geri göndərdiklərini bəyan ediblər. Buna Peqovun Köçəryanın gəlişinə dair qeydləri səbəb olub.

04 dekabr

16:45 - "Qardaşım Əliyevin fransızlara verdiyi tövsiyələrə qatılıram": Ərdoğan - VİDEO 15:56 - Deputat Rasim Musabəyovun anti-türk açıqlaması etirazlara səbəb oldu15:24 - Musabəyovlar şəcərəsi: Tarixi xəyanətin İZİ ilə...14:38 - “Azərbaycan əsgərləri Xankəndidə bizi ələ salırlar“  - Tiqran Abrahamyan13:06 - “Ermənistan özünü tələyə saldı” - FƏRİD ŞƏFİYEV 12:03 - Prezident və Birinci xanım Şəhidlər Xiyabanında...11:56 - “Fransa hökuməti parlamentinin müstəqilliyini tanıyır” - SƏFİR 10:45 - Bir manatlıq böyük şirkət: İcra hakimiyyətlərinin sevimli Abıyevi 10:41 - "Koronaviruslu xəstələr 46 dövlət xəstəxanasında müalicə olunur" - Prezident00:05 - Rəsmi Bakıdan Ermənistan XİN başçısına CAVAB

03 dekabr

21:36 - ATƏT-in Minsk Qrupu həmsədrləri "XORTLADI"21:29 - Minsk Qrupunun Qarabağda məqsədi bu imiş... - DETALLAR17:27 - İsrail Qarabağ döyüşlərinin təcrübəsini nəzərə aldı, “Harop”u modernləşdirir16:52 - "Münaqişələrin həllində ATƏT-ə ehtiyac var" - LAVROV 14:31 - Vətən mübaribəsində nə qədər şəhid vermişik? - SAYLAR AÇIQLANDI14:21 - ATƏT sədrindən Qarabağ açıqlaması:  “Substantiv danışıqlar davam etməlidir”14:01 - Ermənistanın muzdlu döyüşçülər siyasəti: iflasa uğrayan plan - Azərbaycanın qazandığı nəticələr... 12:19 - Zakir Həsənov rus sülhməramlıların komandanı ilə görüşdü - FOTO11:18 - Azərbaycan Ordusunun bölmələri Laçın şəhərində10:14 - Ərdoğan Bakıda qələbə paradında iştirak edəcək02:07 - Bu gün Ermənistan müxalifəti özünün yeni "Paşinyan"ını AÇIQLAYACAQ02:04 - Fəxrizadənin qətlində iştirak edən şəxslər müəyyən edilib

02 dekabr

21:24 - Qarabağdakı Rusiya sülhməramlılarına qatarla yenə çoxsaylı texnika gətirildi - VİDEO 21:15 - Qarabağ "müdafiə naziri"nin avtomobilinin vurulmasının yeni təfərrüatları - Tonoyanın adı hallanır... 21:12 - Çavuşoğlu ilə Pompeo arasında MÜBAHİSƏ YAŞANDI16:03 - Putin KTMT və MDB ölkələrini Qarabağdakı humanitar səylərə dəstək verməyə çağırdı 15:59 - Gülər Əhmədova Hafiz Hacıyevin partiyasına ÜZV OLDU13:53 - “Tezliklə Rusiya pasportlarını alacağıq” - Xankəndidəki erməni13:11 - 10 noyabr Azərbaycanda ZƏFƏR GÜNÜ kimi qeyd olunacaq12:41 - Ermənistanın məhv edilmiş hərbi texnikasının dəyəri açıqlanıb