Qırğızıstanda inqilab başlayıb - Eks prezident həbsxanadan azad edildi

06 oktyabr, 2020 11:02

Qırğızıstanın paytaxtı Bişkekdə onminlərlə etirazçı parlament seçkilərinin nəticələrinə etiraz etmək üçün küçələrə çıxıb və dövlət başçısının administrasiyasının olduğu parlament binasını tutublar.

Nümayişçilər binanı mühafizə edən milis əməkdaşlarına yandırıcı qarışıqların olduğu butılkalar atıblar və onları daşa basıblar. Daxili İşlər Nazirliyinin xüsusi bölmələrinin silahlıları buna rezin güllələrlə cavab veriblər. Parlament binası yanında qarşıdurma 1 saatdan çox davam edib.

Bəzi milis əməkdaşları binanı tərk edib. Bununla yanaşı, qeyd edilir ki, binada əməkdaşlar və deputatlar yoxdur.

Etirazçılar həmçinin həbsxanalara hücum ediblər. Bunun nəticəsində Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayev etirazçılar tərəfindən həbsxanadan azad olunub.

Atambayev Qırğızıstana 2011-2017-ci illərdə rəhbərlik edib. O, 2019-cu ilin 8 avqustunda Koy-Taş Çuysk əyalətinin kəndindəki qərargahında saxlanılıb. Eks-prezidentə qarşı bir sıra ittihamlar irəi sürülüb və o, azadlıqdan məhrum edilib. Almazbek Atambayev dəfələrlə bildirib ki, bu ittihamları siyasi təqib hesab edir. 

Atambayevin ardınca etiraz aksiyasının iştirakçıları Qırğızıstanın sabiq baş naziri Sapar İsakovu da həbsxanadan azad ediblər. “Report” xəbər verir ki, bu barədə “RİA Novosti”yə onun vəkili Zamir Jooşev bildirib.

"Sapar İsakov bu gün azad edilib. O, azadlıqdadır", - Jooşev deyib.

İsakov Atambayevin hakimiyyəti dövründə Nazirlər Kabinetinə başçılıq edib. O, ölkə paytaxtı Bişkekin İstilik Elektrik Mərkəzinin müasirləşdirilməsi zamanı baş vermiş korrupsiya ilə bağlı araşdırılan cinayət işi çərçivəsində saxlanılıb.

Qırğızıstan Respublikasının Milli Təhlükəsizlik Dövlət Komitəsi (MTDK) respublikanın keçmiş Baş naziri Sapar İsakovu muzeyin yenidən qurulması zamanı dövlət büdcəsinə 1,4 milyon ABŞ dolları məbləğində zərər vurmaqda ittiham edib.

Ölkə parlamenti 2017-ci ilin yekunlarına görə, Sapar İsakov hökumətinə etmad göstərməyib. 40 yaşlı İsakovun başçılıq etdiyi və tərkibinə görə ən gənc Nazirlər Kabineti 2017-ci ilin sentyabrında and içib. Ölkə tarixində ilk dəfə hökumətə etimad göstərilməyib. 

Ən son məlumata görə etirazçılar Bişkek meriyasının binasını ələ keçiriblər. Həmçinin parlamentin binasında yanğın törədilib.

Ölkədə faktiki olaraq hakimiyyət çevrilişi baş verir.

24 noyabr

11:50 - “Qış başlamazdan əvvəl cəsədlər tapılmazsa...” - BQXK prezidenti10:46 - “Müharibənin bütün sirlərini açmaq hələ ki, tezdir” - İlham Əliyev10:43 - Kəlbəcəri sonuncu ermənilər də tərk etdi - VİDEO10:38 - Azərbaycanlı deputatın həyat yoldaşı axtarışa verildi00:17 - Bu ölkələrin səfirləri Türkiyə XİN-ə ÇAĞRILDI

23 noyabr

22:21 - İlham Əliyev və xanımının Ağdam səfərindən FOTOLAR 18:49 - Prüzident İlham Əliyev və xanımı Ağdama səfər etdi - VİDEO 17:55 - Nazirlikdən dünya şöhrətli fransalı məşhurların erməni separatizminə dəstəyinə SƏRT REAKSİYA17:51 - Araik Arutyunyan istefasının qarşısını almaq üçün - Rusiyaya məxfi səfər etdi 16:08 - Pentaqon Azərbaycan ordusunun Qarabağdakı təcrübəsini öyrənir - Gələcəyin müharibələri belə olacaq16:06 - Xankəndi – Bakı dəmir yolunun bərpası bizə nə verəcək? - ŞƏRH 13:43 - "Quldurbaşının böyüyü özüdür" - Heydər Əliyev Köçəryanı nədə ittiham edib?13:02 - Açıq havada siqaret çəkənlər də 100 manat cərimələnəcək - DİN-dən açıqlama12:31 - Qızıl Xaç Komitəsi Aminlə Bayrama BAŞ ÇƏKİB 11:52 - Ermənistan xüsusi xidmət orqanının keçmiş rəhbəri “heç də hər şey bitməyib” deyir - "Azərbaycan Zəngəzuru alacaq"11:10 - Azərbaycanda bu şəxslərin xərcləri dövlət tərəfindən ödəniləcək - SİYAHI 00:19 - "Füzulidəki acınacaqlı vəziyyət beynəlxalq ictimaiyyətə çatdırılmalıdır" - Polşalı səfir00:11 - "Azərbaycan diplomatları Füzuliyə aparır, bizim milli xain isə milli təlxəklə görüşür" - Qoar Meloyan

22 noyabr

21:39 - Rusiya sülhməramlılarının Ağdamdakı müvəqqəti postları götürülüb - YENİ XƏRİTƏ21:28 - Azərbaycanda yeni siyasi partiya yaradılır: “Səfirlərimizin fəaliyyəti təftiş olunmalıdır” - VİDEOMÜSAHİBƏ20:47 - Makron “Qarabağ Azərbaycandır” deməyə məcbur oldu - VİDEO 18:20 - “Ermənilərin törətdikləri vəhşiliklər sənədləşdirilib” - Yanğınların, dağıntıların qarşısını necə almaq olar?18:18 - “Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir” - PUTİN16:41 - “Diplomatları Füzuliyə gətirdik ki, erməni vəhşiliyini gözləri ilə görsünlər” - HİKMƏT HACIYEV15:35 - "Razılaşmanı mən, Əliyev və Paşinyan hazırlamışıq, başqa cür mümkün deyildi" - Putin13:52 - Xocalı canilərindən biri 28 il sonra Şuşada yaxalandı13:03 - Səfirlər, hərbi attaşelər Füzuliyə gedir13:00 - Türkiyə hərbçiləri Qarabağda nə qədər qalacaq? - RƏSMİ11:40 - Əsir götürülən Amin və Bayramla bağlı RƏSMİ AÇIQLAMA11:30 - Əli Nağıyev Şuşaya səfər edib - FOTO