Azərbaycan kommunistlərinin aqibəti necə olacaq...

24 may, 2022 10:09

Rusiya-Ukrayna müharibəsinin gedişində Ukraynada fəaliyyət göstərən Kommunist Partiyasının fəaliyyəti dayandırılıb. Bu addımdan sonra digər ölkələrdə fəaliyyət göstərən Kommunist Partiyalarının da ləğv olunacağı bildirilir.

Belə bir məqamda Kommunist partiyalarının Rusiyadan maliyyələşməsi barədə iddialar ortaya atılıb və bütün ölkələrdən bu siyasi təşkilatın fəaliyyətinə qadağa qoyulması tələb olunub.

Bəs Azərbaycan Kommunist Partiyasının aqibəti necə olacaq?

Bu barədə danışan partiya sədri Rauf Qurbanov Ukraynadan fərqli olaraq Azərbaycanda ictimai-siyasi mühitin tamamilə başqa olduğunu deyib.

Partiya sədrinin sözlərinə görə, Azərbaycanda siyasi plüralizm, tolerantlıq və multikulturalizm mövcuddur: 

"Siyasi baxışlarından, ideoloji oriyentasiyasından asılı olmayaraq, bütün partiyaların Azərbaycanda fəaliyyət göstərməsi üçün münbit şərait var. Ukraynada Kommunist Partiyasına indi yox, hələ 2015-ci ildə məhz “Maydan” hadisələrindən sonra qadağa qoyulub. 30 ilə yaxın bir dövürdə, Ukrayna Kommunistləri Ali Rada da say tərkibinə görə ikinci böyük fraksiya  olaraq fəaliyyət göstəriblər. Ukrayna kommunistlərinin lideri Pyotr Simonenko 1999-cu ildə keçirilən prezident seçkilərində seçicilərin ümumi səsinin 36,5 faizini toplayaraq ikinci tura çıxıb, son nəticədə faliyyətdə olan prezident Leonid Kuçmaya məğlub olub. 2014-cü ildə dövlət çevrilişindən sonra hakimiyyətə gəlmiş “demokratlar” Ukrayna Kommunist Partiyası kimi cəmiyyətdə ciddi dayaqlara malik olan siyasi bir qurumun  fəaliyyətini dayandırdılar. Hətta partiyaya aid olan simvolların və emblemlərin gəzdirilməsinə qadağa qoydular. Bu cür hərəkət sözün əsl mənasında faşizmdir. Bu gün Ukraynada cərəyan edən hadisələr mənim fikrimi bir daha təsdiq edir. Kommunist Partiyası ilə yanaşı, Ukraynada digər 8 partiyanın da fəaliyyəti Rusiyayönümlü olmaqda suçlandırılaraq dayandırılıb. Ümumiyyətlə, siyasi partiyalar hansısa dövlətə yönümlüklərinə görə yox, ideoloji mənsubluqlarına görə fərqlənirlər".

Dünyanın 193 ölkəsində Kommunist partiyalarının və sol təmayüllü partiyaların fəaliyyət göstərdiyini xatırladan Rauf Qurbanov qeyd edib ki, əksər ölkələrdə kommunist və sol partiyalar iqtidarda təmsil olunur:

"Məsələn, Çin Xalq Respublikasında (ÇXR), Vyetnamda, Kubada, Şimali Koreyada, Laosda kommunistlər, Avropa dövlətlərində - Norveçdə, Almaniyada, İsveçdə, Avstryada və bir sıra digər ölkələrdə isə solçular hakimiyyətdədirlər. Dünyanın iqtisadi cəhətdən ən qüdrəti dövləti olan Çin məhz Kommunist Partiyasının rəhbərliyi altında qısa bir zaman kəsiyində böyük tərəqqiyə nail olub, dünyanın iqtisadi cəhətdən ən aparıcı ölkəsinə çevrilib. Cəmiyyətin müxtəlif təbəqələrini, fəhlə və kəndliləri, ziyalıları öz ətrafında birləşdirən bir partiyanın fəaliyyətini hansı əsaslarla qadağan etmək olar?".

"Dünyanın aparıcı kapitalist dövlətlərində, ABŞ-da, Böyük Britaniyada, Fransada, İtaliyada,İspaniyada və digər dövlətlərdə Kommunist partiyaları fəaliyyət göstərir. Kommunizm ideologiyası elə bir ümumbəşər - beynəlmiləl ideologiyadır ki, onun rüşeymləri daima kapitalizmin gövdəsində yaşayır və yaşayacaq. Partiyanın rəsmi qeydiyyatı isə formal xarakter daşıyır. Nə qədər ki, cəmiyyətdə antaqonist ziddiyyətlər mövcuddur, bir sinifin digər sinif üzərində hökmranlığı var, Kommunizm ideologiyası insanların beynində, şüurunda, ürəyində yaşayacaq və sosial ədalətli cəmiyyətin qurulması üçün daima mübarizə aparılacaq" - partiya sədri vurğulayıb.

Kommunistlərin Rusiyadan maliyyələşməsinə gəlincə, Rauf Qurbanov deyilənlərə əhəmiyyət vermədiyini söyləyib(modern.az).

27 iyun

14:03 - "Xəzər beşliyi" fəaliyyətini necə davam etdirəcək?12:42 - İlham Əliyev Ermənistana   xəbərdarlıq etdi11:47 - Nazirlər Bakı Bəyannaməsi imzaladılar - FOTOLAR11:09 - Azərbaycanda növbəti komando hərbi hissələri açılacaq10:04 - İbrahim Kalından Qarabağ açıqlaması - "Amerikalılarla qarşı-qarşıya gəldik"10:02 - Putinin nüvə çamadanı necə işləyir?09:57 - Azərbaycanda təyyarə biletinin qiyməti artmaqda davam edir09:54 - "Rusiya son bir əsrdə ilk defolt elan edib" - "Bloomberg"

26 iyun

20:25 - Azərbaycan səfiri İran şirkətlərini Qarabağ və Şərqi Zəngəzura sərmayə yatırmağa çağırıb20:22 - AXCP fəalı Çapay Sadıqlı qətlə yetirildi20:18 - İlham Əliyev Kəlbəcərdə hərbi hissənin açılışını etdi11:49 - Üç türk ölkəsinin nazirləri Bakıda toplanır - Nələr müzakirə olunacaq? 11:47 - Azərbaycanın müdafiə xərcləri nə qədərdir?  - Rəqəmlər11:44 - "Ukraynada ABŞ komandoları döyüşür" - "The New York Times"01:17 - Rusiya müharibəni nə vaxt bitirəcək?01:07 - Dünyada yeni alyans: Avstraliya, Britaniya, Yeni Zelandiya, ABŞ və Yaponiya - Partners in the Blue Pacific01:04 - "Rusiya Belarusa "İskəndər-M" verəcək" - Putin

25 iyun

20:15 - İran atom elektrik stansiyası tikəcək 18:51 - Rusiyanın neft gəlirləri sürətlə artır - "The Washington Post"16:26 - "ABŞ müharibənin bitməsini deyil, Putinin devrilməsini istəyir..." - Qiora Aylend 16:21 - Rusiya daha bir ölkəni hədələdi - "Moldova hakimiyyəti lokomotivdən qabağa keçib"16:16 - Rusiya Belarus ərazisindən Ukraynaya raket zərbələri endirib13:03 - "İlk raketi Londona atacağıq..." - Rus general12:39 - "Kontakt Home"un problemli kreditləri - "Legal 12" şirkətinin "reket" əməlləri…12:25 - Ucuzlaşma anonsu verilir, vətəndaş inanmır...11:34 - İran Azərbaycana niyə hücumlar təşkil edir? - Detallar11:13 - Gürcüstan hökumətinə 1 həftə vaxt verildi...11:10 - Türkiyə qorxusu qonşunu hərəkətə keçirdi - Fransa ilə yeni hərbi anlaşma11:08 - Paşinyan medianın suallarına cavab verəcək11:06 - Azərbaycan-Naxçıvan bağlantısı ilə türkdilli ölkələrin əlaqələrini necə gücləndirmək olar?