"Xankəndidə rus alimə abidə qoyulması təxribatdır" - Oqtay Qasımov

24 may, 2022 00:19

“Xankəndidə Rusiya Elmlər Akademiyasının akademiki, hidrogen bombasının yaradıcılarından biri, hüquq müdafiəçisi və ermənipərəst Andrey Saxarovun abidə kompleksinin açılmasını təxribat hesab edirəm. Hər kəsdə 10 noyabr bəyanatından sonra Qarabağ bölgəsində yerləşən rus sülhməramlıların fəaliyyətinə dair narahatlıq var idi. İndi biz bunun təsdiqini görürük.

Bunu teleqraf.com-a politoloq Oqtay Qasımov Xankəndidə Rusiya Elmlər Akademiyasının akademiki, ermənipərəst Andrey Saxarovun abidə kompleksinin açılmasına münasibət bildirərəkən deyib.

“Üstəlik orada rus icmasının yaradılmasından danışılır, halbuki Qarabağda barmaqla sayılacaq qədər rus qadınları var. Orada hansısa formada rus icmasının yaradılmasından, rus dilinin mövqeyinin gücləndirilməsində, Xocalı ərazisində guya hərbi hissələr yaradılmasından və orada Rusiyanın görkəmli şəxslərinin, hərbi nümayəndələrinin heykəllərinin qoyulmasından bəhs edilir. İndi də Xankəndidə akademik Andrey Saxarovun heykəlinin açılışı olur. Bu tipli hadisələr onu göstərir ki, Rusiya tərəfindən belə addımların atılması qəbul edilməzdir”, - o bildirib.

Politoloq xatırladıb ki, Rusiyanın bir çox şovinist dairələrinin, son olaraq Lepexin adlı ekspertin açıq şəkildə təhdid dili ilə danışdığı müşahidə edilib:

“Burada rus sülhməramlılarının uzun müddət qalacağını qeyd etmələrini, sanki belə mesaj vermələrini müşahidə edirik. Necə ki Moldovada, Gürcüstanda və digər yerlərdən çıxmaq istəmədikləri kimi, burada da onu təkrarlamağa cəhd edirlər. Sanki olduqları yerin sahibləri bunlardır və məsələləri də bunlar həll edirlər. Açığını deyim ki, bu, Ermənistana da sərf edən variantdır. Çünki Paşinyan və digərləri məsuliyyətdən qaçmaq üçün Rusiya amilini önə sürür. Odur ki, Rusiyanın belə addımları birmənalı təxribat kimi dəyərləndirilməlidir”.

25 iyun

01:10 - Ermənilər Laçındakı qaz borularını söküb Qaladərəsinə daşıyır01:05 - Neftin yenilənmiş büdcə qiyməti risk formalaşdırır? 01:00 - Tiflisdə aksiyalar başladı: Minlərlə insan şəhərin mərkəzinə toplaşdı - FOTOLAR 00:56 - Rusiya qazdan silah qismində istifadə edir...

24 iyun

18:34 - Rekord uduş fondlu, bol uduşlu "10"17:27 - Revanşistlər Xankəndiyə gəldi - Bakıya qarşı plan?16:47 - Rusiyaya casusluq edən deputat ifşa olundu16:05 - Rusiya şirkətlərinin Qarabağın bərpasına olan yüksək marağı nə ilə bağlıdır?15:20 - Azərbaycanda gənc narkomanların sayı açıqlandı15:17 - Azərbaycanla bağlı 907-ci düzəliş bu il də dayandırılır - Ermənilərə zərbə15:13 - "ATƏT-in Minsk qrupu fəaliyyətini dayandırıb" - Lavrov səbəbini açıqladı12:52 - Azərbaycanı işğal edən rus generalının Krımda sərgisi açıldı12:47 - Xəzəri işğal edən məmur villaları da söküləcək? - VİDEO 12:44 - Avropaya ixracın artması qazı bahalaşdıracaq? 11:14 - Rəsmi qəzet naziri "vurdu"11:10 - Türkiyə və Rusiya arasında kritik müzakirə - Ağ Evdən reaksiya09:48 - "Əgər Dağlıq Qarabağ Azərbaycanın tərkibində ola bilməz deyirsinizsə..."01:34 - "Putin NATO-nu dağıtmaq üçün Litvaya hücum edə bilər" - "Freedom" marafonu...01:30 - "Ukrayna, Moldova və növbəti mərhələdən əvvəl ev tapşırığını yerinə yetirməlidir" - Lyayen01:28 - "Azərbaycan Rusiyanın Cənubi Qafqazda mühüm müttəfiqidir" - Rusiya XİN

23 iyun

22:42 - Rusiya ilə NATO arasındakı daha bir gərginlik - Yeni cəbhə açıldı22:39 - Ermənistanın revanşist "Müqavimət" hərəkatı üzvləri Azərbaycan rayonlarını gəzdi - FOTO 22:36 - İlham Əliyev Müttəfiqlik Bəyannaməsindən nələr danışdı?19:39 - "Türk kəşfiyyatı İranın İsrail vətəndaşlarına sui-qəsd planını aşkara çıxarıb" - Yair Lapid19:36 - Ermənistanın müdafiə naziri Moskvaya niyə gedir?16:24 - İran ABŞ-dan 4,3 milyard dollar təzminat tələb edir16:21 - "Vəzifəyə getmək üçün arvadını boşayıb başqasının arvadını alır" - Sərdar Cəlaloğlu16:18 - "İran Rusiyaya qarşı tətbiq edilən sanksiyaların əleyhinədir" - İran XİN rəhbəri12:15 - "Ukraynada müharibə hələ uzun sürəcək" - NATO Baş katibi12:13 - Sərhəddə əməliyyat - Gülənin qardaşı qızı qaçarkən saxlanıldı