"İrəvan Qarabağın statusundan imtina edir" - Erməni tarixçi

23 may, 2022 12:53

"İcazə verin, Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyevin dünən axşam Brüsseldə əslində nəyi razılaşdırdıqlarını bənd-bənd izah edim".

Bunu tarix elmləri namizədi, türkoloq Varujan Qeqamyan öz "Facebook" səhifəsində yazıb.

Onun sözlərinə görə, Ermənistan, nəhayət, Azərbaycandan kənarda Qarabağın statusu uğrunda mübarizədən imtina edir:

“Danışıqlar prosesində Qarabağın statusu ilə bağlı bir kəlmə də yoxdur. Yalnız “Qarabağ bölgəsindəki etnik erməni əhalisinin hüquqları və təhlükəsizliyi” qeyd olunur ki, bu da ən yaxşı halda ermənilərin Azərbaycanda milli azlıq kimi yaşaması deməkdir. Əslində bu, Qarabağın tamamilə silahsızlaşdırılması deməkdir.

Üstəlik, Dağlıq Qarabağ Muxtar Vilayəti ideyasına əsaslanan “Dağlıq Qarabağ” termini artıq işlədilmir. Brüssel bəyanatında sadəcə olaraq Azərbaycanın inzibati-ərazi bölgüsü ideyasına əsaslanan “Qarabağ regionu”ndan bəhs edilir, bu da ayrıca statusu nəzərdə tutmur.

Azərbaycanla “sülh müqaviləsi” hazırlanır, onun əsas müddəası Azərbaycanın, o cümlədən Qarabağın ərazi bütövlüyünün tanınmasıdır. Bu səbəbdən Qarabağ ermənilərinin “hüquqlarının və təhlükəsizliyinin təmin edilməsi” yalnız yuxarıda qeyd olunan müqavilə kontekstində qeyd olunur, çünki Qarabağın sadəcə olaraq başqa statusu olmayacaq".

Varujan Qeqamyan daha sonra qeyd edir:

"Bəyanatda deyilir ki, tərəflər “Azərbaycan ərazisindən Ermənistanın müxtəlif hissələri arasında tranzitin təmin edilməsi prinsipləri” barədə razılığa gəliblər. Bu qeyri-müəyyən ifadə əslində o deməkdir ki, Ermənistan Tavuş və Ararat vilayətlərində əsas yollarımızın keçdiyi qondarma “anklavları” Azərbaycana verəcək: onlar Ararat bölgəsində Vayots Dzor və Sünik rayonları ilə əlaqəni təmin edirlər ( Tiqranaşen bölməsi) və Tavuş bölgəsində - şimal və cənub arasında, İran və Gürcüstanı birləşdirən marşrut boyunca yerləşir.

Yəni bu ərazilər Azərbaycanın tərkibinə veriləcək, ondan sonra xüsusi icazə və nəzarət altında rayondan bölgəyə köçmək məcburiyyətində qalacağıq. Eyni aqibəti yaşayan Qoris-Kapan (Gorus-Qafan) yolunu xatırlamaq yerinə düşər".

"Bu məqamların həyata keçirilməsinə qarşı mübarizə aparmaq, sonra siyasətlə məşğul olmaq lazımdır. Qarabağın son olaraq türkləşdirilməsinin və yeni ərazi güzəştlərinin qarşısını almağın bir yolu var. İndiki təslim olan hökumətə qarşı mübarizəyə başlamaq, Milli Razılıq Hökumətini qurmaq və birgə səfərbərlik prosesinə başlamaq lazımdır.

Bu gün müxtəlif qüvvələr, şəxsiyyətlər küçələrə axışıb. Güvənə biləcəyiniz birini tapa bilmirsinizsə, öz qüvvələrinizi təşkil edin, küçələrə çıxın və Hərəkata qoşulun. Yalnız bundan sonra uğur qazana bilərik”, - deyə Qeqamyan sonda yazıb.

27 iyun

14:03 - "Xəzər beşliyi" fəaliyyətini necə davam etdirəcək?12:42 - İlham Əliyev Ermənistana   xəbərdarlıq etdi11:47 - Nazirlər Bakı Bəyannaməsi imzaladılar - FOTOLAR11:09 - Azərbaycanda növbəti komando hərbi hissələri açılacaq10:04 - İbrahim Kalından Qarabağ açıqlaması - "Amerikalılarla qarşı-qarşıya gəldik"10:02 - Putinin nüvə çamadanı necə işləyir?09:57 - Azərbaycanda təyyarə biletinin qiyməti artmaqda davam edir09:54 - "Rusiya son bir əsrdə ilk defolt elan edib" - "Bloomberg"

26 iyun

20:25 - Azərbaycan səfiri İran şirkətlərini Qarabağ və Şərqi Zəngəzura sərmayə yatırmağa çağırıb20:22 - AXCP fəalı Çapay Sadıqlı qətlə yetirildi20:18 - İlham Əliyev Kəlbəcərdə hərbi hissənin açılışını etdi11:49 - Üç türk ölkəsinin nazirləri Bakıda toplanır - Nələr müzakirə olunacaq? 11:47 - Azərbaycanın müdafiə xərcləri nə qədərdir?  - Rəqəmlər11:44 - "Ukraynada ABŞ komandoları döyüşür" - "The New York Times"01:17 - Rusiya müharibəni nə vaxt bitirəcək?01:07 - Dünyada yeni alyans: Avstraliya, Britaniya, Yeni Zelandiya, ABŞ və Yaponiya - Partners in the Blue Pacific01:04 - "Rusiya Belarusa "İskəndər-M" verəcək" - Putin

25 iyun

20:15 - İran atom elektrik stansiyası tikəcək 18:51 - Rusiyanın neft gəlirləri sürətlə artır - "The Washington Post"16:26 - "ABŞ müharibənin bitməsini deyil, Putinin devrilməsini istəyir..." - Qiora Aylend 16:21 - Rusiya daha bir ölkəni hədələdi - "Moldova hakimiyyəti lokomotivdən qabağa keçib"16:16 - Rusiya Belarus ərazisindən Ukraynaya raket zərbələri endirib13:03 - "İlk raketi Londona atacağıq..." - Rus general12:39 - "Kontakt Home"un problemli kreditləri - "Legal 12" şirkətinin "reket" əməlləri…12:25 - Ucuzlaşma anonsu verilir, vətəndaş inanmır...11:34 - İran Azərbaycana niyə hücumlar təşkil edir? - Detallar11:13 - Gürcüstan hökumətinə 1 həftə vaxt verildi...11:10 - Türkiyə qorxusu qonşunu hərəkətə keçirdi - Fransa ilə yeni hərbi anlaşma11:08 - Paşinyan medianın suallarına cavab verəcək11:06 - Azərbaycan-Naxçıvan bağlantısı ilə türkdilli ölkələrin əlaqələrini necə gücləndirmək olar?