Ədliyyə sistemində islahatlar gecikir: Penitensiar Xidmət "batıb" - Tələsən yerimiz yoxdur?

21 may, 2022 09:44

Bu günə qədər Azsiyaset.com saytında Penitensiar Xidmətdə baş verən ciddi nöqsanlarla bağlı faktlarla zəngin onlarla tənqidi material dərc olunub. Təəssüf ki, bu günə qədər Penitensiar Xidmət cəmiyyətin aynası rolunu oynayan mətbuatda dərc olunan nöqsanları aradan qaldırmaq niyyətindən uzaq olduğunu dəfələrlə nümayiş etdirib, “İnzibati” və “aqreqator” prinsiplərə üstünlük verərək müxtəlif primitiv üsullarla tənqidi materialların dərcinin dayandırılmasına nail olmağa çalışıb.

Ancaq bir daha xatırlatmaq istəyirik ki, bizim məqsədimiz bu qurumu məqsədli şəkildə tənqid etmək deyil. Məqsədimiz Azərbaycanın beynəlxalq imicinə ciddi zərbələr vuran və ölkədə siyasi-sosial riskləri pikk həddə çatdıran Penitensiar Xidmətdəki neqativ halları qərəzsiz şəkildə işıqlandırmaqdır. Dövlət və millət mənafeyi naminə!

Diqqət ediriksə, Penitentiar Xidmətin cəzaçəkmə müəssisələrindəki davranış qaydaları artıq sivil cəmiyyətə sirayət etməkdədir.

Məsələn, beş gün bundan öncə - 16 may 2022-ci ildə Penitensiar Xidmətin zabitlərinin klinikalardan birinin 25 yaşlı mühafizəçisini döyməsi faktı gündəmə bomba kimi düşdü. Penitensiar Xidmətin kapitan və baş leytenant rütbəsi ilə xidmət edən iki zabit mülki şəxsi döyərək ciddi xuliqanlıq hərəkətinə yol verdilər. Görünür, onlar məhbusla sivil vətəndaşı ayırd etməkdə çətinlik çəkir və cəzaçəkmə müəssisələrində hökm sürən özbaşınalıqları cəmiyyətə daşımaqdan çəkinmirlər.

Bəribaşdan qeyd edək ki, əvvəlki yazılarımızdan birində Ədliyyə sistemində aparılan müsbət dəyişiklər barədə kifayət qədər geniş məlumat vermişdik.

Lakin bu sahədə baş verən arzuolunmaz proseslər dövlət üçün ciddi siqnala çevrilməkdədir. Heç şübhəsiz ki, Ədliyyə Nazirliyində ciddi və zəruri islahatlar sisteminin aparılmasının vaxtı illər öncə keçib. Bu islahatlar ölkəmiz üçün həyati əhəmiyyət kəsb edir. Çünki Qarabağın azad edilməsindən sonra xarici investorların nəzərləri ölkəmizə fokuslanıb. Ölkənin ədliyyə sistemində ciddi dəyişikliklər baş versə, bu, xarici investisiyaların ölkəmizə sürətlə axınına təkan vermiş olar. Çünki ölkəyə kapital yatıran investoru ilk düşündürən amil həmin ölkədə məhkəmə-hüquq sisteminin və insan hüquqlarının durumudur.

2019-cu il aprelin 3-də Prezident İlham Əliyev "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi" haqqında Fərman imzalayıb. Üstündən 3 il vaxt keçib, bəs Prezidentin imzaladığı fərman niyə icra olunmur? İcra olunubsa, o zaman ölkənin məhkəmə-hüquq sistemindən şikayətçi olan vətəndaşların sayı hər gün niyə artır!? Məhkəmə-hüquq sistemində ən ciddi problemlərdən biri məhkəmə qərarlarının icra olunmamasıdır. Məhz icra şöbəsi müxtəlif “karusel” üsullarla dövlət adından çıxarılan qərarların icrası prosesini süni şəkildə uzatmaqla məşğuldur. Bir fakta diqqət edək!

Dünən mayın 20-də Elxan Mirzəyev adlı vətəndaş məhkəmə qərarının icra olunmamasına etiraz əlaməti olaraq, Ədliyyə Nazirliyinin qarşısında təkbaşına aksiya keçirdi.

Bu aksiya xaricdən Azərbaycanı dövlətini hədəfə alan sosial media resursları tərəfindən geniş şəkildə işıqlandırıldı. Hazırda ölkələrarası gərgin münasibətlər fonunda Azərbaycan kimi müstəqil ölkədə hər hansı məhkəmə qərarını icra etməməklə problemlərin insan hüquqları konktekstində Avropada fəaliyyət göstərən telekanallara daşınması hansı məqsədlə həyata keçirilir!? Bəlkə Ədliyyə Nazirliyi izah etsin görək, məhkəmə qərarları niyə icra olunmur? Və icra olunmayan məhkəmə qərarlarına görə Azərbaycan haqqında xoşagəlməz ssenarilərin hazırlanması bu qurumu qane edirmi?

Prezident İ.Əliyevin çoxşaxəli fəaliyyətinin əsas istiqamətlərindən biri vətəndaşların hüquqlarının ən yüksək səviyyədə qorunmasıdır. Dövlət baççısı vətəndaşları incidən, onları bürökratiyaya məruz qoyan məmurlara dəfələlərlə xəbərdarlıqlar edib. Görünür, hələ də nəticə çıxara bilməyənlər çoxdur. Kreslodan birbaşa həbsxanaya göndərilən məmurların taleyi bir çoxlarına nümunə ola bilmirsə...

Bu sahədə vəziyyət o qədər kritik və böhranlıdır ki, bir neçə gün bundan əvvəl Sumqayıt İcra şöbəsinin icra məmuru Pərviz Quliyev Vəkillər Kollegiyasının üzvü Ülkər Hüseynbəylini təhqir edərək döyüb.

Ədliyyə Nazirliyinin fəaliyyətinə 3 istiqamət üzrə (Penitensiar Xidmət, Məhkəmə-hüquq sistemi və Ədliyyə Akademiyası) nəzər yetirsək, yeganə ürəkaçan hal Şahin Əliyevin Ədliyyə Akademiyasına rektor təyin edilməsi oldu. Penitensiar Xidmət problemlər batalığında yuvarlanır, məhkəmə-hüquq sahəsindəki özbaşınalıqların ən xırda detallarından sıravi vətəndaş da halidir. 

Ciddi təcrübəyə malik olan Ş.Əliyev bu təyinatadək Prezident Administrasiyasının (PA) Hüquq ekspertizası şöbəsinin müdiri vəzifəsində işləyib. O, daha əvvəl PA-nın Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri vəzifəsini icra edib.

Bu sahə üzrə mütəxəssislərdən hesab olunan Ş.Əliyevin rektor təyinatı “hər şeydən təhsildən başlayır” prinsipinin müsbət istiqamətdə reallaşacağına ümidimizi artırır.

Hazırda Azərbaycan mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edir və görünən budur ki, ölkəmizin strateji mövqeyi bundan sonra da mühüm qlobal tədbirlərə ev sahibliyi edəcəyimizi şərtləndirir.  Belə bir həssas məqamda ölkədə məhkəmə-hüquq sahəsindəki problemlərin qlobal şəkil almasına şərait yaratmaq qəbuledilməzdir. Çünki hazırda Qərbin müxtəlif onlarla təşkilatı Azərbaycanda ən xırda mənfi halı şişirtmək üçün fürsət gözləyir.

Müəllif: Samir Feyruzov 

27 iyun

14:03 - "Xəzər beşliyi" fəaliyyətini necə davam etdirəcək?12:42 - İlham Əliyev Ermənistana   xəbərdarlıq etdi11:47 - Nazirlər Bakı Bəyannaməsi imzaladılar - FOTOLAR11:09 - Azərbaycanda növbəti komando hərbi hissələri açılacaq10:04 - İbrahim Kalından Qarabağ açıqlaması - "Amerikalılarla qarşı-qarşıya gəldik"10:02 - Putinin nüvə çamadanı necə işləyir?09:57 - Azərbaycanda təyyarə biletinin qiyməti artmaqda davam edir09:54 - "Rusiya son bir əsrdə ilk defolt elan edib" - "Bloomberg"

26 iyun

20:25 - Azərbaycan səfiri İran şirkətlərini Qarabağ və Şərqi Zəngəzura sərmayə yatırmağa çağırıb20:22 - AXCP fəalı Çapay Sadıqlı qətlə yetirildi20:18 - İlham Əliyev Kəlbəcərdə hərbi hissənin açılışını etdi11:49 - Üç türk ölkəsinin nazirləri Bakıda toplanır - Nələr müzakirə olunacaq? 11:47 - Azərbaycanın müdafiə xərcləri nə qədərdir?  - Rəqəmlər11:44 - "Ukraynada ABŞ komandoları döyüşür" - "The New York Times"01:17 - Rusiya müharibəni nə vaxt bitirəcək?01:07 - Dünyada yeni alyans: Avstraliya, Britaniya, Yeni Zelandiya, ABŞ və Yaponiya - Partners in the Blue Pacific01:04 - "Rusiya Belarusa "İskəndər-M" verəcək" - Putin

25 iyun

20:15 - İran atom elektrik stansiyası tikəcək 18:51 - Rusiyanın neft gəlirləri sürətlə artır - "The Washington Post"16:26 - "ABŞ müharibənin bitməsini deyil, Putinin devrilməsini istəyir..." - Qiora Aylend 16:21 - Rusiya daha bir ölkəni hədələdi - "Moldova hakimiyyəti lokomotivdən qabağa keçib"16:16 - Rusiya Belarus ərazisindən Ukraynaya raket zərbələri endirib13:03 - "İlk raketi Londona atacağıq..." - Rus general12:39 - "Kontakt Home"un problemli kreditləri - "Legal 12" şirkətinin "reket" əməlləri…12:25 - Ucuzlaşma anonsu verilir, vətəndaş inanmır...11:34 - İran Azərbaycana niyə hücumlar təşkil edir? - Detallar11:13 - Gürcüstan hökumətinə 1 həftə vaxt verildi...11:10 - Türkiyə qorxusu qonşunu hərəkətə keçirdi - Fransa ilə yeni hərbi anlaşma11:08 - Paşinyan medianın suallarına cavab verəcək11:06 - Azərbaycan-Naxçıvan bağlantısı ilə türkdilli ölkələrin əlaqələrini necə gücləndirmək olar?