Bakıdan gedən prezident İrəvanda niyə mühasirəyə alındı?

20 may, 2022 13:01

Ukrayna müharibəsində NATO-Rusiya toqquşmasının yaratdığı böyük qığılcım digər ərazilərdəki nüfuz toqquşmalarını arxa plana keçirib, daha doğrusu, ictimai rəydə diqqət azaldığı üçün belə təəssürat yaranır. Halbuki Baltikdən Yapon dənizinə qədər Rusiyanın bütün sərhədləri boyunca ciddi fəallıq hiss edilir.

Finlandiya və İsveçin NATO-ya qəbul üçün müraciəti, Ukraynada müharibədə yerli müdafiəçilərə hücum üçün lazım olan silahların verilməsi, o cümlədən onmilyardlarla yardımın inanılmaz sürətlə təsdiqlənməsi, Belarusun ordunu hazır vəziyyətə gətirməsi və Lukaşenkonun S-400 və “İsgəndər” aldığını elan etməsi, Dnestryanıda son toqquşmalar, Gürcüstandakı separatçı qurumun – Cənubi Osetiyanın Rusiyaya birləşmək üçün “referendum” keçirməyə cəhd etməsi, hətta bir neçə gün öncə Tacikistandakı toqquşmalar, Qırğızıstan sərhəd mübahisələri…

Böyük sərhəd perimetri boyunca aktivləşmədə bizim üçün ən həssas olan əlbəttə ki, regionumuzdur və burda biz çox ciddi oyunların getdiyini diqqətdən qaçırırıq: 25 apreldən Nikol Paşinyana qarşı müxalifətin aksiyaları 2 maydan davamlı təzyiqə çevrilir; silsilə aksiyalar sərhəddə Azərbaycan rayonlarının atəşə tutulması ilə müşayət olunur; aksiyaya çıxanların demək olar ki, hamısı rusyönlülərdir və onların erməni ictimaiyyətində nüfuzu olduqca bərbad vəziyyətdədir, buna baxmayaraq, ciddi maliyyə yardımı ilə rusyönlü müxalifətin azsaylı qüvvələri siyasi destabilizasiyanı davam etdirməyə və Qafqazda sülhü gətirəcək anlaşmanın imzalanmasına imkan verməməkdə israrlıdırlar; ötən gün artıq diasporun da onlara dəstək verəcəyi barədə məlumat yayıldı.

Bu arada, Mirzoyan ABŞ-a səfər etdi (2-6 may), Blinken hər iki ölkə rəhbəri ilə telefonla müzakirələr apardı və sülhə dəstəyini nümayiş etdirdi, Nikol Paşinyan meydanlardakı ruspərəst müxalifətə qarşı qərbpərəst partiyalarla görüş keçirdi və s.

Ən maraqlı məqam Litva Prezidentinin Azərbaycandan İrəvana getməsi və məhz onun qaldığı oteli “revanşist”-rusyönlü müxaliflərin mühasirəyə alması və aksiyaların bir hissəsini ona həsr etməsi idi.

İrəvanda aksiya keçirən “revanşist” müxalifət niyə qonaq gələn bir prezidentin qaldığı oteli əhatəyə almalı və ona etiraz etməlidir?

Demək, Blinkenin zəngindən, Litva Prezidentinin səfərindən tutmuş Şahin Mustafayevin İrana səfərinə və Lavrovla Abdullahianın ötəngünkü müzakirələrinə, Mövlud Çavuşoğlunun müxalifətin Paşinyana təzyiq etməsini açıq ifadəsinə qədər, regionumuz ciddi siyasi təbəddülatın ərəfəsindədir – bəlkə də artıq başlayıb.

Hər bir halda 22 mayda Brüsseldə Əliyev-Paşinyan görüşünün yenidən Şarl Mişelin təşəbbüsü ilə baş tutması sıradan hadisə deyil. Rusiya küncə qısılıb və vasitəçi olmaq təşəbbüsünü əldən verir: vasitəçiyə isə mütləq sövdələşmədən nələrsə çatır!

Rusiya “vasitəçi kimi” maraqları tamam fərqli olduğundan, bu dəfə də sülhü dondurmağa başlayıb və bunu İrəvanda 25 apreldən başlayan və bir aydır davam edən aksiyalar da təsdiqləyir. Ancaq Qərb Rusiya ətrafında konflikt ocaqlarını saxlamaqda maraqlı deyil. Çünki ən azı bu ocaqlar Rusiyanın sanksiyalardan yayınma və yaxud qonşularını seçimdən yayındırma və daimi təzyiq altında saxlama vasitəsidir.axar.az

18 avqust

16:01 - İlham Əliyev sərəncam imzaladı - Komissiyanın tərkibi dəyişdi15:59 - Ermənistan Azərbaycanla sərhəddə üç keçid məntəqəsi açacaq15:55 - Rusiya ordusunun kapitanı müharibəyə qarşı çıxan azərbaycanlını güllələdi - "Sirena" nəşri15:50 - Türkiyyə İsveç və Finlandiyaya xəbərdarlıq etdi15:47 - ОАО “Azərlotereya” заплатила налогов на сумму более 5 миллионов AZN - фото15:43 - "Azərlotereya" ASC 5 milyon manatdan çox vergi ödəyib - FOTOLAR 15:35 - 1 saylı "zon"un rəisi avtoritetlərə yas mərasimi təşkil edib10:48 - Çin Rusiyaya qoşun göndərir...10:45 - Rusiya və Ermənistan arasında böyük gərginlik - Dostlar düşmənə çevirilir?09:17 - Azərbaycanda məmurlar niyə kompromat toplayır? 00:53 - Qazaxıstan təhsilində rus dili qadağası - Kreml hansı addımı atacaq?00:44 - İlham Əliyev və Mehriban Əliyeva Müslüm Maqomayevin xatirəsinə həsr olunan gecədə iştirak edib - FOTOLAR00:42 - Rusiyadan Krımla bağlı təcili addım...00:38 - Bu gün ermənilər Laçındakı kilsəyə toplanacaq - SƏBƏBLƏR00:32 - Bizim Market” satıldı: Qalmaqallı iş adamı ölkəni tərk edir? - FOTO 00:29 - Qarabağda ermənilərdən ağır silahlar alınır? - Erməni mediası00:26 - NATO Kosovodakı sülhməramlıların sayını niyə artırır?

17 avqust

17:11 - Türkiyə-İsrail yaxınlaşmasını təmin edən hansı amillərdir?16:08 - Ukraynaya hücumdan əvvəl nələr baş verib: Gizli saxlanılan detallar açıqlandı - "The Washington Post" 16:05 - Türkiyə-İsrail münasibətləri bərpa olundu13:22 - Çin Ukrayna ilə müharibədə Rusiyaya kömək edirmi? - Kuleba izah edib13:20 - "O gözəl günləri xatırladıq və Mehribanla çox duyğulandıq" - İlham Əliyev11:57 - Rusiya Ermənistana nota verdi02:04 - Bundan sonra almanların Rusiyaya münasibəti necə olacaq? - "İROZHLAS" nəşri02:00 - Quterreş, Ərdoğan və Zelenski arasında Lvovda görüş olacaq 01:58 - Çinin Tayvanı işğal etməsi an məsələsidir...01:52 - ABŞ İrana qarşı sanksiyaların ləğvini qəbul edib?

16 avqust

19:38 - Rusiya ilə sərhəddə Sovet abidəsi söküldü...18:46 - İran hərbi nümayəndə heyəti Qarabağda - FOTO18:36 - Ermənistan "sülhə" belə hazırlaşır - FOTOLAR