"Rusiya ordusu Sxinvalidə - Qarabağda ara qarışarsa, ora dəhliz açmaq üçün dayanıb..."

16 may, 2022 19:02

“Birincisi, Gürcüstanın növbəti olacağı fikri ilə razı deyiləm  Növbəti Gürcüstan olmayacaq, paketdə Gürcüstan var. Növbəti Polşa, Baltikyanı ölkələrdir və biz paketin içindəyik. Belə deyək... Orada biz, Moldova və KTMT-də müttəfiq sayılan bütün digər ölkələr bitərəf hesab edilir - hamısı paketlə gedəcək. Dekabrda SSRİ-nin yaranmasının 100 illiyi ilə bağlı yeni ittifaq müqaviləsi imzalamaq üçün Putinin Ukraynanı ələ keçirmək və ilin sonuna qədər, demək olar ki, keçmiş ittifaqın bütün respublikalarını zəbt etmək kimi çox sadə planı var idi. Onlar daim tarixi yenidənqurmalarla məşğuldurlar axı... Siz ki, başa düşürsünüz...”.

Bu fikirləri müstəqil gürcü ekspert, Gürcüstan strateji analitik mərkəzinin analitiki Gela Vasadze Ukraynanın “NV” radiosuna müsahibəsində “Yəqin, bilirsiniz ki, Ukraynada, Ukrayna tərəfində çoxlu gürcü döyüşür. Orada təlimatçılar da var. Və Ukrayna cəmiyyətində belə bir qənaət var ki, Ukrayna uduzsa, növbəti Gürcüstan olacaq” fikrinə münasibət bildirərkən ifadə edib.

“Cəmiyyətin bunu başa düşməsinə gəlincə, o da var.  Amma eyni zamanda Gürcüstanın aktiv siyasət yürütməsinin əleyhdarları bunları deyirlər: İndi Ukraynada müharibə gedir; uduzsalar, növbəti biz olacağımız aydındır. Müharibə birdən dayanarsa və növbəti qurban olaraq biz seçiləriksə? Yəni uduzan Ukrayna olmayacaq, amma deyək ki, hansısa atəşkəs razılaşması bağlana  bilər və bu dəfə biz Rusiyanı qıcıqlandırdığımızdan növbəti qurban biz olarıq.  Fəqət, bizim nə o boyda ərazimiz, nə o sayda əhalimiz, nə də Amerika silahlarımız var.  Bizdə praktiki olaraq heç nə yoxdur” –açıqlamasının davamında bunları söyləyən müstəqil analitik  Qarabağdan da danışıb.

“Ona görə də cəmiyyətin nəzərində bizim tərəfdən səslənən çağırışların elə bir dominantlığı yoxdur. Və başqa bir çox vacib məqam. Onlar cəmiyyətə təlqin etməyə başladılar ki, Ukrayna Gürcüstandan ikinci cəbhə açmağı tələb edir. Bu, cəfəngiyatdır. Çünki heç kim ikinci cəbhədən danışmır, aktiv mövqedən danışır. Amma bir neçə dəfə "ikinci cəbhə" sözləri eşidilib. İnsanlar burada vəziyyəti həqiqətən başa düşmürlər. Çünki birincisi, heç kim texnikanı çıxarmayıb.  Yayılmış rəylərin əksinə olaraq Rusiya qoşunları Gürcüstanı tərk etməyib. Onlar hələ də Sxinvalidə(Cənubi Osetiyanın paytaxtı-S.L.) dayanırlar. Və onlar orada Donbasda  lazım olduqları üçün durmurlar, Qarabağda hərc-mərclik başlayar deyə dayanırlar. Bax, o vaxt ruslar oraya dəhliz açmağa başlayacaqlar”- deyə gürcü ekspert bildirib. 

“Və bütün bunlar birlikdə, deyək ki, cəmiyyətin ümumi durumunu müəyyən edir. Cəmiyyətimiz kəskin qütbləşib. Saakaşvilinin tərəfdarları var, "Arzu" tərəfdarları da var. Düzdür, onlar dövlət əməkdaşlarıdır, amma yenə də... Həm də insanlar var ki, əsasən  garagüruhdurlar, heç nəyə inanmırlar. Və həmin qaragüruha da təsir etmək asandır..."- deyə Gela Vasadze əlavə edib.

27 iyun

14:03 - "Xəzər beşliyi" fəaliyyətini necə davam etdirəcək?12:42 - İlham Əliyev Ermənistana   xəbərdarlıq etdi11:47 - Nazirlər Bakı Bəyannaməsi imzaladılar - FOTOLAR11:09 - Azərbaycanda növbəti komando hərbi hissələri açılacaq10:04 - İbrahim Kalından Qarabağ açıqlaması - "Amerikalılarla qarşı-qarşıya gəldik"10:02 - Putinin nüvə çamadanı necə işləyir?09:57 - Azərbaycanda təyyarə biletinin qiyməti artmaqda davam edir09:54 - "Rusiya son bir əsrdə ilk defolt elan edib" - "Bloomberg"

26 iyun

20:25 - Azərbaycan səfiri İran şirkətlərini Qarabağ və Şərqi Zəngəzura sərmayə yatırmağa çağırıb20:22 - AXCP fəalı Çapay Sadıqlı qətlə yetirildi20:18 - İlham Əliyev Kəlbəcərdə hərbi hissənin açılışını etdi11:49 - Üç türk ölkəsinin nazirləri Bakıda toplanır - Nələr müzakirə olunacaq? 11:47 - Azərbaycanın müdafiə xərcləri nə qədərdir?  - Rəqəmlər11:44 - "Ukraynada ABŞ komandoları döyüşür" - "The New York Times"01:17 - Rusiya müharibəni nə vaxt bitirəcək?01:07 - Dünyada yeni alyans: Avstraliya, Britaniya, Yeni Zelandiya, ABŞ və Yaponiya - Partners in the Blue Pacific01:04 - "Rusiya Belarusa "İskəndər-M" verəcək" - Putin

25 iyun

20:15 - İran atom elektrik stansiyası tikəcək 18:51 - Rusiyanın neft gəlirləri sürətlə artır - "The Washington Post"16:26 - "ABŞ müharibənin bitməsini deyil, Putinin devrilməsini istəyir..." - Qiora Aylend 16:21 - Rusiya daha bir ölkəni hədələdi - "Moldova hakimiyyəti lokomotivdən qabağa keçib"16:16 - Rusiya Belarus ərazisindən Ukraynaya raket zərbələri endirib13:03 - "İlk raketi Londona atacağıq..." - Rus general12:39 - "Kontakt Home"un problemli kreditləri - "Legal 12" şirkətinin "reket" əməlləri…12:25 - Ucuzlaşma anonsu verilir, vətəndaş inanmır...11:34 - İran Azərbaycana niyə hücumlar təşkil edir? - Detallar11:13 - Gürcüstan hökumətinə 1 həftə vaxt verildi...11:10 - Türkiyə qorxusu qonşunu hərəkətə keçirdi - Fransa ilə yeni hərbi anlaşma11:08 - Paşinyan medianın suallarına cavab verəcək11:06 - Azərbaycan-Naxçıvan bağlantısı ilə türkdilli ölkələrin əlaqələrini necə gücləndirmək olar?