14 may aksiyasının əsas konturları - Sivil münasibət radikalları məyus edir

16 may, 2022 09:07

May ayının 14-də Fəvvarələr meydanında keçirilən aksiyanı əvvəlki aksiyalardan fərqləndirən bir neçə mühüm məqam var idi. Düzdür, radikalların hakimiyyətə olan münasibətinin əsas konturları bu dəfə də dəyişməmişdi, amma onların ideoloji yoxsulluğu bu dəfə daha qabarıq şəkildə özünü büruzə verdi.

Azərbaycan radikal müxalifəti dəqiq əmindir ki, onların bu günə qədər ölkədə bütün təxribatçı addımlarının qarşısı ölkə polisləri tərəfindən qətiyyətlə alınıb. Başa düşürlər ki, ictimai asayişi pozmağın və insanları kor-koranə şəkildə dövlət əleyhinə qaldırmağın əsas yollarından biri “Azərbaycan polis barieli”ni aşmaqdır. Bu aksiyada əsas hədəflərdən biri məhz Azərbaycan hüquq-mühafizə orqanlarını etibardan salınması, onlardan “mafiya” imicinin yaradılması idi.

Polislər aksiya iştirakçılarına qarşı olduqca sivil yanaşdılar. Bu, çox mühüm faktordur. Aksiyanın keçirilməsində əsas mqəsədlərdən biri Azərbaycan polisini təxribata çəkib onları güc tətbiqinə məcbur etmək idi. Belə olacağı təqdirdə aksiyada səslənən “kriminal dövlət istəmirik” şüarını daha əyani şəkildə cəmiyyətə yedirtməyə çalışacaqdılar.

Aidiyyatı qurumların “aksiyada saxlanılan yoxdur” açıqlaması praqmatik, soyuqqanlı və ciddi hədəflərə hesablanmış qərarların qəbul edildiyini göstərir. Bundan əvvəlki bütün aksiyalarda saxlanılanlar olurdu və nəticədə saqqız kimi uzanan müzakirələr günlərlə davam edirdi.

14 may aksiyası göstərdi ki, şüarlar səsləndirən və küçə boyu o tərəf-bu tərəfə qaçaraq qışqıran radikal aktivistləri saxlamaq, onlara təzyiq göstərmək lazım deyil. Polislərin "etinasızlığı" isə onların daha şiddətli qıçqırıqlarına səbəb olurdu. Nəticə isə dəyişmədi: şüar və qulaq batıran qışqırıqlar fayda vermədi, bu, onların özünü taqətdən salmış oldu.

Hazırda Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycanın praqmatik davranışları xüsusilə diqqət çəkir.

İndiyə qədər insan hüquqları ilə bağlı Rusiyanın Azərbaycana qarşı bəyanatlarının şahidi olmuşuqmu? Xeyr! Bu, Qərbin missiyasıdır!

Rusiyanın məqsədi nədir? Azərbaycanda radikal müxalifətçilərə qarşı aqressiv təzyiqlər həyata keçirilsin və nəticədə Qərb Azərbaycana qarşı bəyanatlar səsləndirsin. Kreml bilir ki, bu bəyanatlar Azərbaycanı Qərbdən uzaqlaşdırmış olur. Ölkədə müxalifətə qarşı təzyiqlərin reallaşmasını Rusiyanın məqsədlərinə daxildir. Biz bu "fürsətdən" istifadə edərək, təxribatdan kənar durmalı, radikalların provakasiyalarından maksimum dərəcədə uzaq olmalıyıq (ictimai asayişi təmin etmək şərtilə) və Kremlin istəklərini tərksilah etməliyik. Bu, bizi Qərbə doğru itələmiş olacaq.

Azərbaycana özünü “ana müxalifət” adlandıran müxalifət liderləri qrantı Avropadan alsalar da, onlar Qərbin deyil, Rusiyanın şəbəkəsinə daxil olan marionet qruplardırlar. Avropadan Azərbaycan dövlətini hədəf alan blogerlərin maliyyələşməsinin də məhz Rusiyadan həyata keçirildiyi şübhə doğurmur. Yəni sosial şəbəkələrdə Azərbaycanı Qərb "demokratiyası" ilə şantaj edən radikal müxalifət əslində Qərbin yox, 30 ildir Rusiyanın ölkəmizdəki casus şəbəkəsinin siyasi blokunun üzvləridirlər. 

Qərb nə istəyir, yaxud biz necə düşünməliyik? Aksiyanın sivil şəkildə mühafizəsini Azərbaycan polisi həyata keçirmiş oldu, heç bir aktivist də zorakılığa məruz qalmadı. Bu amil Azərbaycanı Rusiyadan qopardır və Qərbin Azərbaycanla bağlı istəklərinə tam uyğun amil kimi diqqət çəkir.

Düşünürəm ki, Rusiya-Ukrayna müharibəsinin sonu ölkəmizin strateji maraqlarının milli ştrixləri daha qabarıq şəkildə cızılmış olacaq. Müharibədən sonra zəifləyəcək Rusiyanın ölkəmizdəki ən azı klassik siyasi maraqlarını tamamilə bloklamalıyıq.

Müəllif: Samir Feyruzov

27 iyun

14:03 - "Xəzər beşliyi" fəaliyyətini necə davam etdirəcək?12:42 - İlham Əliyev Ermənistana   xəbərdarlıq etdi11:47 - Nazirlər Bakı Bəyannaməsi imzaladılar - FOTOLAR11:09 - Azərbaycanda növbəti komando hərbi hissələri açılacaq10:04 - İbrahim Kalından Qarabağ açıqlaması - "Amerikalılarla qarşı-qarşıya gəldik"10:02 - Putinin nüvə çamadanı necə işləyir?09:57 - Azərbaycanda təyyarə biletinin qiyməti artmaqda davam edir09:54 - "Rusiya son bir əsrdə ilk defolt elan edib" - "Bloomberg"

26 iyun

20:25 - Azərbaycan səfiri İran şirkətlərini Qarabağ və Şərqi Zəngəzura sərmayə yatırmağa çağırıb20:22 - AXCP fəalı Çapay Sadıqlı qətlə yetirildi20:18 - İlham Əliyev Kəlbəcərdə hərbi hissənin açılışını etdi11:49 - Üç türk ölkəsinin nazirləri Bakıda toplanır - Nələr müzakirə olunacaq? 11:47 - Azərbaycanın müdafiə xərcləri nə qədərdir?  - Rəqəmlər11:44 - "Ukraynada ABŞ komandoları döyüşür" - "The New York Times"01:17 - Rusiya müharibəni nə vaxt bitirəcək?01:07 - Dünyada yeni alyans: Avstraliya, Britaniya, Yeni Zelandiya, ABŞ və Yaponiya - Partners in the Blue Pacific01:04 - "Rusiya Belarusa "İskəndər-M" verəcək" - Putin

25 iyun

20:15 - İran atom elektrik stansiyası tikəcək 18:51 - Rusiyanın neft gəlirləri sürətlə artır - "The Washington Post"16:26 - "ABŞ müharibənin bitməsini deyil, Putinin devrilməsini istəyir..." - Qiora Aylend 16:21 - Rusiya daha bir ölkəni hədələdi - "Moldova hakimiyyəti lokomotivdən qabağa keçib"16:16 - Rusiya Belarus ərazisindən Ukraynaya raket zərbələri endirib13:03 - "İlk raketi Londona atacağıq..." - Rus general12:39 - "Kontakt Home"un problemli kreditləri - "Legal 12" şirkətinin "reket" əməlləri…12:25 - Ucuzlaşma anonsu verilir, vətəndaş inanmır...11:34 - İran Azərbaycana niyə hücumlar təşkil edir? - Detallar11:13 - Gürcüstan hökumətinə 1 həftə vaxt verildi...11:10 - Türkiyə qorxusu qonşunu hərəkətə keçirdi - Fransa ilə yeni hərbi anlaşma11:08 - Paşinyan medianın suallarına cavab verəcək11:06 - Azərbaycan-Naxçıvan bağlantısı ilə türkdilli ölkələrin əlaqələrini necə gücləndirmək olar?