Avro dollarla bərabərləşir - Manatı nə gözləyir?

14 may, 2022 09:53

Hazırda dünya birjalarında avronun dollar və digər valyutalar qarşısında dəyərsizləşməsi müşahidə olunur. Son 1 ayda avronun məzənnəsində 2-3 faizlik azalma qeydə alınıb.

Avronun ucuzlaşmasını şərtləndirən amillərdən biri kimi ABŞ Federal Ehtiyatlar Sisteminin (FES) faiz dərəcəsini artırmaq qərarı göstərilir. Mayın 4-də FES faiz dərəcəsini 0,5 baza bəndi artıraraq illik 0,75 - 1 faizə çatdırıb. Bu, son 22 ildə FES-in qəbul etdiyi ən kəskin artım qərarı idi. Bundan əvvəl FES mart ayında uçot dərəcəsini 0,25 faiz artırmışdı. Analitiklər hesab edir ki, Avropa Mərkəzi Bankının faiz dərəcəsini artırmaq imkanı olmadığı üçün avro dollar qarşısında zəifləyib.

İqtisadçı-alim Fuad İbrahimov teleqraf.com-a bildirib ki, avronun birjalarda ucuzlaşması manatın, eləcə də dolların avroya nisbətən möhkəmlənməsinə səbəb olub:

“Tədqiqat apardığım müddətdə yadıma gəlmir ki, dollar avroya qarşı möhkəmlənsin, hətta paritet yaransın. Pandemiyadan sonra dünya bazarında dolların kifayət qədər ucuzlaşması prosesi getdi. FES-in faiz dərəcəsini sıfıra endirmək qərarı ABŞ milli valyutasının ucuzlaşmasına gətirib çıxardı. Son dövrlərdə də uçot dərəcəsinin artırılması, eyni zamanda da digər makroiqtisadi alətlər dolların möhkəmlənmə prosesini sürətləndirib. Bu, təbii haldır. Hazırda avronun, eləcə də dolların hakim olduğu zonalarda ölkələrin makroiqtisadi tarazlığı pozulub. Dünyanın dönərli valyutaları bir-birinə qarşı möhkəmlənmə və ucuzlaşma prosesindən keçir”.

Maraqlıdır, dollar avroya, funt-sterlinqə qarşı möhkəmləndiyi halda, manata qarşı öz səviyyəsində necə qalır?

İqtisadçı bunun səbəbini üzənə məzənnə rejiminə keçməməkdə görür:

“Bu gün məzənnə daha çox qiymətdə idarə olunur. Yəni məzənnə konkret rəqəm əsasında idarə olunur. Amma avro manata qarşı ucuzlaşmaqdadır. Bu o deməkdir ki, avro istiqamətində biz daha çox üzən məzənnə rejiminə riayət edirik. Bu da o haqda fikir yaradır ki, üzən məzənnə diferensial qaydada istifadə olunur. Yəni manatın məzənnəsi dollara qarşı yerində qalıb, amma funt-sterlinqə və yaxud avroya qarşı möhkəmlənir. Hazırda Azərbaycan manatına qarşı ciddi təzyiq yoxdur, çünki idxal-ixrac əməliyyatlarında müsbət saldo var. 2022-ci ilin Azərbaycan dövlət büdcəsində neftin qiyməti 50 dollar səviyyəsində müəyyən olunub. Bu, sığortalanmış bir rəqəmdir. Məlumdur ki, son aylar dünya bazarında Azərbaycan nefti 100 dollardan yuxarı satılır. Bir sözlə, manata qarşı ciddi bir təhlükə, təzyiq yoxdur”.

24 may

19:06 - Sərhəddə delimitasiya üzrə Komissiyanın ilk görüşü keçirildi18:36 - Türkiyə Suriyada yeni əməliyyata başlayır - Hədəf nədir?18:33 - Moldovanın sabiq prezidenti həbs edildi - Dövlətə xəyanətdə ittihamı olunur 17:13 - "Hindistanı nüvə silahı ilə məhv edəcəyik" - Pakistan müdafiə naziri17:05 - Bakı Qarabağı tam qaytaracaq - Sergey Markov16:35 - Vilyam Hacıyevin üzərinə həbs qoyulmuş əmlaklarının siyahısı16:32 - Britaniya səfirliyinin "LQBT" bayrağı qaldırmasına rəsmi etiraz edildi və ...16:27 - "Müttəfiqlərimizi şantaj edirlər" - Şoyqu16:22 - Şeyx 15 ildir qazpulu ödəməyib?11:34 - İran XİN Brüssel danışıqlarına rəy bildirdi11:30 - Xankəndidə bütün adlar Azərbaycan dilində yazıldı - FOTOLAR 10:32 - Gömrükdə sensasion kosmetika əməliyyatı... - "Səfər dəhlizi" 10:09 - Azərbaycan kommunistlərinin aqibəti necə olacaq...10:02 - "20 ölkə Ukraynaya yeni hərbi yardım göstərəcək" - Pentaqon10:00 - Tikinti şirkətlərinin fırıldağı - Ekspert şərh edir00:19 - "Xankəndidə rus alimə abidə qoyulması təxribatdır" - Oqtay Qasımov00:17 - Generalın iş adamı ilə söhbəti niyə baş tutmayıb? - Məhkəmədə qalmaqal00:14 - "Brüssel sui-qəsdinə qarşı mübarizə aparmaq lazımdır" - Andranik Tevanyan00:11 - "Bundan sonra mənim üçün Mitsotakis adlı adam yoxdur" - Ərdoğan00:09 - "Zəngəzur dəhlizinin açılması barədə razılığa gəldik" - İlham Əliyev00:08 - İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng etdi - Nələr müzakirə olunub?00:04 - Rəflərdə xarici süd doludur, yerli fermerlər isə müştəri tapmır - Bizə quru süd satırlar

23 may

20:38 - Məşhur "Starbucks" Rusiyanı tərk edir20:36 - Delimitasiya üzrə Dövlət Komissiyası yaradıldı - SİYAHI 20:30 - Paşinyan da sərhədlə bağlı komissiya yaratdı18:19 - Rusiyalı diplomat Ukraynadakı müharibəyə görə istefa verdi...15:16 - ATƏT Brüssel görüşünü alqışlayır...15:13 - "Gömrük Komitəsi adlı ayrıca quruma ehtiyac yoxdur" - Hüquqşünas12:53 - "İrəvan Qarabağın statusundan imtina edir" - Erməni tarixçi12:49 - Rus sülhməramlıların sabiq komandiri yaralandı, bacısı oğlu öldü  - FOTO