Türkiyə və Qazaxıstan arasında yaxınlaşma... - Yeni güc mərkəzi Azərbaycana nə vəd edir?

13 may, 2022 12:59

May ayının 10-11-də Qazaxıstan prezidenti Kasımjomərd Tokayevin Türkiyəyə səfəri çərçivəsində iki ölkə arasında iqtisadi, siyasi, hərbi, humanitar və digər sahələri əhatə edən mühüm sənədlər imzalandı.

Rusiya-Ukrayna(Qərb) müharibəsi fonunda Qazaxıstan və Türkiyə arasında münasibətlərin daha da dərinləşməsini özündə ehtiva edən sənədlərin imzalanmasının mahiyyəti və əhəmiyyəti nədən ibarət ola bilər?

- Məsələ bundadır ki, Qazaxıstan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT), Türkiyə isə NATO-nun əsas aparıcı üzvüdür. Hazırda Rusiya və Qərb (NATO) arasında Ukrayna ərazisində gərgin müharibə gedir. Heç şübhəsiz ki, bu müharibə həm Rusiyanın, həm də Qərbin imkanlarını tükədir, resurslarını azaldır. Situasiya elə yaranıb ki, müharibə Rusiya və Qərbin türk dövlətlərinin birliyinə qarşı yönələn addımlarını da tormozlayıb.

Məhz belə bir məqamda Qazaxıstanın Rusiyanın nəzarəti altında olan KTMT-dən, Türkiyənin isə ABŞ-ın söz sahibi olduğu NATO-dan qopması mühüm addımdır. Ələlxüsus, iki xristian cəbhəsinin müharibə apardığı bir ərəfədə yeni “Türk güc mərkəzi”nin yaradılması ciddi tarixi əhəmiyyətə malikdir. Heç şübhəsiz ki, Türk Dövlətləri Təşkilatının mövcudluğu prosesin daha ciddi şəkil almasının tarixi, hüquqi və siyasi bazasını təşkil edir.

- Türk Dövlətləri Təşkilatının üç əsas mərkəzi var - Bakı, İstanbul və Nur-Sultan şəhərləri... İstanbul və Nur-Sultan arasında görüş keçirildi. Bakı və Ankara arasında da indiyə qədər “Şuşa” bəyannaməsi də daxil mühüm sənədlər imzalanıb. Proseslərin təhlili göstərir ki, yaxın gələcəkdə rəsmi Bakı və Nur-Sultan arasında da yeni sənədlərin imzalanması gündəmə gələ bilər. Bu, xüsusilə iki ölkənin parlamentləri səviyyəsində baş tuta bilər. Türkiyə türk dövlətləri arasında “ümumi katiblik” (proseslərin nüvəsi rolunu oynayır) funksiyasını yerinə yetirir.

- Qazaxıstan neft-qaz ehtiyatları ilə olduqca zəngin ölkədir. Dünyada ərazisinə görə doqquzuncu yerdə olan Qazaxıstan neft-qaz ehtiyatlarına görə də ilk onluqda qərarlaşır. Orta Asiyada Şərq və Qərb arasında ən mühüm logistik mərkəz hesab olunan Qazaxıstan Rusiyanın cənub sərhədləri boyunca yeni nəqliyyat dəhlizinin reallaşmasını təmin etmək iqtidarına malik ölkədir. Proseslər onu deməyə əsas verir ki, türk dövlətləri arasındakı istiləşmənin iqtisadi dayaqlar üzərində formalaşması qərara alınıb. Çünki nəhəng iqtisadi resurslar resurslar formalaşdırmadan siyasi mərkəzə çevrilmək mümkün deyil.

- Rusiya-Ukrayna müharibəsi fonunda Türkiyənin Moskvaya qarşı sanksiyalara qoşulmamasını labüd edən ciddi səbəblər var idi, onlardan birini prezient Ərdoğan dilə gətirmişdi ki, “... çünki bu gün sadəcə təbii qazın təqribən yarısını Rusiyadan alırıq. Bu məsələdəki həssaslığımızı qorumalıyıq. Birincisi, mən xalqımı qarda-qışda soyuqda qoya bilmərəm. İkincisi, sənayemizi tamamilə sıfırlaya bilmərəm”. Nəzərə almaq lazımdır ki, Türkiyə böyük sənaye dövlətdir, Qazaxıstan isə təbii sərvətlərlə zəngin strateji coğrafiyadır, ölkədir.

Düşünürəm ki, Türkiyə və Qazaxıstan arasındakı münasibətlər Ankaranın Moskavandan qaza asılılığını da tədricən aradan qaldıra bilər. İki ölkə arasındakı imzalanan sənədlərin təhlili də bunu deməyə əsas verir. Türkiyə neft-qaz ehtiyatları baxımından Rusiyadan, hərbi-siyasi cəhətdən də Qərbdən asılılığı maksimum dərəcədə sıfırlamağı qərara alıb. Ərdoğanın atdığı addımlar hər iki istiqamətdə türk dövltələri ilə birliyin tərəfdarı olduğunu sübut edir.

- Ərdoğanın Asiya qitəsində sürətli və strateji alması onu deməyə əsas verir ki, 2023-cü il Türkiyədəki prezident seçkilərində Qərb onu birmənalı şəkildə dəstəkləyəcək. Çünki həm Şərqdə yeni güc mərkəzi yaradan Ərdoğan, Qərbg ölkələri arasında da hələ uzun illər davam edəcək açıq və qapalı savaşları kompromis nöqtəyə gətirə biləcək yeganə və alternativsiz liderdir.

- Türkiyə-Qazaxıstan arasındakı yaxınlaşması rəsmi Bakının yeni iqtisadi-siyasi güc kimi önə çıxmasını daha da təmin etmiş olacaq. Hazırda regiondakı qlobal əhəmiyyətli logistik-nəqliyyat dəhlizlərin mühüm icraçısı və təşəbbüskarı olan Azərbaycan bu baxımdan Qazaxıstanla eyni siyasi paraleldə üst-üstə görüşür. Qazaxıstanın Xəzər dənizindəki logistik əhəmiyyəti iki ölkə arasında yeni istiqamətlər də formalaşdıra bilər. Sevindiricidir ki, 2021-ci ildə Qazaxıstanla Azərbaycan arasında ticarət dövriyyəsi 332,2 milyon dollar səviyyəsinə gəlib çatıb. Qazaxıstandan Azərbaycana ixrac 3,4 dəfə artaraq 287,9 milyon, idxal isə 77,3% artaraq 44,4 milyon dollar təşkil edir.

Müəllif: Samir Feyruzov

20 may

10:55 - "Rusiya NATO-ya üzv olmaqdan özü imtina edib" - ABŞ Dövlət katibi09:12 - ABŞ Ermənistanda hakimiyyət dəyişikliyi istəmir - Səfirin fikirlərini belə şərh edirlər 09:09 - Azərbaycanda dollar almaq əngəli - Absurd tələb niyə ləğv olunmur?01:26 - "ABŞ qoşunları Ukraynada döyüşməyəcək" - Pentaqon01:24 - NATO Baş kaibi Türkiyənin strateji əhəmiyyətindən danışdı01:22 - Rusiya Moldovaya müdaxilə edəcəkmi? - Makron

19 may

23:34 - Brüsseldə İlham Əliyev, Şarl Mişel və Paşinyanın görüşü olacaq23:30 - "İrəvan Moskvanın təhriki ilə Brüsseli neytrallaşdırır" - "Caliber"23:28 - Xoşqədəm Hidayətqızının həbsi tələb olunur - Xüsusi ittiham qaydasında məhkəməyə verildi17:45 - Baş Prokurorluq məhkəməyə müraciət etdi - Alimpaşa Məmmədovun həbs müddəti uzadıldı17:30 - Elman Rüstəmovun qızının borcu 15 milyona çatır – Fotofakt17:15 - Çindən Rusiyaya ixrac kəskin azalıb - Pekin Qərbin sanksiyalarından qorxur17:00 - Kreml “Şimal Axını-2” kəmərinin fəaliyyətə başlayacağına ümid etmir 16:45 - Ukraynadakı müharibəni dayandırmağa kimlər mane olur? - “Bloomberg”16:30 - Azərbaycanda SAT-ın imtahan suallarını satanlar həbs edilib16:15 - “Rusiya Kiyevlə danışıqlara hazırdır“ - Rudenko16:00 - Z və V hansı mənanı daşıyır? - Rusiya MN-dən açıqlama15:45 - Ermənistanın sərhəd komissiyasının tərkibi müəyyənləşdi15:30 - “Əks-hücum daha çox vaxt tələb edir...” – Ukraynanın yaxın üç aya aid planları məlum olub15:15 - İran sərhədçilərinin öldürdüyü Mircavadın 22 yaşı olub15:00 - Prezidentin yüksək vəzifəyə təyin etdiyi Şahin Əliyev kimdir? - dosye14:40 - "Nə Aİ, nə də NATO Rusiya ilə müharibə istəyir" - Fransa XİN14:20 - "İsveç tamamilə terror yuvasıdır" - Türkiyə Prezidenti14:10 - ABŞ səfirindən Azərbaycan əleyhinə bəyanat13:55 - “Nə Putinlə, nə də Zelenski ilə əlaqələri kəsmək niyyətimiz var” - Ərdoğan 13:35 - "Ukrayna hazırda Avropa dəyərlərini qoruyur..." - 9 milyard avroluq "Marşal planı"13:18 - “Times”: “Ukraynadakı əməliyyat NATO-nun təxribatlarının nəticəsidir”13:15 - "Hazırda Azərbaycan mediası ciddi islahatlar dönəmini yaşayır" - Əhməd İsmayılov13:05 - İran sərhədçiləri Azərbaycan vətəndaşını güllələyərək öldürdü 12:50 - “Sevinirəm ki, Qurban Qurbanov “Qarabağ”dan qazandığı pulları belə xərcləyir” - Tahir Gözəl