Henri Kissincerdən sensasion açıqlamalar...

11 may, 2022 01:42

“Dünyada geopolitik vəziyyət Ukraynadakı müharibədən sonra əhəmiyyətli dəyişikliklərə uğrayacaq”.

Xarici agentliklər xəbər verir ki, bu sözlər ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer tərəfindən Financial Times qəzetinə verdiyi müsahibədə səslənib.

“Çin və Rusiyanın bütün gözlənilən məsələlərdə eyni maraqlara malik olması təbii deyil. Bizim onlar arasında hər hansı fikir ayrılıqlarına səbəb ola biləcəyimizi düşünmürəm. Lakin şərtlər bunu tələb edəcək. Ukraynadakı müharibədən sonra Rusiya ən azı, Avropa ilə münasibətlərinə və NATO-ya ümumi münasibətinə yenidən baxmalı olacaq. Düşünürəm ki, iki düşməni bir araya gətirəcək şəkildə onlara düşmən münasibət bəsləmək ağılsızlıqdır və biz Avropa ilə münasibətlərimizdə, həmçinin daxili müzakirələrimizdə bu prinsipi qəbul etdikdən sonra, diferensial yanaşma tətbiq edə bilərik. Bu, o demək deyil ki, onlardan hər hansı biri Qərblə yaxın dost olacaq. Sadəcə olaraq konkret məsələlərdə fərqli yanaşma imkanlarını onlar üçün açıq qoyuruq. Qarşıdakı dövrdə Rusiya ilə Çini ayrılmaz ünsürlər kimi qarışdırmamalıyıq”,-deyə keçmiş dövlət katibi bildirib. Böhranın nüvə müharibəsinə çevrilməsi təhlükəsindən və hazırkı texnologiyaların təsəvvürü belə mümkün olmayan fəlakətlərə səbəb ola biləcəyindən danışan Kissincer bunları qeyd edib: “Hazırkı vəziyyətin qəribə tərəfi odur ki, silahlar hər iki tərəfdən çoxalır və onların təkmilliyi ildən-ilə artır. Lakin silahların həqiqətən istifadə olunacağı təqdirdə nə baş verəcəyi ilə bağlı beynəlxalq müzakirələr demək olar ki aparılmır. Hansı tərəfdə durmasından asılı olmayaraq hər kəs başa düşməlidir ki, biz indi tamamilə yeni bir dövrdə yaşayırıq. Texnologiya bütün dünyaya yayıldıqca, diplomatiya və müharibə fərqli məzmuna ehtiyac duyacaq və bu, yeni problemlər yaradacaq”,- deyə usta diplomat söyləyib.

Rusiya prezidenti Vladimir Putinin qırmzı cizgiləri barədə danışan Henri Kissincer yaxın 15 il ərzində onunla sırf akademik strateji diskusiyya aparmaq üçün ildə ən az bir dəfə görüşdüyünü də bildirib: 

“Düşünürəm ki, o, Rusiya tarixinə bir növ mistik inanc daşıyıb ... və o, bu mənada bizim ilk Avropa və Şərqlə olan böyük uçuruma görə özünü təhqir olunmuş hiss etdi... Məncə, o, beynəlxalq arenada üzləşdiyi situasiyanı və açıq-aydın belə böyük bir əməliyyat zamanı Rusiyanın imkanlarını səhv hesablayıb. Nizamlanma zamanı gələndə hamı nəzərə almalıdır ki, artıq köhnə münasibətlərə geri dönlüməyəcək və Rusiyanın mövqeyi biz tələb etdiyimiz üçün deyil, öz etdikləri üçün fərqli olacaq... Bütün bu böhranlarda daxili qırmızı xəttin nə olduğunu anlamağa çalışmaq lazımdır... Açıq sual budur ki, bu eskalasiya nə qədər davam edəcək və daha da gərginləşmək üçün imkanlar nə dərəcədə böyükdür? Rusiya imkanlarının son həddinə çatıbsa, müharibənin qızışmasının hansı məqamda cəmiyyəti gərginləşdirəcəyinə qərar verməli olacaq. Bu da gələcəkdə onun böyük dövlət kimi beynəlxalq siyasət aparmaq imkanını məhdudlaşdıracaq.

Bu anda onun necə qərar verəcəyini söyləymək çətindir. Yəni savaş 70 ildə heç vaxt istifadə olunmayan silahlar kateqoriyasına keçəcəkmi? Bu xəttin keçilməsi, son dərəcə əhəmiyyətli bir hadisə olacaq. Çünki biz qlobal olaraq növbəti bölücü xətlərin nə olacağını bilmirik”, deyə henri Kissincer vurğulayıb.

Çinə gəldikdə isə amerikalı diplomat “istənlən çinli siyasətçinin Putinin hazırkı vəziyyətinə, yəni böhran durumlarında bütün dünyanın sənin əleyhinə olduğunu düşməmək üçün götür-qoy etdiyini” vurğulayıb.

24 may

19:06 - Sərhəddə delimitasiya üzrə Komissiyanın ilk görüşü keçirildi18:36 - Türkiyə Suriyada yeni əməliyyata başlayır - Hədəf nədir?18:33 - Moldovanın sabiq prezidenti həbs edildi - Dövlətə xəyanətdə ittihamı olunur 17:13 - "Hindistanı nüvə silahı ilə məhv edəcəyik" - Pakistan müdafiə naziri17:05 - Bakı Qarabağı tam qaytaracaq - Sergey Markov16:35 - Vilyam Hacıyevin üzərinə həbs qoyulmuş əmlaklarının siyahısı16:32 - Britaniya səfirliyinin "LQBT" bayrağı qaldırmasına rəsmi etiraz edildi və ...16:27 - "Müttəfiqlərimizi şantaj edirlər" - Şoyqu16:22 - Şeyx 15 ildir qazpulu ödəməyib?11:34 - İran XİN Brüssel danışıqlarına rəy bildirdi11:30 - Xankəndidə bütün adlar Azərbaycan dilində yazıldı - FOTOLAR 10:32 - Gömrükdə sensasion kosmetika əməliyyatı... - "Səfər dəhlizi" 10:09 - Azərbaycan kommunistlərinin aqibəti necə olacaq...10:02 - "20 ölkə Ukraynaya yeni hərbi yardım göstərəcək" - Pentaqon10:00 - Tikinti şirkətlərinin fırıldağı - Ekspert şərh edir00:19 - "Xankəndidə rus alimə abidə qoyulması təxribatdır" - Oqtay Qasımov00:17 - Generalın iş adamı ilə söhbəti niyə baş tutmayıb? - Məhkəmədə qalmaqal00:14 - "Brüssel sui-qəsdinə qarşı mübarizə aparmaq lazımdır" - Andranik Tevanyan00:11 - "Bundan sonra mənim üçün Mitsotakis adlı adam yoxdur" - Ərdoğan00:09 - "Zəngəzur dəhlizinin açılması barədə razılığa gəldik" - İlham Əliyev00:08 - İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng etdi - Nələr müzakirə olunub?00:04 - Rəflərdə xarici süd doludur, yerli fermerlər isə müştəri tapmır - Bizə quru süd satırlar

23 may

20:38 - Məşhur "Starbucks" Rusiyanı tərk edir20:36 - Delimitasiya üzrə Dövlət Komissiyası yaradıldı - SİYAHI 20:30 - Paşinyan da sərhədlə bağlı komissiya yaratdı18:19 - Rusiyalı diplomat Ukraynadakı müharibəyə görə istefa verdi...15:16 - ATƏT Brüssel görüşünü alqışlayır...15:13 - "Gömrük Komitəsi adlı ayrıca quruma ehtiyac yoxdur" - Hüquqşünas12:53 - "İrəvan Qarabağın statusundan imtina edir" - Erməni tarixçi12:49 - Rus sülhməramlıların sabiq komandiri yaralandı, bacısı oğlu öldü  - FOTO