Paşinyanı niyə devirə bilmirlər? - Sergey Markovdan şərh

10 may, 2022 23:04

Ermənistanda aprelin 25-dən etibarən paytaxt İrəvanda və digər ərazilərdə müxalifətin etiraz aksiyaları başlayıb. Xalqı iqtidara qarşı mübarizəyə səsləyən müxalifət liderləri kütləvi aksiyaları Nikol Paşinyan rejimi ilə “son döyüş” adlandırırlar. 

Ermənistan Baş nazirin əleyhdarları iddia edirlər ki, guya Paşinyan Qarabağı Azərbaycana, Ermənistanı isə Türkiyəyə təslim etməyə hazırdır. Ölkənin keçmiş rəhbərləri belə gülünc fikirlərlə xalqı ayağa qaldırmağa və hakimiyyəti devirməyə can atır.

Paşinyana qarşı bu qədər ittihamların səbəbi onun partlamentdəki çıxışı ilə əsaslandırılır. Belə ki, o, ermənilərə Qarabağla bağlı tələbləri azaltmağı məsləhət görüb. Bundan sonra hakimiyyət əlehdarları Paşinyana qarşı birləşməyə başlayıblar. Artıq bir neçə gündür ki, ölkədə etirazlar səngimir. Müqavimət qüvvələri hakimiyyətin istefası uğrunda sonadək mübarizə aparacaqlarını bəyan edirlər.

Əslində bir neçə il əvvəl belə bir manevri Paşinyan özü etmişdi. 2018-ci il aksiyaları “məxməri inqilab” adlandırılırdı və Ermənistanın taleyi məhz həmin aksiyalar nəticəsində həll olunmuşdu. Nikol Paşinyan dörd il əvvəl belində gəzdirdiyi çatna ilə Gümrüdən paytaxta qədər yol qət edərək, yüz minlərlə həmvətəninin dəstəyi ilə Serj Sarkisyan hakimiyyətini devirməyi bacarmışdı.

İndi vəziyyət tamamilə fərqlidir. 44 günlük müharibədən məğlub ayrılan Ermənistan hələ özünə gələ bilməyib. Eyni zamanda müxalifətin qorxulu yuxusuna çevrilən digər məsələ anklavlardır. Belə ki, sovet xəritələrinə əsasən, SSRİ dağılandan sonra Ermənistanda keçmiş Azərbaycan anklavları qalıb. Ona görə də ehtiyat edirlər ki, Bakı həmin əraziləri geri qaytara, bununla da İrəvanı ölkədaxili yolların bir hissəsinə nəzarətdən məhrum edə bilər.

Belə ssenarilərin gündəmə gətirildiyi bir məqamda 15 minə yaxın erməni mayın 1-də İrəvanın Fransa meydanına toplaşaraq, etiraz səsini ucaldıb. Müxalifət liderləri səhər saatlarında şəhərin mərkəzində çadır şəhərciyi qurmağa və küçələri bağlamağa çağırıb.

Bəs Paşinyana qarşı birləşən radikal qüvvələrin qalib gəlmə ehtimalı nə qədər realdır?

Ermənistanın özündə bəzi siyasətçilər belə aksiyaların uğurlu nəticə verəcəyinə şübhə ilə yanaşır, hesab edirlər ki, müxalifətin istəyinə nail olması müşkül məsələdir. Digər maraqlı məqam Qarabağ separatçılarının Ermənistandakı aksiyaları - yəni "Qarabağ klanı"nın etiraz təşəbbüsünu dəstəkləməməsidir. 

Separatçıların başçısı Arayik Arutyunyan əvvəlcə Paşinyanın xəyanətindən, hətta Rusiyanın birbaşa nəzarətinə keçmək zərurətindən danışırdı. Amma indi separatçı qüvvələrin rəhbəri bu barədə hələ susmağa üstünlük verir. Müxalifət isə onları “Türkləşməyə yox!” şüarı ilə aksiyalara qoşulmağa çağırır.

Nikol Paşinyan etirazlara necə cavab verir?

Mayın 4-də baş nazir Nikol Paşinyan parlamentdə çıxış edib. O bildirib ki, sələfi Serj Sarkisyan “Madrid prinsipləri”ni qəbul edərkən Qarabağla bağlı danışıqlarda uduzub:

“Ona görə də hazırki hakimiyyətdə günah yoxdur. Əgər 2020-ci ildə razılıq əldə edilməsəydi, nəticələr bu gündən də pis ola bilərdi. Mən Ermənistanın taleyini nəzərə alaraq belə addım atmışam”.

Paşinyan məlum çıxışında Qarabağın Azərbaycan torpağı olduğunu bir daha təsdiqləyib.

Ardınca müxalifət deputatları baş naziri seçkiqabağı təşviqat vədlərini yerinə yetirməməkdə günahlandırıb və onun istefasını tələb ediblər, bundan sonra narazı siyasətçilər iclas zalını tərk edərək, meydanlara çıxıblar. 

Ermənistanda hakimiyyətə qarşı etirazlar Paşinyanın devrilməsi ilə nəticələnə bilərmi?

Rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov son günlər Ermənistanda baş verən hadisələri eksklüziv olaraq Modern.az saytına şərh edib.

O İrəvandakı etirazların güclü olmadığı qənaətindədir: "Hələlik deyə bilərik ki, etirazlar o qədər də güclü deyil. Onların nə qədər uzağa gedə biləcəyini anlamaq çətindir. Əgər eskalasiya, yeni keyfiyyətə keçid olarsa, bu, müəyyən siyasi nəticələr verəcək. Müxalifətin qalibiyyət şansı yüksək deyil. Hakimiyyət etirazların artmasının qarşısını almağa çalışır. Müxalifət öz çıxışlarını yeni məkana köçürməyə cəhd edir”.

Putinə yaxınlığı ilə seçilən politoloqun fikrincə, Ermənistandakı etiraz aksiyalarının baş nazir Nikol Paşinyanı istefaya məcbur edə biləcəyi şübhə altındadır:

"Paşinyan özü də mitinq dalğası ilə hakimiyyətə gəlib və küçələrdə baş verənlərdən yaxşı xəbərdardır. Şəhərin mərkəzinə toplaşanlar Paşinyana təsir etmək üçün kifayət qədər kritik kütlə deyillər. Etirazlar Ermənistanın keçmiş və indiki hakimiyyəti arasında qarşıdurmaya çevrildikcə, Paşinyan devrilməyəcək. Cəmiyyətdə baş nazirin etimadı aşağıdır, amma indi müxalifətə rəhbərlik edənlərin reytinqi daha aşağıdır. Paşinyandan əvvəlki hakimiyyətin də bu proseslərdə müəyyən rolu var”.

20 may

09:12 - ABŞ Ermənistanda hakimiyyət dəyişikliyi istəmir - Səfirin fikirlərini belə şərh edirlər 09:09 - Azərbaycanda dollar almaq əngəli - Absurd tələb niyə ləğv olunmur?01:26 - "ABŞ qoşunları Ukraynada döyüşməyəcək" - Pentaqon01:24 - NATO Baş kaibi Türkiyənin strateji əhəmiyyətindən danışdı01:22 - Rusiya Moldovaya müdaxilə edəcəkmi? - Makron

19 may

23:34 - Brüsseldə İlham Əliyev, Şarl Mişel və Paşinyanın görüşü olacaq23:30 - "İrəvan Moskvanın təhriki ilə Brüsseli neytrallaşdırır" - "Caliber"23:28 - Xoşqədəm Hidayətqızının həbsi tələb olunur - Xüsusi ittiham qaydasında məhkəməyə verildi17:45 - Baş Prokurorluq məhkəməyə müraciət etdi - Alimpaşa Məmmədovun həbs müddəti uzadıldı17:30 - Elman Rüstəmovun qızının borcu 15 milyona çatır – Fotofakt17:15 - Çindən Rusiyaya ixrac kəskin azalıb - Pekin Qərbin sanksiyalarından qorxur17:00 - Kreml “Şimal Axını-2” kəmərinin fəaliyyətə başlayacağına ümid etmir 16:45 - Ukraynadakı müharibəni dayandırmağa kimlər mane olur? - “Bloomberg”16:30 - Azərbaycanda SAT-ın imtahan suallarını satanlar həbs edilib16:15 - “Rusiya Kiyevlə danışıqlara hazırdır“ - Rudenko16:00 - Z və V hansı mənanı daşıyır? - Rusiya MN-dən açıqlama15:45 - Ermənistanın sərhəd komissiyasının tərkibi müəyyənləşdi15:30 - “Əks-hücum daha çox vaxt tələb edir...” – Ukraynanın yaxın üç aya aid planları məlum olub15:15 - İran sərhədçilərinin öldürdüyü Mircavadın 22 yaşı olub15:00 - Prezidentin yüksək vəzifəyə təyin etdiyi Şahin Əliyev kimdir? - dosye14:40 - "Nə Aİ, nə də NATO Rusiya ilə müharibə istəyir" - Fransa XİN14:20 - "İsveç tamamilə terror yuvasıdır" - Türkiyə Prezidenti14:10 - ABŞ səfirindən Azərbaycan əleyhinə bəyanat13:55 - “Nə Putinlə, nə də Zelenski ilə əlaqələri kəsmək niyyətimiz var” - Ərdoğan 13:35 - "Ukrayna hazırda Avropa dəyərlərini qoruyur..." - 9 milyard avroluq "Marşal planı"13:18 - “Times”: “Ukraynadakı əməliyyat NATO-nun təxribatlarının nəticəsidir”13:15 - "Hazırda Azərbaycan mediası ciddi islahatlar dönəmini yaşayır" - Əhməd İsmayılov13:05 - İran sərhədçiləri Azərbaycan vətəndaşını güllələyərək öldürdü 12:50 - “Sevinirəm ki, Qurban Qurbanov “Qarabağ”dan qazandığı pulları belə xərcləyir” - Tahir Gözəl12:40 - Azərbaycanda yeni publik hüquqi şəxs yaradılır - FƏRMAN