Şimali Koreya mayın ortalarında nüvə sınağı keçirəcək - Koreya kəşfiyyatı

07 may, 2022 17:47

Koreya Xalq Demokratik Respublikası mayın ortalarında nüvə sınağı keçirə bilər.

TASS xəbər verir ki, bu barədə Koreya Respublikası Milli Kəşfiyyat Xidmətinin başçısı Pak Çje Von məlumat verib.

Onun sözlərinə görə, sınaq Cənubi Koreyanın yeni seçilən prezidenti Yun Sok Yolun andiçmə mərasimi ilə ABŞ Prezidenti Cozef Baydenin səfəri aralığındakı dövrə təsadüf edə bilər.

Yun Sok Yol mayın 10-da səlahiyyətlərinin icrasına başlayacaq, ABŞ Prezidenti isə mayın 20-22-də Seulda səfərdə olacaq.

Kəşfiyyatın başçısı bildirib ki, Şimali Koreyanın indiki lideri Kim Çen In atası Kim Çen İrdən fərqli olaraq xaricdən yardım istəmir: “İki ildir Şimali Koreyanın sərhədləri bağlıdır. Belə bir şəraitdə Kim Çen In heç bir dövlətdən yardım istəmir. Hətta koronavirusa qarşı vaksinə belə ehtiyacı olmadı”.

Mayın 6-da ABŞ Dövlət Departamenti mətbuat xidməti rəhbərinin müavini Kalina Porter mayın ortalarında Şimali Koreyanın nüvə sınağı keçirəcəyini bildirmişdi. Ehtimal olunan tarixdə sınaq keçirilərsə, yeddinci olacaq. Altıncı sınaq 2017-ci ilin sentyabrında keçirilib.

24 may

19:06 - Sərhəddə delimitasiya üzrə Komissiyanın ilk görüşü keçirildi18:36 - Türkiyə Suriyada yeni əməliyyata başlayır - Hədəf nədir?18:33 - Moldovanın sabiq prezidenti həbs edildi - Dövlətə xəyanətdə ittihamı olunur 17:13 - "Hindistanı nüvə silahı ilə məhv edəcəyik" - Pakistan müdafiə naziri17:05 - Bakı Qarabağı tam qaytaracaq - Sergey Markov16:35 - Vilyam Hacıyevin üzərinə həbs qoyulmuş əmlaklarının siyahısı16:32 - Britaniya səfirliyinin "LQBT" bayrağı qaldırmasına rəsmi etiraz edildi və ...16:27 - "Müttəfiqlərimizi şantaj edirlər" - Şoyqu16:22 - Şeyx 15 ildir qazpulu ödəməyib?11:34 - İran XİN Brüssel danışıqlarına rəy bildirdi11:30 - Xankəndidə bütün adlar Azərbaycan dilində yazıldı - FOTOLAR 10:32 - Gömrükdə sensasion kosmetika əməliyyatı... - "Səfər dəhlizi" 10:09 - Azərbaycan kommunistlərinin aqibəti necə olacaq...10:02 - "20 ölkə Ukraynaya yeni hərbi yardım göstərəcək" - Pentaqon10:00 - Tikinti şirkətlərinin fırıldağı - Ekspert şərh edir00:19 - "Xankəndidə rus alimə abidə qoyulması təxribatdır" - Oqtay Qasımov00:17 - Generalın iş adamı ilə söhbəti niyə baş tutmayıb? - Məhkəmədə qalmaqal00:14 - "Brüssel sui-qəsdinə qarşı mübarizə aparmaq lazımdır" - Andranik Tevanyan00:11 - "Bundan sonra mənim üçün Mitsotakis adlı adam yoxdur" - Ərdoğan00:09 - "Zəngəzur dəhlizinin açılması barədə razılığa gəldik" - İlham Əliyev00:08 - İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng etdi - Nələr müzakirə olunub?00:04 - Rəflərdə xarici süd doludur, yerli fermerlər isə müştəri tapmır - Bizə quru süd satırlar

23 may

20:38 - Məşhur "Starbucks" Rusiyanı tərk edir20:36 - Delimitasiya üzrə Dövlət Komissiyası yaradıldı - SİYAHI 20:30 - Paşinyan da sərhədlə bağlı komissiya yaratdı18:19 - Rusiyalı diplomat Ukraynadakı müharibəyə görə istefa verdi...15:16 - ATƏT Brüssel görüşünü alqışlayır...15:13 - "Gömrük Komitəsi adlı ayrıca quruma ehtiyac yoxdur" - Hüquqşünas12:53 - "İrəvan Qarabağın statusundan imtina edir" - Erməni tarixçi12:49 - Rus sülhməramlıların sabiq komandiri yaralandı, bacısı oğlu öldü  - FOTO