"Rusiya Azərbaycanı Ukraynaya çevirə bilməyəcək, çünki..."

07 may, 2022 14:53

"Azərbaycanın yanında Türkiyə var. Türkiyə heç vaxt ölkəmizi tək buraxmayacaq..."

“Bu halda dövlətimiz birmənalı şəkildə öz sərhədlərini 1918-1920-ci illərdəki qədim torpaqlarımıza qədər çəkə bilər. Bu isə Ermənistanın sonu olacaq...”

“Təəssüf ki, hazırda Ermənistanda revanşist qüvvələrin hakimiyyətə gəlmək şansı artıb. Yəni Paşinyanın devrilmə ehtimalı  təxminən 70 faizdir...  Amma Rusiya buna şərait yaratsa,  böyük yanlışlıq edəcək. Çünki Paşinyandan sonra hakimiyyətə gələnlər bu günədək Azərbaycana, Türkiyəyə qarşı revanşist şüarlar  səsləndirdiklərindən onlar Rusiyanın sülhməramlı sayılan hərbi konrtingentinin nəzarətində qalan Azərbaycan ərazilərinə soxulub yenidən böyük təxribatlar törətməyə başlasalar, Azərbaycan Rusiya hərbi birləşmələrinin öz torpaqlarından çıxmasını tələb edəcək”. 

Bu fikirləri politoloq Cümşüd Nuriyev moderator.az-ın “Əgər Rusiyameyillilər və Qarabağ klanı gerçəkdən hakimiyyəti ələ keçirsə, Qarabağ ətrafındakı və Azərbaycan-Ermənistan sərhədlərinin müəyyənləşməsi ilə bağlı proseslər hansı istiqamətdə inkişaf edə bilər?” sualını cavablandırarkən ifadə edib.

“Düzdür, bu, bizə müəyyən problemlər yaradacaq. Ancaq Rusiya Azərbaycanı Ukraynaya çevirə bilməyəcək... Çünki dövlətimiz buna həm hərbi, həm siyasi, həm iqtisadi, həm də hüquqi cəhətdən hazırdır. Və mən inanmıram ki, Rusiya özü üçün ikinci bir cəbhə - Qafqaz  cəbhəsi açsın. Əgər Kreml bu addımı atsa, Rusiyanın çökməsi sürətlənəcək. Bu, qaçılmazdır.  Azərbaycanın yanında Türkiyə var. Türkiyə heç vaxt ölkəmizi tək buraxmayacaq.  NATO da yoxdan bir şey axtarır ki, bu qurumun üzvü olan ölkənin Rusiya ilə qarşıdurması isti fazaya, yəni silahlı qarşıdurmaya keçsin. Ona görə də Rusiyaya hər tərəfdən məhvedici zərbələr vurula  və o, bir dövlət kimi yer üzündən silinə bilər. Odur ki, rəsmi Moskva bu məsələlərdə Azərbaycanla bağlı ehtiyatlı davranmalıdır”- açıqlamasının davamında bunları söyləyən şərhçi 

Ermənistanın Qarabağda yeni güclü təxribatlara əl atacağı halda  dövlətimizin birmənalı şəkildə öz sərhədlərini 1918-1920-ci illərdəki qədim torpaqlarımıza qədər çəkə biləcəyindən də bəhs edib.

“Fəqət,  əgər İrəvanda  Rusiyameyilli və revanşist qüvvələr yenidən hakimiyyətə gəlsə və Qarabağdakı proseslərə mənfi, təxribatçı müdaxilələr etsə, Azərbaycanın Rusiya hərbi kontingentinin nəzarətindəki əraziləri birbaşa öz nəzarətinə keçirməkdən savayı yolu qalmayacaq.  O halda da hesab edirəm ki, bütün dünya bizim yanımızda olacaq. Və Rusiya belə bir perspektivlə razılaşa bilməz və inanmıram ki, buna gedə...

Sonuncu dəfə prezident İlham Əliyev də Rusiyanın siyasəti ilə bağlı ilk dəfə kəskin çıxış etdi.  Eyni zamanda Ukraynanın ərazi bütövlüyünü dəstəkləməklə orada aparılan müharibənin ədalətsiz olduğunu vurğuladı. Və həmçinin Azərbaycanın işğalçı Ermənistan ordusuna öz torpaqlarından çıxarmaq üçün apardığı 44 günlük savaş zamanı Rusiyanın həmin dövlətə silah verməsini sərt şəkildə gündəmə gətirdi. Eyni zamanda dövlət başçısı Zəngəzur dəhlizi və sərhədlərin müəyyənləşməsi məsələləri ilə bağlı da Azərbaycanın mövqeyini bir daha qətiyyətlə ortaya qoydu. Yəni həmin açıqlamaların məhz indi verilməsində heç bir təsadüf yoxdur. Əgər Ermənistan Azərbaycan  ərazisində hər hansı bir aksiya həyata keçirməyə cəhd edərsə, dövlətimiz birmənalı şəkildə öz sərhədlərini 1918-1920-ci illərdəki qədim torpaqlarımıza qədər çəkə bilər. Bu isə Ermənistanın sonu olacaq. Rusiya özü bilər... Biz Ukrayna deyilik. Rusiya bunu dərk etməlidir”- deyə Cümşüd Nuriyev vurğulayıb.

29 iyun

01:46 - "Ukraynaya görə Rusiya ilə döyüşməyəcəyik" - Boris Conson01:16 - İraqda İsraillə münasibətlərin normallaşdırılmasını istəmək cinayət hesab olunacaq01:12 - Ermənistanda fəhlələr aclığa başladı01:09 - Əli Xameneinin müşavirindən Azərbaycana qarşı ittihamlar01:06 - Türkiyə Finlandiya və İsveçin NATO-ya üzv olmasına niyə razılıq verdi?

28 iyun

17:34 - Rusiyadan NATO sammitinə "sürpriz" - FOTO 17:27 - Putin Xersonun müdafiəsində nüvə silahından istifadəni nəzərdə tutub? 17:23 - "Rusiya ilə danışıqlar yolunun tapılması tərəfdarıyam" - Henri Kissincer12:27 - "Seyid cəddinə arxayın olan kimi, biz də neft və qaz gəlirlərinə arxayın olmamalıyıq" - Siyavuş Novruzov12:08 - Azərbaycanda böyük bir mafiya var: Turizmin inkişafına imkan vermirlər - Millət vəkili11:20 - Laçından ermənilər köçürülür?11:18 - Ermənistanı Qarabağa dair tələbləri yumşaltmağa kim çağırıb? - Paşinyan açıqladı11:15 - "Rusiya ordusu axıra qədər vuruşmağa məcburdur" - Budanov00:13 - Rusiya ticarət mərkəzini haradan və necə vurub?

27 iyun

22:37 - İsveç terrorçular üçün təhlükəsiz sığınacaq olmayacaq22:35 - İlham Əliyev Putinlə nə vaxt görüşəcək?22:30 - Rusiya bu ölkənin 8 diplomatını geri göndərir18:40 - Vüsal Novruzov niyə həbs edilmir?18:14 - Müharibənin 124-cü günü - Rusiya Ukraynanın itkilərini açıqladı18:11 - Çapay Sadıqlı nə üstündə öldürülüb  - AXCP fəalının qətlinin təfərrüatı18:09 - Səfirimiz İran XİN-ə getdi14:03 - "Xəzər beşliyi" fəaliyyətini necə davam etdirəcək?12:42 - İlham Əliyev Ermənistana   xəbərdarlıq etdi11:47 - Nazirlər Bakı Bəyannaməsi imzaladılar - FOTOLAR11:09 - Azərbaycanda növbəti komando hərbi hissələri açılacaq10:04 - İbrahim Kalından Qarabağ açıqlaması - "Amerikalılarla qarşı-qarşıya gəldik"10:02 - Putinin nüvə çamadanı necə işləyir?09:57 - Azərbaycanda təyyarə biletinin qiyməti artmaqda davam edir09:54 - "Rusiya son bir əsrdə ilk defolt elan edib" - "Bloomberg"

26 iyun

20:25 - Azərbaycan səfiri İran şirkətlərini Qarabağ və Şərqi Zəngəzura sərmayə yatırmağa çağırıb