Ermənistanın Bakıya göndərdiyi təkliflər - 6 bənddə nələr var?

06 may, 2022 19:32

Ermənistan Azərbaycanın 5 bəndlik təklifinə cavab olaraq rəsmi Bakıya altı maddədən ibarət təklif göndərib. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bu barədə erməni jurnalistlərə məlumat verib. O, Bakıya ünvanlanan təkliflərin detallarını açıqlamayıb.

“Bu iki təkliflər paketini birləşdirib müzakirələrə başlamaq lazımdır. Bu məsələdə həm Azərbaycan, həm də digər beynəlxalq tərəfdaşlar tərəfindən anlaşma var. Azərbaycanın bəndlərində Ermənistan üçün qəbuledilməz heç nə yoxdur. Sülh müqaviləsi ətrafında danışıqlara başlamaq lazımdır”, - deyə Qriqoryan vurğulayıb.

Bəs, Ermənistan Azərbaycana hansı təklifləri göndərib? 

Bu barədə modern.az-a danışan politoloq Qabil Hüseynli bildirib ki, Ermənistanın hansısa təklif verməsi normal qəbul olunmalıdır. Onun fikrincə, əsas məsələ təklifin mahiyyətidir

"Bizim təkliflərimizdə ərazi bütövlüyü, ərazilərin toxunulmazlığı, bölgədə sülhün, əmin-amanlığın bərqərar edilməsi kimi məqamlar yer alıb. Yəqin ki, ermənilər təkliflər siyahısına Qarabağ məsələsini də əlavə edə bilər".

Politoloq Ermənistanın məğlub tərəf olmasına baxmayaraq, Bakıya təkliflər verməsində problem görmədiyini söyləyib:

"Ermənistan məğlub olsa da, təklif irəli sürə bilər. Ancaq bu təklifi Azərbaycan qəbul etməyə də bilər. Azərbaycan qalib tərəf kimi təkliflər irəli sürməkdə imtiyazlı mövqeyə malikdir. İndi danışıqlar prosesi gedir. Buna görə də, Ermənistan qarşı tərəf kimi təklif irəli sürür. Ancaq təkliflər ağlabatan olmalı, müharibənin nəticələrini özündə ehtiva etməli və nəhayət, beynəlxalq hüquq normalarına uyğun gəlməlidir".

Ermənistanın istəklərinə gəlincə, Q. Hüseynli proqnozlarını dilə gətirib:

"Əlbəttə, onlar Qarabağda yaşayan ermənilərin statusu məsələsini yenidən qaldırmağa çalışacaqlar. Azərbaycan isə orada yaşayan ermənilərə təhlükəsiz yaşayış şəraitinin yaradılmasını əks təklif kimi irəli sürəcək. Bildiriləcək, biz sizin təhlükəsizliyinizə, normal yaşayışınıza təminat veririk. Siz də bunun əvəzində sadəcə Azərbaycan vətəndaşı kimi öz vətəndaşlıq borcunuzu yerinə yetirməlisiniz. Məncə, bu dünyada qəbul edilmiş ən yaxşı praktikadır".

Politoloq Zərdüşt Əlizadənin sözlərinə görə, əgər iki tərəf danışıqlar masasına əyləşirsə, ortaya təkliflər qoymaq normal hesab olunmalıdır:

"Biz də Ermənistana 5 bəndlik təklif vermişdik. Həmin təkliflər müzakirə olunmuşdu. Hətta sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyir ki, onun ixtiyarı olsaydı, təkliflərə Zəngəzurun Azərbaycana məxsus olması barədə maddə əlavə edərdi. Təbii ki, bu Tofiq bəyin təklifi idi. Azərbaycanın təkliflərinə bu şərt əlavə edilsəydi, Bakı danışıqlarda mövqeyini gücləndirə bilərdi. İndiki şəraiti nəzərə alsaq, əlavə altıncı şərt Qarabağ ermənilərinin təhlükəsizliyi və ya statusu ilə bağlıdır".

Xatırladaq ki, bundan öncə Azərbaycan danışıqların başlaması üçün Ermənistana 5 bənddən ibarət təklif göndərib. Bu təkliflər aşağıdakılardır:

•Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;

 •Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;

 • Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;

 • Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;

 • Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.

29 iyun

01:46 - "Ukraynaya görə Rusiya ilə döyüşməyəcəyik" - Boris Conson01:16 - İraqda İsraillə münasibətlərin normallaşdırılmasını istəmək cinayət hesab olunacaq01:12 - Ermənistanda fəhlələr aclığa başladı01:09 - Əli Xameneinin müşavirindən Azərbaycana qarşı ittihamlar01:06 - Türkiyə Finlandiya və İsveçin NATO-ya üzv olmasına niyə razılıq verdi?

28 iyun

17:34 - Rusiyadan NATO sammitinə "sürpriz" - FOTO 17:27 - Putin Xersonun müdafiəsində nüvə silahından istifadəni nəzərdə tutub? 17:23 - "Rusiya ilə danışıqlar yolunun tapılması tərəfdarıyam" - Henri Kissincer12:27 - "Seyid cəddinə arxayın olan kimi, biz də neft və qaz gəlirlərinə arxayın olmamalıyıq" - Siyavuş Novruzov12:08 - Azərbaycanda böyük bir mafiya var: Turizmin inkişafına imkan vermirlər - Millət vəkili11:20 - Laçından ermənilər köçürülür?11:18 - Ermənistanı Qarabağa dair tələbləri yumşaltmağa kim çağırıb? - Paşinyan açıqladı11:15 - "Rusiya ordusu axıra qədər vuruşmağa məcburdur" - Budanov00:13 - Rusiya ticarət mərkəzini haradan və necə vurub?

27 iyun

22:37 - İsveç terrorçular üçün təhlükəsiz sığınacaq olmayacaq22:35 - İlham Əliyev Putinlə nə vaxt görüşəcək?22:30 - Rusiya bu ölkənin 8 diplomatını geri göndərir18:40 - Vüsal Novruzov niyə həbs edilmir?18:14 - Müharibənin 124-cü günü - Rusiya Ukraynanın itkilərini açıqladı18:11 - Çapay Sadıqlı nə üstündə öldürülüb  - AXCP fəalının qətlinin təfərrüatı18:09 - Səfirimiz İran XİN-ə getdi14:03 - "Xəzər beşliyi" fəaliyyətini necə davam etdirəcək?12:42 - İlham Əliyev Ermənistana   xəbərdarlıq etdi11:47 - Nazirlər Bakı Bəyannaməsi imzaladılar - FOTOLAR11:09 - Azərbaycanda növbəti komando hərbi hissələri açılacaq10:04 - İbrahim Kalından Qarabağ açıqlaması - "Amerikalılarla qarşı-qarşıya gəldik"10:02 - Putinin nüvə çamadanı necə işləyir?09:57 - Azərbaycanda təyyarə biletinin qiyməti artmaqda davam edir09:54 - "Rusiya son bir əsrdə ilk defolt elan edib" - "Bloomberg"

26 iyun

20:25 - Azərbaycan səfiri İran şirkətlərini Qarabağ və Şərqi Zəngəzura sərmayə yatırmağa çağırıb