"Kreml "denasifikasiya" sözündən imtina etməyə çalışır - "Proyekt" nəşri

04 may, 2022 14:14

Kreml “denasifikasiya” sözündən imtina etməyə çalışır, çünki rusiyalılar bunun mənasını anlamır.

Bu barədə “Proyekt” nəşri Kremlə yaxın yüksəkvəzifəli 4 mediamenecerə istinadən məlumat yayıb.

Bildirilib ki, aprel ayında Kreml telefon sorğusu sifariş verib. Sorğunun nəticələri əhalinin Prezident Vladimir Putinin Rusiyanın Ukraynaya təcavüzünün məqsədlərindən biri adlandırdığı “denasifikasiya” sözünün mənasını anlamadıqlarını ortaya qoyub.

“Bundan sonra bizdə qarışıqlıq düşdü – hər həftə yeni sözlər axtarırdıq, amma uğurlu bir şey tapa bilmədik”, - həmsöhbətlərdən biri “Proyekt”ə bildirib.

Onun sözlərinə görə, sorğular rusiyalıların yalnız qələbə haqqında eşitmək istədiyini göstərir. Nəşr qeyd edib ki, buna baxmayaraq, təbliğat “denasifikasiya” sözünün işlədilməsindən tamamilə imtina etməyib, sadəcə olaraq istifadəsi sayını azaldıb.

Məsələn, teleaparıcı Dmitri Kiselyov fevralın 27-də və martın 6-da baş tutan efirlərində bu sözün anlamını ən azı yeddi dəqiqə izah etməyə çalışıb. Aprel ayında isə D.Kiselyov bu sözdən ümumiyyətlə istifadə etməyib, ya da hər buraxılışda yalnız bir dəfə işlədib.

Bundan əlavə, “Proyekt”in məlumatına görə, V.Putinin şəxsi operatorlarından biri olan İlya Filatov Rusiyanın Ukraynaya təcavüzünün başlaması ilə bağlı dövlət başçısının videomüraciətini çəkdikdən sonra istefa verib.

Söhbət fevralın 24-də səhər tezdən nümayiş etdirilən videomüraciətdən gedir. İ.Filatovun özü işdən çıxmasını belə izah edib: “Peşədə zirvəyə çatdım”. O həmçinin aylarla karantində oturmaqdan yorulduğunu vurğulayıb. İ.Filatov işdən çıxmasının Rusiya-Ukrayna müharibəsi ilə əlaqəli olduğunu təkzib edib.

Qeyd edək ki, denasifikasiya müharibənin əvvəlində Rusiyanın rəsmi Kiyev qarşısında qoyduğu şərtlərdən biridir. Belə ki, Kremlin mövqeyinə əsasən, Ukraynadakı hakimiyyət neonasist qrupdan ibarətdir və həmin rəhbərlik yerli əhaliyə, xüsusilə etnik ruslara qarşı “soyqırımı” siyasəti aparır. “Denasifikasiya” termini isə hərfi tərcümədə nasizm ünsürlərindən təmizləmə mənasını daşıyır. Bununla belə, Moskvanın Ukraynaya qarşı başladığı müharibənin sürəti səngidikcə, o cümlədən Kiyevdəki hakimiyyəti dəyişdirmək cəhdlərinin iflasa uğraması, habelə bir sıra istiqamətlərdə Rusiya ordusunun uğursuzluqları Rusiya mətbuatında, həmçinin rəsmi şəxslərin nitqlərində bu sözdən istifadənin sayını kəskin azaldıb.

26 iyun

20:25 - Azərbaycan səfiri İran şirkətlərini Qarabağ və Şərqi Zəngəzura sərmayə yatırmağa çağırıb20:22 - AXCP fəalı Çapay Sadıqlı qətlə yetirildi20:18 - İlham Əliyev Kəlbəcərdə hərbi hissənin açılışını etdi11:49 - Üç türk ölkəsinin nazirləri Bakıda toplanır - Nələr müzakirə olunacaq? 11:47 - Azərbaycanın müdafiə xərcləri nə qədərdir?  - Rəqəmlər11:44 - "Ukraynada ABŞ komandoları döyüşür" - "The New York Times"01:17 - Rusiya müharibəni nə vaxt bitirəcək?01:07 - Dünyada yeni alyans: Avstraliya, Britaniya, Yeni Zelandiya, ABŞ və Yaponiya - Partners in the Blue Pacific01:04 - "Rusiya Belarusa "İskəndər-M" verəcək" - Putin

25 iyun

20:15 - İran atom elektrik stansiyası tikəcək 18:51 - Rusiyanın neft gəlirləri sürətlə artır - "The Washington Post"16:26 - "ABŞ müharibənin bitməsini deyil, Putinin devrilməsini istəyir..." - Qiora Aylend 16:21 - Rusiya daha bir ölkəni hədələdi - "Moldova hakimiyyəti lokomotivdən qabağa keçib"16:16 - Rusiya Belarus ərazisindən Ukraynaya raket zərbələri endirib13:03 - "İlk raketi Londona atacağıq..." - Rus general12:39 - "Kontakt Home"un problemli kreditləri - "Legal 12" şirkətinin "reket" əməlləri…12:25 - Ucuzlaşma anonsu verilir, vətəndaş inanmır...11:34 - İran Azərbaycana niyə hücumlar təşkil edir? - Detallar11:13 - Gürcüstan hökumətinə 1 həftə vaxt verildi...11:10 - Türkiyə qorxusu qonşunu hərəkətə keçirdi - Fransa ilə yeni hərbi anlaşma11:08 - Paşinyan medianın suallarına cavab verəcək11:06 - Azərbaycan-Naxçıvan bağlantısı ilə türkdilli ölkələrin əlaqələrini necə gücləndirmək olar?01:10 - Ermənilər Laçındakı qaz borularını söküb Qaladərəsinə daşıyır01:05 - Neftin yenilənmiş büdcə qiyməti risk formalaşdırır? 01:00 - Tiflisdə aksiyalar başladı: Minlərlə insan şəhərin mərkəzinə toplaşdı - FOTOLAR 00:56 - Rusiya qazdan silah qismində istifadə edir...

24 iyun

18:34 - Rekord uduş fondlu, bol uduşlu "10"17:27 - Revanşistlər Xankəndiyə gəldi - Bakıya qarşı plan?16:47 - Rusiyaya casusluq edən deputat ifşa olundu16:05 - Rusiya şirkətlərinin Qarabağın bərpasına olan yüksək marağı nə ilə bağlıdır?