Müharibənin 65-ci günü - Silahlar nə vaxtadək susmayacaq?

29 aprel, 2022 15:35

"Rusiya iqtisadiyyatı bundan sonra neçə ay və ya neçə il müharibəyə tab gətirə bilər” sualına cavab vermək çox çətindir”.

Bu sözləri Rusiya Xalq Təsərrüfatı və Dövlət İdarəçilik Akademiyasının Sosial Elmlər İnstitutunun siyasi və ictimai kommunikasiyalar kafedrasının dosenti, iqtisadçı Nikolay Kulbaka deyib.

O əlavə edib:

"Bu, başqa bir sualı ehtiva edir: "Biz hansı növ müharibəni nəzərdə tuturuq və hansı düşmənlə döyüşürük?"

Əlbəttə, burada müxtəlif ssenarilər mümkündür. Birinci ssenari inersialdır. Rusiya və Ukrayna hələ də müharibəni davam etdirir, amma Rusiyada səfərbərlik getmir, Ukrayna isə Qərbdən müəyyən miqdarda silah almaqdadır.

İqtisadi baxımdan Rusiya bir neçə il belə müharibə aparmağa qadirdir. Təbii ki, bu, SSRİ dövründəki Əfqanıstanla müharibə və ya 90-cı illərdə Çeçenistanın ram edilməsi deyil. Çünki hazırkı müharibədə daha çox qüvvə iştirak edir. Amma Rusiya üçün bu, hələ ki, ölkə iqtisadiyyatının uzun müddət, bəlkə də onilliklər ərzində ödəyə biləcəyi kifayət qədər kiçik xərcdir”.

Nikolay Kulbaka vurğulayıb ki, ikinci ssenari kütləvi səfərbərliyi nəzərdə tutur:

“Rusiya səfərbərlik prosesinə başlayır və bir neçə ayda 500 minə yaxın ciddi zərbə ordusu toplanır. Bundan sonra Rusiya təxminən bir il iqtisadiyyata ciddi ziyan vurmadan belə müharibəyə tab gətirə biləcək. Lakin növbəti hərbi əməliyyatlar Rusiya iqtisadiyyatının səfərbərlik yoluna keçməyə və mülki məhsulların istehsalını kəskin şəkildə azaltmağa məcbur olacağı mənası verəcək.

Nəzəri cəhətdən desək, səfərbərlik rejimində resurslar ən azı bir neçə il kifayət edəcək”.

Ekspert əmindir ki, hər iki ssenari onu göstərir ki, uzunmüddətli müharibə üçün Rusiyanın kifayət qədər resursu olacaq:

“Deməli, müharibənin sonu iqtisadi səbəblərdən baş verməyəcək. Bu səbəblərin sayı isə ikidir: birincisi, cəbhədə ciddi məğlubiyyət ola bilər ki, bu da Rusiyanı Ukrayna ilə danışıqlara getməyə məcbur edəcək; ikincisi, daxili səbəblər (elitaların parçalanması, saray çevrilişi, prezidentin istefasının təbii səbəbləri və s.), bu da müharibənin dayandırılmasına gətirib çıxaracaq.

Amma belə hadisələrin baş vermə ehtimalını artıq iqtisadçılar yox, politoloqlar, sosioloqlar və ya hərbi ekspertlər qiymətləndirməlidir. İqtisadi səbəblər çətin ki, hərbi əməliyyatlara əngəl törətsin”.

27 iyun

10:04 - İbrahim Kalından Qarabağ açıqlaması - "Amerikalılarla qarşı-qarşıya gəldik"10:02 - Putinin nüvə çamadanı necə işləyir?09:57 - Azərbaycanda təyyarə biletinin qiyməti artmaqda davam edir09:54 - "Rusiya son bir əsrdə ilk defolt elan edib" - "Bloomberg"

26 iyun

20:25 - Azərbaycan səfiri İran şirkətlərini Qarabağ və Şərqi Zəngəzura sərmayə yatırmağa çağırıb20:22 - AXCP fəalı Çapay Sadıqlı qətlə yetirildi20:18 - İlham Əliyev Kəlbəcərdə hərbi hissənin açılışını etdi11:49 - Üç türk ölkəsinin nazirləri Bakıda toplanır - Nələr müzakirə olunacaq? 11:47 - Azərbaycanın müdafiə xərcləri nə qədərdir?  - Rəqəmlər11:44 - "Ukraynada ABŞ komandoları döyüşür" - "The New York Times"01:17 - Rusiya müharibəni nə vaxt bitirəcək?01:07 - Dünyada yeni alyans: Avstraliya, Britaniya, Yeni Zelandiya, ABŞ və Yaponiya - Partners in the Blue Pacific01:04 - "Rusiya Belarusa "İskəndər-M" verəcək" - Putin

25 iyun

20:15 - İran atom elektrik stansiyası tikəcək 18:51 - Rusiyanın neft gəlirləri sürətlə artır - "The Washington Post"16:26 - "ABŞ müharibənin bitməsini deyil, Putinin devrilməsini istəyir..." - Qiora Aylend 16:21 - Rusiya daha bir ölkəni hədələdi - "Moldova hakimiyyəti lokomotivdən qabağa keçib"16:16 - Rusiya Belarus ərazisindən Ukraynaya raket zərbələri endirib13:03 - "İlk raketi Londona atacağıq..." - Rus general12:39 - "Kontakt Home"un problemli kreditləri - "Legal 12" şirkətinin "reket" əməlləri…12:25 - Ucuzlaşma anonsu verilir, vətəndaş inanmır...11:34 - İran Azərbaycana niyə hücumlar təşkil edir? - Detallar11:13 - Gürcüstan hökumətinə 1 həftə vaxt verildi...11:10 - Türkiyə qorxusu qonşunu hərəkətə keçirdi - Fransa ilə yeni hərbi anlaşma11:08 - Paşinyan medianın suallarına cavab verəcək11:06 - Azərbaycan-Naxçıvan bağlantısı ilə türkdilli ölkələrin əlaqələrini necə gücləndirmək olar?01:10 - Ermənilər Laçındakı qaz borularını söküb Qaladərəsinə daşıyır01:05 - Neftin yenilənmiş büdcə qiyməti risk formalaşdırır? 01:00 - Tiflisdə aksiyalar başladı: Minlərlə insan şəhərin mərkəzinə toplaşdı - FOTOLAR 00:56 - Rusiya qazdan silah qismində istifadə edir...