Paşinyan ola bilsin ki, Moskvanın təsirindən sonra bu şərhi verib - MÜSAHİBƏ

26 aprel, 2022 01:58

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev bu gün sözügedən mərkəzdə keçirilən Azərbaycan və Tacikistan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olumuş dəyirmi masadan sonra jurnalistlərin, o cümlədən teleqraf.com əməkdaşının sualını cavablandırıb.

Sual-cavabı təqdim edirik: 

– Fərid müəllim, əvvəlcə Azərbaycanla Tacikistan arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü ilə bağlı tədbirə dair fikirlərinizi öyrənmək istərdik...

– Biz bu gün Azərbaycan və Tacikistan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd etdik. Bu tədbirdə Azərbaycanın Tacikistandakı bütün keçmiş səfirləri – ilk səfirimiz Məhərrəm Əliyev, Abbasəli Həsənov və Həsən Məmmədzadə iştirak edirdilər. Eyni zamanda diplomatik korpus – Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Türkmənistanın səfirləri, yaxud səfirlik nümayəndələri burda idi. Belə tədbirlər gündəmdə olan məsələləri müzakirə etməyə imkan verir. Biz həmişə çalışırıq ki, mərkəzimizdə keçirilən tədbirlər təkcə formal xarakter daşımasın, vacib məsələləri müzakirə edək. Elə bu gün də gördünüz ki, müzakirələr çərçivəsində bir sıra praktiki məsələlər, iki ölkənin elmlər akademiyaları arasında əməkdaşlıq kimi məsələ müzakirə edildi. Digər məsələlər, xüsusən nəqliyyat dəhlizinin – Çindən Avropaya uzanan Middle Corridor adlanan dəhlizin inkişafı üçün əsl məqamdır. Çünki biz bilirik ki, dünyada baş verən hadisələr – Rusiya-Ukrayna müharibəsi ilə bağlı hazırda həm Çin, həm də avropalılar məhz bu dəhlizdən istifadə etməyə çalışırlar. Məqamdır ki, biz ekspertlər olaraq burada fəallıq göstərək, cəlb edək. Son söz təbii ki, iş adamlarınındır.

– Aprelin 22-23-də Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı hansı təəssüratlarla yadda qaldı?

– Aperlin 6-da Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi və iştirakı ilə Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə baş tutan görüşündən sonra müəyyən fasilə yaranmışdı. İki məsələ ilə bağlı biz konkret olaraq nəticə əldə etmişik. Eyni zamanda onu da qeyd etmək lazımdır ki, Brüsseldən sonra Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvaya getmiş və oradan qayıdarkən onun mövqeyində, şərhlərində biz müəyyən dəyişikliklər müşahidə etdik. Sülh prosesinin necə davam etdiriləcəyi, bizim mövqeyimizin nədən ibarət olacağı kimi suallara cənab prezident qurultayda aydınlıq gətirdi. Qurultayın simvolik xarakteri də ondan ibarət idi ki, o, Şuşada keçirilirdi. Şuşa Azərbaycanın tarixi şəhəridir və hamı, o cümlədən Ermənistan artıq bilməlidir ki, Şuşada bundan sonra ənənəvi olaraq müvafiq tədbirlər keçiriləcək. Ayın sonunadək də bizim mərkəzin ADA Universiteti ilə birgə Şuşada tədbiri olacaq. Daha ətraflı biz açıqlama verəcəyik.

– Azərbaycanla Ermənistan arasında aparılan danışıqları dünya ictimaiyyətinə ATƏT-in Minsk qrupu çatdırırdı. Bəs bundan sonra bu işi hansı qurum edəcək?

– Mən sualı bir qədər dəyişdirərdim, ona görə ki, Minsk qrupu məlumatları çatdırmırdı. Minsk qrupu sadəcə dırnaqarası, yaxud keçmişdə qalan Dağlıq Qarabağ məsələsi ilə bağlı danışıqlar aparırdı. Yəni, danışıqlar prosesi məhz bu qurum çərçivəsində tənzimlənirdi. Bu qurum 1992-ci il martın 24-də yaradılıb. Bu qurum formal olaraq ləğv olunmayıb, yəni kağız üzərində qalıb. Bizim yanaşmamız bundan ibarətdir ki, Minsk qrupunun mandatı məhz orada yazıldığı kimi Dağlıq Qarabağ münaqişəsini həll etməkdir. Bu məsələ artıq bizim üçün gündəmdə deyil. Ona görə biz fərqli yanaşma gözləyirdik. Əgər Minsk qrupu post-münaqişə dövründə nə iləsə məşğul olmaq istəyirdisə, o zaman elan etməli idi ki, bu və ya digər məsələ ilə məşğul olacaq. Gündəmdə bir çox məsələlər var – humanitar məsələlər, mina problemi, itkin düşmüş şəxslər və sair məsələlər var. Əfsuslar olsun ki, biz bunu görmədik. Keçən il ərzində yenə də Qarabağın statusu məsələsini gündəmə gətirməyə cəhdlər göstərilirdi. Ancaq reallıq bundan ibarətdir ki, Azərbaycan öz siyasətini yürüdür, yəni irəli sürür, gündəmi formalaşdırır və bu gündəlik faktiki olaraq qəbul olunub. İki fakt qeyd etmək istərdim – həm Rusiyanı, həm də Amerikanı təmsil edən keçmiş həmsədrlər artıq həmsədr kimi yox, başqa statusla Azərbaycana səfər edəcəklər. Amerikanı təmsil edən keçmiş həmsədr – hazırda onun vəzifəsi ABŞ Dövlət Departamentinin Qafqazda danışıqlar üzrə baş müşaviri adlanır – bugünlərdə Azərbaycanda olmalıdır. Rusiyalı həmsədr isə Rusiya xarici işlər nazirinin Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması üzrə xüsusi nümayəndəsi təyin olunub. Yəni, bu təbii ki, bizim üçün müsbət gedişatdır. Ümid edirəm ki, Minsk qrupu artıq tarixdə qalacaq. Artıq ona ehtiyac yoxdur, ancaq formal olaraq onu bağlamaq və fəaliyyətinə xitam vermək daha mürəkkəb prosesdir. Bu, ATƏT çərçivəsində həll olunmalıdır. Onsuz da fəaliyyət göstərmirsə, biz müvafiq tərəfdaşlarla ayrı formatda işləyəcəyik.

– Nikol Paşinyanın Moskvaya səfər etdikdən sonra onun mövqeyində baş verən dəyişikliyi necə şərh edərdiniz?

– Bəli, biz bu dəyişikliyi müşahidə edirik. Paşinyanın Brüsseldə əldə olunmuş razılıqdan nə dərəcədə çəkinəcəyini, yaxud çəkinməyəcəyini zamanla görəcəyik. İndi şərhlər verib, ola bilsin ki, onunla da kifayətlənəcək. Əsas məsələ ondadır ki, biz Ermənistanla sülh sazişi imzalamaq istəyirik və bunun üçün elan olunmuş prinsiplər var. Faktiki olaraq Moskvaya səfər etməmişdən əvvəl Paşinyan bunu qəbul edib. İndi baxaq, bir qədər də gözləyək. Ola bilsin Moskvanın təsirindən sonra müəyyən şərhlər verib ki, dırnaqarası Dağlıq Qarabağ məsələsi gündəmə qayıtmalıdır, amma hansı formada? Yenə deyirəm ki, əgər onlar iki ölkə arasında olan prosesə daxil etməyə cəhd edəcəklərsə, bu, uğursuz olacaq. Bu, birmənalı olaraq alınmayacaq. Amma yenə deyirəm, mənim düşüncəm bundan ibarətdir ki, Ermənistan dırnaqarası status məsələsini üçüncü dövlətlər, yaxud beynəlxalq təşkilatlar vasitəsilə gündəmdə saxlamağa çalışacaq. Yəni, onların strategiyası bundan ibarətdir.

26 iyun

20:25 - Azərbaycan səfiri İran şirkətlərini Qarabağ və Şərqi Zəngəzura sərmayə yatırmağa çağırıb20:22 - AXCP fəalı Çapay Sadıqlı qətlə yetirildi20:18 - İlham Əliyev Kəlbəcərdə hərbi hissənin açılışını etdi11:49 - Üç türk ölkəsinin nazirləri Bakıda toplanır - Nələr müzakirə olunacaq? 11:47 - Azərbaycanın müdafiə xərcləri nə qədərdir?  - Rəqəmlər11:44 - "Ukraynada ABŞ komandoları döyüşür" - "The New York Times"01:17 - Rusiya müharibəni nə vaxt bitirəcək?01:07 - Dünyada yeni alyans: Avstraliya, Britaniya, Yeni Zelandiya, ABŞ və Yaponiya - Partners in the Blue Pacific01:04 - "Rusiya Belarusa "İskəndər-M" verəcək" - Putin

25 iyun

20:15 - İran atom elektrik stansiyası tikəcək 18:51 - Rusiyanın neft gəlirləri sürətlə artır - "The Washington Post"16:26 - "ABŞ müharibənin bitməsini deyil, Putinin devrilməsini istəyir..." - Qiora Aylend 16:21 - Rusiya daha bir ölkəni hədələdi - "Moldova hakimiyyəti lokomotivdən qabağa keçib"16:16 - Rusiya Belarus ərazisindən Ukraynaya raket zərbələri endirib13:03 - "İlk raketi Londona atacağıq..." - Rus general12:39 - "Kontakt Home"un problemli kreditləri - "Legal 12" şirkətinin "reket" əməlləri…12:25 - Ucuzlaşma anonsu verilir, vətəndaş inanmır...11:34 - İran Azərbaycana niyə hücumlar təşkil edir? - Detallar11:13 - Gürcüstan hökumətinə 1 həftə vaxt verildi...11:10 - Türkiyə qorxusu qonşunu hərəkətə keçirdi - Fransa ilə yeni hərbi anlaşma11:08 - Paşinyan medianın suallarına cavab verəcək11:06 - Azərbaycan-Naxçıvan bağlantısı ilə türkdilli ölkələrin əlaqələrini necə gücləndirmək olar?01:10 - Ermənilər Laçındakı qaz borularını söküb Qaladərəsinə daşıyır01:05 - Neftin yenilənmiş büdcə qiyməti risk formalaşdırır? 01:00 - Tiflisdə aksiyalar başladı: Minlərlə insan şəhərin mərkəzinə toplaşdı - FOTOLAR 00:56 - Rusiya qazdan silah qismində istifadə edir...

24 iyun

18:34 - Rekord uduş fondlu, bol uduşlu "10"17:27 - Revanşistlər Xankəndiyə gəldi - Bakıya qarşı plan?16:47 - Rusiyaya casusluq edən deputat ifşa olundu16:05 - Rusiya şirkətlərinin Qarabağın bərpasına olan yüksək marağı nə ilə bağlıdır?