ABŞ Putinin məşuqəsinə sanksiya tətbiq etməkdən qorxur - "The Wall Street Journal"

25 aprel, 2022 14:29

ABŞ Rusiya "Milli Media Qrupu"nun direktorlar şurasının rəhbəri Alina Kabayevaya qarşı sanksiyalar paketi hazırlayıb, lakin hələlik onları qüvvəyə mindirə bilmir.

“The Wall Street Journal” xəbər verir ki, ABŞ rəsmiləri Kabayevaya qarşı sanksiyaların Putinə şəxsi zərbə kimi qəbul olunacağından ehtiyat edirlər.

ABŞ Maliyyə Nazirliyinin rəsmilərindən biri təkid edib ki, Rusiya Federasiyası prezidenti bu cür sanksiyaların tətbiqinə aqressiv təpki verə və bu, Rusiya ilə ABŞ arasında münasibətlərin daha da gərginləşməsinə səbəb ola bilər.

“The Wall Street Journal” qeyd edir ki, Kabayevanın Putindən üç övladı var, lakin bu, rəsmən təsdiqlənməyib. Qəzetin yazdığına görə, o, ilk övladını 2015-ci ildə İsveçrədə, daha sonra isə 2019-cu ildə Moskvada əkiz uşaq dünyaya gətirib.

Aprelin 6-da Rusiyanın ən böyük media holdinqi olan, "Pervı Kanal", REN TV və digər KİV-lərin səhmlərinə sahib olan "Milli Media Qrupu"nun saytından Alina Kabayevanın səhifəsi silinib. Kabaeva onun direktorlar şurasının sədri idi. Yəqin ki, Kabayevanın “yoxa çıxması” Navalnı komandasının müstəntiqi Georgi Alburovun "Twitter" səhifəsində yazdığı yazıların nəticəsidir. O qeyd edir ki, Rusiya prezidenti Vladimir Putinin ən yaxın adamlarından biri olan Kabayeva hələ də sanksiyalar siyahısına salınmayıb.

Alina Kabayevanın maaşı ildə yüz milyonlarla ölçülür. Vladimir Putinin super yaxtalarından biri olan 140 metrlik “Şexerazada”dan yəqin ki, Kabaeva istifadə edib (media 2000-ci illərin əvvəllərindən Kabayevanı "Şexerazada" adlandırır).

18 avqust

16:01 - İlham Əliyev sərəncam imzaladı - Komissiyanın tərkibi dəyişdi15:59 - Ermənistan Azərbaycanla sərhəddə üç keçid məntəqəsi açacaq15:55 - Rusiya ordusunun kapitanı müharibəyə qarşı çıxan azərbaycanlını güllələdi - "Sirena" nəşri15:50 - Türkiyyə İsveç və Finlandiyaya xəbərdarlıq etdi15:47 - ОАО “Azərlotereya” заплатила налогов на сумму более 5 миллионов AZN - фото15:43 - "Azərlotereya" ASC 5 milyon manatdan çox vergi ödəyib - FOTOLAR 15:35 - 1 saylı "zon"un rəisi avtoritetlərə yas mərasimi təşkil edib10:48 - Çin Rusiyaya qoşun göndərir...10:45 - Rusiya və Ermənistan arasında böyük gərginlik - Dostlar düşmənə çevirilir?09:17 - Azərbaycanda məmurlar niyə kompromat toplayır? 00:53 - Qazaxıstan təhsilində rus dili qadağası - Kreml hansı addımı atacaq?00:44 - İlham Əliyev və Mehriban Əliyeva Müslüm Maqomayevin xatirəsinə həsr olunan gecədə iştirak edib - FOTOLAR00:42 - Rusiyadan Krımla bağlı təcili addım...00:38 - Bu gün ermənilər Laçındakı kilsəyə toplanacaq - SƏBƏBLƏR00:32 - Bizim Market” satıldı: Qalmaqallı iş adamı ölkəni tərk edir? - FOTO 00:29 - Qarabağda ermənilərdən ağır silahlar alınır? - Erməni mediası00:26 - NATO Kosovodakı sülhməramlıların sayını niyə artırır?

17 avqust

17:11 - Türkiyə-İsrail yaxınlaşmasını təmin edən hansı amillərdir?16:08 - Ukraynaya hücumdan əvvəl nələr baş verib: Gizli saxlanılan detallar açıqlandı - "The Washington Post" 16:05 - Türkiyə-İsrail münasibətləri bərpa olundu13:22 - Çin Ukrayna ilə müharibədə Rusiyaya kömək edirmi? - Kuleba izah edib13:20 - "O gözəl günləri xatırladıq və Mehribanla çox duyğulandıq" - İlham Əliyev11:57 - Rusiya Ermənistana nota verdi02:04 - Bundan sonra almanların Rusiyaya münasibəti necə olacaq? - "İROZHLAS" nəşri02:00 - Quterreş, Ərdoğan və Zelenski arasında Lvovda görüş olacaq 01:58 - Çinin Tayvanı işğal etməsi an məsələsidir...01:52 - ABŞ İrana qarşı sanksiyaların ləğvini qəbul edib?

16 avqust

19:38 - Rusiya ilə sərhəddə Sovet abidəsi söküldü...18:46 - İran hərbi nümayəndə heyəti Qarabağda - FOTO18:36 - Ermənistan "sülhə" belə hazırlaşır - FOTOLAR