Ermənilər Qarabağda 5 minə yaxın mənzili satışa çıxarıb - Bu, Azərbaycana nə vəd edir?

20 aprel, 2022 09:29

İkinci Qarabağ müharibəsində Azərbaycanın qazandığı şəksiz qələbə Ermənistanda bloklanmış situasiyanın yaranmasına səbəb oldu və erməni cəmiyyətində siyasi proseslərin fərqli məcrada cərəyan etməsinə gətirib çıxardı. Müharibədən sonra Qarabağda yaşayan ermənilərlə bağlı da Azərbaycanın milli maraqlarına cavab verən proseslər müşahidə olunur.

Əldə etdiyim məlumata görə, Qarabağda (oxu: Xankəndidə) yaşayan ermənilərə məxsus mülklərin satışı ilə bağlı son bir ay ərzində müxtəlif platformalarda 5 minə yaxın elan yerləşdirilib.

Hazırda Qarabağda 25-30 min arası erməni yaşayır. Əsasən 3-4 otaqlı mənzilləri satışa çıxaranlar orta imkanlı erməni ailələridir. Xankəndidə yaşayan ermənilər mənzilləri, torpaq sahələrini və ticarət obyektlərini tələsik sataraq, oranı mümkün qədər tez tərk etmək istəyirlər.

Müşahidələr və proseslərin təhlili göstərir ki, ermənilər Xankəndidə yaşamağın gələcək perspektivlərini görmürlər və İrəvanda hökm sürən dərin ümidsizlik Xankəndidə daha qabarıq şəkildə özünü büruzə verir.

Digər tərəfdən, Fərrux yükəkliyi və digər ərazilərdə Azərbaycan ordusunun apardığı hərbi-taktiki tədbirlər cavan erməni nəslinin nümayəndələrinə ciddi şəkildə mənfi təsir edir. Onlar başa düşürlər ki, İrəvanda səngimək bilməyən siyasi çəkişmələr və bütün bunların fonunda Azərbaycan ordusunun uğurlu addımları onların gələcək imkanlarını sıfırlamış olur.

Əminliklə demək olar ki, Rusiya hərbçilərinin sülhməramlı missiyasının bitdiyi ərəfədə Qarabağda yalnız yaşlı erməni nəsli, erməni hərbi birləşmələrində xidmət edən şəxslərin ailə üzvləri və Qarabağın sərvətlərini talayan biznes subyektləri qalacaq.

Sonda qeyd etmək lazımdır ki, ermənilərin rusların dəstəyi ilə Qarabağda həyata keçirdiyi “möhkəmlənmə” tədbirləri isə imitasiyadır. Bu, ermənilərin taktiki və situativ addımlarıdır. Azərbaycanın atdığı strateji addımlar bu tədbirlərin perspektivlərini heçə endirir.

Azərbaycanın bundan sonra Qarabağda atdığı addımlar müharibədə qazanılan qələbə qədər tarixi əhəmiyyət daşıyır. Şübhəsiz, ermənilərin Xankəndini sürətlə tərk etməsi Azərbaycanın növbəti qələbəsini qaçılmaz edir. Ermənilərin Qarabağda yaşamaq istəmirlər, belə çıxır ki, gələcəkdə Rusiya sülhməramlılarının fəaliyyətinə də real ehtiyac qalmayacaq.

Yəni, Qarabağdakı mövcud situasiya Azərbaycan üçün bu qədər strateji və əhəmiyyətlidir.

Ona görə də Prezident İlham Əliyevin qlobal proseslərdə ciddi tribuna qazanması, onun Qarabağla, ümumən Azərbaycanın gücləndirilmiş mövqeyi ilə bağlı atdığı praqmatik adddımlar məmurlar tərəfindən düzgün qiymətləndirilməlidir. Hazırda Qarabağdakı ədalətin tam şəkildə bərpa olunması, Azərbaycanın gələcək təhlükələrdən tamamilə sığortalanması üçün İ.Əliyev ciddi enerji sərf edir və belə bir situasiyada ölkənin daxilində gərginliyi artıran, dövlət-vətəndaş münasibətlərinə xələl gətirən istənilən hərəkət yolverilməzdir. Şəksiz, bu məsələdə əsas məsuliyyət də məmurların üzərinə düşür və tutduğu postdan asılı olmayaraq, hər bir məmur öz məsuliyyətini anlamalıdır. Bunun əksini etmək Prezidentin iqtisadi-siyasi, sosial və milli-tarixi konsepsiyalarını məqsədli şəkildə tormozlamaq deməkdir. Mən məmur-vətəndaş münasibətlərinə Prezident İ.Əliyevin qətiyyətlə səsləndirdiyi fikirlərə və dövlətin mövqeyinə əsaslanaraq toxunuram.

Dövlət başçısı fevralın 18-də videoformatda keçirdiyi qəbul zamanı vəzifə təyinatında tanışlıq, qohumluq əlaqələri və hansısa başqa prinsiplərin tamamilə aradan qaldırılmalı olduğunu demişdi: “Kadrların seçilməsində, ilk növbədə, insanların iş qabiliyyəti nəzərə alınmalıdır, dövlətçiliyə, dövlətə sədaqət nəzərə alınmalıdır, vətənpərvərlik nəzərə alınmalıdır”.

Prezident yerli telekanallara verdiyi müsahibədə deyir: “Əfsuslar olsun, bəzi hallarda kadr dəyişikliyi vəziyyətin müsbətə doğru dəyişməsinə aparmır. Çünki yeni kadr təyin edilir, müəyyən müddət ərzində özünü verilmiş təlimatlara uyğun aparır, amma sonra vaxt keçdikcə, necə deyərlər, köhnə, əyri yola gedir”.

Qısası, vəzifəyə təyin edilən kadrlar “yeni komanda” eyforiyasından çıxmalı, özünü toxunulmaz hesab etməməli və real işlər görməlidirlər, onların ölkə daxilində atdığı addımlar Prezidentin bütövlükdə Azərbaycanın gücləndirilməsi istiqamətində atdığı addımlara və milli tələblərə tam cavab verməlidir.

Müəllif: Samir Feyruzov

25 iyun

01:10 - Ermənilər Laçındakı qaz borularını söküb Qaladərəsinə daşıyır01:05 - Neftin yenilənmiş büdcə qiyməti risk formalaşdırır? 01:00 - Tiflisdə aksiyalar başladı: Minlərlə insan şəhərin mərkəzinə toplaşdı - FOTOLAR 00:56 - Rusiya qazdan silah qismində istifadə edir...

24 iyun

18:34 - Rekord uduş fondlu, bol uduşlu "10"17:27 - Revanşistlər Xankəndiyə gəldi - Bakıya qarşı plan?16:47 - Rusiyaya casusluq edən deputat ifşa olundu16:05 - Rusiya şirkətlərinin Qarabağın bərpasına olan yüksək marağı nə ilə bağlıdır?15:20 - Azərbaycanda gənc narkomanların sayı açıqlandı15:17 - Azərbaycanla bağlı 907-ci düzəliş bu il də dayandırılır - Ermənilərə zərbə15:13 - "ATƏT-in Minsk qrupu fəaliyyətini dayandırıb" - Lavrov səbəbini açıqladı12:52 - Azərbaycanı işğal edən rus generalının Krımda sərgisi açıldı12:47 - Xəzəri işğal edən məmur villaları da söküləcək? - VİDEO 12:44 - Avropaya ixracın artması qazı bahalaşdıracaq? 11:14 - Rəsmi qəzet naziri "vurdu"11:10 - Türkiyə və Rusiya arasında kritik müzakirə - Ağ Evdən reaksiya09:48 - "Əgər Dağlıq Qarabağ Azərbaycanın tərkibində ola bilməz deyirsinizsə..."01:34 - "Putin NATO-nu dağıtmaq üçün Litvaya hücum edə bilər" - "Freedom" marafonu...01:30 - "Ukrayna, Moldova və növbəti mərhələdən əvvəl ev tapşırığını yerinə yetirməlidir" - Lyayen01:28 - "Azərbaycan Rusiyanın Cənubi Qafqazda mühüm müttəfiqidir" - Rusiya XİN

23 iyun

22:42 - Rusiya ilə NATO arasındakı daha bir gərginlik - Yeni cəbhə açıldı22:39 - Ermənistanın revanşist "Müqavimət" hərəkatı üzvləri Azərbaycan rayonlarını gəzdi - FOTO 22:36 - İlham Əliyev Müttəfiqlik Bəyannaməsindən nələr danışdı?19:39 - "Türk kəşfiyyatı İranın İsrail vətəndaşlarına sui-qəsd planını aşkara çıxarıb" - Yair Lapid19:36 - Ermənistanın müdafiə naziri Moskvaya niyə gedir?16:24 - İran ABŞ-dan 4,3 milyard dollar təzminat tələb edir16:21 - "Vəzifəyə getmək üçün arvadını boşayıb başqasının arvadını alır" - Sərdar Cəlaloğlu16:18 - "İran Rusiyaya qarşı tətbiq edilən sanksiyaların əleyhinədir" - İran XİN rəhbəri12:15 - "Ukraynada müharibə hələ uzun sürəcək" - NATO Baş katibi12:13 - Sərhəddə əməliyyat - Gülənin qardaşı qızı qaçarkən saxlanıldı