Postmünaqişə dövrünün reallıqları nələrdir? - Prezidentin çıxışından əsas tezislər

13 aprel, 2022 12:23

Prezident İlham Əliyev aprelin 12-də bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə olduqca mühüm məsələlərə toxundu. Dövlət başçısının Azərbaycan - Avropa İttifaqı arasındakı əlaqələrdən danışması bir neçə mühüm istiqamətdə xüsusilə diqqət çəkir. Postmünaqişə dövründə Azərbaycanın beynəlxalq təşkilatlarla fəal və ciddi əməkdaşlıq məsələlərindən danışan Prezident İ.Əliyevin fikirlərindən çıxarışlar:

-  “Avropa İttifaqı da postmünaqişə dövrünün reallıqlarını qəbul etmişdir…”

Heç şübhəsiz, beynəxalq təşkilatların, eləcə də Aİ-nin qəbul etdiyi postmünaqişə dövrünün yeni və ədalətli reallıqlarını Azərbaycanın yaradıb. Azərbaycan uzun illərdir dünyada hökm sürən “Kim güclüdürsə (halbuki Ermənistan Azərbaycandan dəfələrlə zəifdir - qlobal konteksdə olan bu prinsip), o da haqlıdır” prinsipini yeni və ədalətli prinsiplə əvəzlədi: “Kim haqlıdırsa, o da gücldür!”. Aİ-nin Azərbaycanla Ermənistan arasında müsbət təşəbbüslərlə çıxış etməsini bu təşkilatın BMT-nin və ATƏT-in uzun illər boyu yol verdiyi səhvləri təkrarlamaq istəməməsinin göstəricisi də hesab etmək olar. Ancaq Aİ-ni indiki pozitiv mövqedə dayanması Azərbaycanın işğalçı dövləti məğlub edərək regionda yaratdığı qlobal əhəmiyyətli yeni situasiya ilə bağlıdır. Postmünaqişə dövrünün reallıqları nələrdir? Ölkələrarası normal münasibətlər qurulmalı, dövlətlərin daxili işlərinə müdaxilə olmamalı, Ermənistan sülh müqaviləsinə imza atmalı, Azərbaycanın şərtləri birmənalı şəkildə qəbul edilməli, ermənilərin qonşu torpaqlara olan iddialrı birdəfəlik bloklanmalı, bütün region ölkələri iqtisadi layihələrdən faydalanmalı, dünyada yeni və ədalətli dəyərləri sistemi yaradılmalıdır. Təsadüfi deyil ki, Aİ Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında baş tutan üçtərəfli görüşün yekunu olaraq qəbul edilən sənəddə “Dağlıq Qarabağ” və “münaqişə” sözləri yoxdur. Bu, olduqca əhəmiyyətli və ədalətli nüansdır. Artıq N.Paşinyan Ermənistan parlamentində çıxışı zamanı Azərbaycanla tezliklə sülh müqaviləsinin bağlanmasının vacibliyini bildirdi.

- “… mənim sözüm beynəlxalq təşkilatlaradır. İnsan hüquqları ilə məşğul olanlar, ədalət prinsiplərini rəhbər tutanlar heç olmasa, Azərbaycana da diqqət yetirsinlər və ikili standartlardan kənar olsunlar…”.

Prezident İ.Əliyevin bu fikirləri beynəxalq təşkilatların postmünaqişə dövründə ədalətli mövqedə dayanmasının vacibliyini önə çəkir. Çünki Azərbaycan 44 gün ərzində hərbi əməliyyatlar həyata keçirməklə Cənubi Qafqazda ədaləti bərqərar edib. Potmünaqiə dövründə beynəxalq təşkilatların tutduğu mövqe ədalətli olmasa, gələcəkdə erməni revanşizmindən bütün ölkələr ciddi şəkildə zərər çəkmiş olacaq. Həmçinin, bir sıra beynəxalq insan hüquqları təşkilatlarının Azərbaycana qarşı davamlı qərəzli mövqeyi aradan qaldırılmalıdır. 30 il ərzində 1 milyondan artıq məcburi köçkünün tapdalanmış hüquqlarını gözmədən gələn beynəxalq təşkilatlar necə olur ki, ölkədə ən xırda və süni şəkildə şişirdilmiş məsələlərlə bağlı Azərbaycana qarşı təzyiq etməyə çalışır. Bu məsələ ölkələrin daxili işlərinə müdaxil etməyin qəbuedilməz olduğunu bir daha gündəmə gətirmiş olur.

- “Zəngəzur dəhlizi açılmalıdır!”

Dövət başçısının “Əgər (Ermənistan-S.F.) Zəngəzur üzərindən bizə keçid verməsə, özü itirəcək və birinci növbədə, 10 noyabr Bəyannaməsini pozmuş olacaq. Çünki 10 noyabr Bəyannaməsində açıq-aşkar yazılıb ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqə olmalıdır və bu, Ermənistanın öhdəliyidir. Əgər o, öz öhdəliyini yerinə yetirmək istəmirsə, onda biz də hər hansı bir öhdəliyin yerinə yetirilməsi ilə bağlı heç bir məsuliyyət daşımayacağıq” fikirləri olduqca açıq, sərt və netdir. Təbii ki, İran üzərindən yolun Naxçıvana çəkilməsi beynəxalq nəqliyyat dəhlizi kimi böyük perspektivlər vəd edir. Zəngəzurla bağlı Azərbaycanın planalrı sürətli icra edilir. Yeni nəqliyyat-kommunikasiya xətləri ildırımsürəti ilə həyata keçirilir. Ermənistanın isə başqa yolu yoxdur. İran üzərindən keçməklə Naxçıvana çəkilən yol başqa layihədir, amma Ermənistan 10 noyabr razılaşması ilə üzərinə götürdüyü öhdəliyi icra etməlidir. Bu, Ermənistan üçün də nəfəslik rolunu oynayacaq. Əks halda, Ermənistan yüz illər boyu xilası mümkün olmayan dalana dirənməli olacaq.

Zəngəzur dəhlizi ilə İ.Əliyevin qətiyyəli mövqedə dayanması bir çox iddiaları da alt-üst etmiş oldu. Belə ki, İran üzərindən Naxçıvana yolun çəkilməsi ilə bağlı qərar veriləndə daxildə və xaricdəki bəzi qüvvələr Azərbaycanın Zəngəzur dəhlizindən imtina etdiyini iddia edirdilər. Ancaq Prezidentin son çıxışı bu istiqamətdə olan iddiaları, yanlış proqnozları və ittihamları da tamamilə bloklamış oldu. Azərbaycanın mövqeyi dəyişməz və qətiyyətlidir. Ermənistan isə gec-tez öhdəlikləri icra etmiş olacaq. Biz işimizi görürük, İrəvan isə tələsəməlidir.

Müəllif: Samir Feyruzov

25 iyun

01:10 - Ermənilər Laçındakı qaz borularını söküb Qaladərəsinə daşıyır01:05 - Neftin yenilənmiş büdcə qiyməti risk formalaşdırır? 01:00 - Tiflisdə aksiyalar başladı: Minlərlə insan şəhərin mərkəzinə toplaşdı - FOTOLAR 00:56 - Rusiya qazdan silah qismində istifadə edir...

24 iyun

18:34 - Rekord uduş fondlu, bol uduşlu "10"17:27 - Revanşistlər Xankəndiyə gəldi - Bakıya qarşı plan?16:47 - Rusiyaya casusluq edən deputat ifşa olundu16:05 - Rusiya şirkətlərinin Qarabağın bərpasına olan yüksək marağı nə ilə bağlıdır?15:20 - Azərbaycanda gənc narkomanların sayı açıqlandı15:17 - Azərbaycanla bağlı 907-ci düzəliş bu il də dayandırılır - Ermənilərə zərbə15:13 - "ATƏT-in Minsk qrupu fəaliyyətini dayandırıb" - Lavrov səbəbini açıqladı12:52 - Azərbaycanı işğal edən rus generalının Krımda sərgisi açıldı12:47 - Xəzəri işğal edən məmur villaları da söküləcək? - VİDEO 12:44 - Avropaya ixracın artması qazı bahalaşdıracaq? 11:14 - Rəsmi qəzet naziri "vurdu"11:10 - Türkiyə və Rusiya arasında kritik müzakirə - Ağ Evdən reaksiya09:48 - "Əgər Dağlıq Qarabağ Azərbaycanın tərkibində ola bilməz deyirsinizsə..."01:34 - "Putin NATO-nu dağıtmaq üçün Litvaya hücum edə bilər" - "Freedom" marafonu...01:30 - "Ukrayna, Moldova və növbəti mərhələdən əvvəl ev tapşırığını yerinə yetirməlidir" - Lyayen01:28 - "Azərbaycan Rusiyanın Cənubi Qafqazda mühüm müttəfiqidir" - Rusiya XİN

23 iyun

22:42 - Rusiya ilə NATO arasındakı daha bir gərginlik - Yeni cəbhə açıldı22:39 - Ermənistanın revanşist "Müqavimət" hərəkatı üzvləri Azərbaycan rayonlarını gəzdi - FOTO 22:36 - İlham Əliyev Müttəfiqlik Bəyannaməsindən nələr danışdı?19:39 - "Türk kəşfiyyatı İranın İsrail vətəndaşlarına sui-qəsd planını aşkara çıxarıb" - Yair Lapid19:36 - Ermənistanın müdafiə naziri Moskvaya niyə gedir?16:24 - İran ABŞ-dan 4,3 milyard dollar təzminat tələb edir16:21 - "Vəzifəyə getmək üçün arvadını boşayıb başqasının arvadını alır" - Sərdar Cəlaloğlu16:18 - "İran Rusiyaya qarşı tətbiq edilən sanksiyaların əleyhinədir" - İran XİN rəhbəri12:15 - "Ukraynada müharibə hələ uzun sürəcək" - NATO Baş katibi12:13 - Sərhəddə əməliyyat - Gülənin qardaşı qızı qaçarkən saxlanıldı