"ABŞ-ı Rusiya ilə müharibəyə cəlb etmək riski var..." - "The American Conservative"

10 aprel, 2022 00:07

Ukraynada davam edən münaqişənin ABŞ üçün yaratdığı ən ciddi təhlükə Vaşinqtonun Rusiya ilə müharibəyə cəlb olunma ehtimalıdır.

Bu barədə keçmiş prezident Ronald Reyqanın köməkçisi işləmiş Duq Bendou “The American Conservative” jurnalına yazdığı məqalədə bildirir. O, ABŞ-ın hazırkı hakimiyyət orqanlarına xatırladır ki, Amerika xalqının müdafiəsi onların əsas vəzifəsi olaraq qalır.

“Müharibənin qarşısının alınması Amerikanın marağındadır. Rusiya-Ukrayna münaqişəsindən istifadə etməklə siyasi xal qazanmağı Respublikaçılar Partiyasının şahinlərinin ixtiyarına buraxın. İyirmi il ərzində NATO-nu şərqə doğru genişləndirdikdən və Moskvanın astanasında rejim dəyişikliyi təşkil etdikdən sonra Vaşinqtonun müharibə partiyasının nizamnamə üzvləri Kiyevin maraqları naminə münaqişəyə qarışaraq NATO-nu da ona cəlb etmək istəyirlər”, - deyə keçmiş prezident köməkçisi bildirir.

Nümayəndələr Palatasının Kəşfiyyat üzrə Komitəsinin yüksək səviyyəli respublikaçısı, konqresmen Mayk Törner şikayət edib ki, Bayden administrasiyasının rəsmiləri “ictimai olaraq öz üzərlərinə Ukraynanı özünümüdafiə üçün cihaz və silahlarla təmin etmək öhdəliyi götürsələr də, bunu çox ləng icra edirdilər”.

"Ukraynalılar, əlbəttə ki, bunun əvəzini öz canları ilə ödədilər", - deyə siyasətçi əlavə edib. Məqalə müəllifinin fikrincə, Ukraynada münaqişə dəhşətlidir. Bununla belə, Törnerin humanitar üstünlükləri çox seçicidir. Amerikanın birbaşa dəstəyi ilə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin Yəmənə qarşı apardıqları müharibədə, Bendounun iddia etdiyi kimi, “artıq 400 mindən çox mülki şəxs" həlak olub. Üstəlik, yəmənlilərin öldürülməsi hər gün davam edir. Konqres, sadəcə olaraq, ABŞ-ın Ər-Riyad və Əbu-Dabiyə hərbi dəstəyini dayandırmaqla effektiv şəkildə bu münaqişənin ən pis tərəflərinə son qoya bilər.

"Törner niyə susur?" - deyə müəllif soruşur. Törner unudur ki, onun ən fundamental borcu ukraynalılar deyil, amerikalılar qarşısındadır. Ukraynalıların xarici müdaxilə olmadan öz müqəddəratını təyin etmək hüququ var. Məqalədə deyilir ki, Vaşinqton Amerikanın təhlükəsizliyinə təhdid olmadığı halda ukraynalıların maraqları naminə hərbi müdaxilədən çəkinməyə borcludur.

Müəllif vurğulayır: “Ukraynada davam edən münaqişənin ABŞ üçün yaratdığı ən ciddi təhlükə bizim Rusiya ilə müharibəyə cəlb olunma ehtimalımızdır”.

Moskva adi silahlardan istifadə etməklə müharibədə Amerikaya qalib gələ bilməz. Lakin Rusiya doktrinası ABŞ-ın adi silah üstünlüyünə cavab olaraq nüvə silahının daha erkən istifadəsini nəzərdə tutur. Beləliklə, soyuq müharibə dövründə Avropada qüvvələr nisbətinin əksinə olan bir vəziyyət yaranıb.

Ukrayna Moskva üçün Vaşinqtondan daha çox məna kəsb edir, ona görə də Vladimir Putin NATO-nun genişlənməsi ilə bağlı çoxsaylı şikayətlər edib, bunların ən məşhuru 2007-ci ildə Münhen Təhlükəsizlik Konfransında səslənmişdi.

Bu mənada Törnerin Bayden administrasiyasının Rusiyaya qarşı durma tələbi “xüsusilə yanlışdır”. Konqresmen şikayət edib ki, prezident Bayden “Rusiyanın nə etdiyindən qorxmaq əvəzinə Rusiyanın nə edəcəyindən qorxan və çəkinən kimi görünür”. O vurğulayıb ki, Bayden “Putinin əleyhinə gedərək, ABŞ-ın Rusiyanı və ondan gələn bütün təhdidləri mütləq cilovlayacağını söyləməyi bacarmalıdır”.

Müəllif qeyd edir ki, Vaşinqton Amerikaya qarşı yönəlmiş təhdidlərin qarşısını almalıdır.

Bununla belə, məqsədyönlü və ya qeyri- məqsədyönlü potensial müharibədən qaçmaq daha yaxşıdır. Beynəlxalq münasibətlər çox vaxt “kim birinci qorxacaq” kimi mürəkkəb bir oyun üzərində qurulur. ABŞ və Rusiya arasında Ukrayna münaqişəsi ilə bağlı mübahisə oyunun nüvə versiyasıdır və burada Moskvanın üstünlüyü var. Rusiya daha çox risk edən bir qədər zəif dövlətdir və onun daha ciddi blefə gedərək üzərinə daha ciddi risklər götürmək stimulu var.

Bendou məqaləsində Rusiyanın Ukraynadakı hərəkətlərinin “bağışlanılmaz” olduğunu və ABŞ-ın avropalı müttəfiqləri ilə birlikdə ukraynalılara özlərini müdafiə etməkdə kömək etməli olduğunu qeyd edir. “Lakin Vaşinqtonun əsas vəzifəsi Amerika xalqını qorumaqdır.

ABŞ-ın Rusiya-Ukrayna münaqişəsi ilə bağlı siyasəti də buna uyğun formalaşmalıdır”, - deyə Bendou fikrini yekunlaşdırıb.

Tərcümə etdi: Miraslan

26 iyun

20:25 - Azərbaycan səfiri İran şirkətlərini Qarabağ və Şərqi Zəngəzura sərmayə yatırmağa çağırıb20:22 - AXCP fəalı Çapay Sadıqlı qətlə yetirildi20:18 - İlham Əliyev Kəlbəcərdə hərbi hissənin açılışını etdi11:49 - Üç türk ölkəsinin nazirləri Bakıda toplanır - Nələr müzakirə olunacaq? 11:47 - Azərbaycanın müdafiə xərcləri nə qədərdir?  - Rəqəmlər11:44 - "Ukraynada ABŞ komandoları döyüşür" - "The New York Times"01:17 - Rusiya müharibəni nə vaxt bitirəcək?01:07 - Dünyada yeni alyans: Avstraliya, Britaniya, Yeni Zelandiya, ABŞ və Yaponiya - Partners in the Blue Pacific01:04 - "Rusiya Belarusa "İskəndər-M" verəcək" - Putin

25 iyun

20:15 - İran atom elektrik stansiyası tikəcək 18:51 - Rusiyanın neft gəlirləri sürətlə artır - "The Washington Post"16:26 - "ABŞ müharibənin bitməsini deyil, Putinin devrilməsini istəyir..." - Qiora Aylend 16:21 - Rusiya daha bir ölkəni hədələdi - "Moldova hakimiyyəti lokomotivdən qabağa keçib"16:16 - Rusiya Belarus ərazisindən Ukraynaya raket zərbələri endirib13:03 - "İlk raketi Londona atacağıq..." - Rus general12:39 - "Kontakt Home"un problemli kreditləri - "Legal 12" şirkətinin "reket" əməlləri…12:25 - Ucuzlaşma anonsu verilir, vətəndaş inanmır...11:34 - İran Azərbaycana niyə hücumlar təşkil edir? - Detallar11:13 - Gürcüstan hökumətinə 1 həftə vaxt verildi...11:10 - Türkiyə qorxusu qonşunu hərəkətə keçirdi - Fransa ilə yeni hərbi anlaşma11:08 - Paşinyan medianın suallarına cavab verəcək11:06 - Azərbaycan-Naxçıvan bağlantısı ilə türkdilli ölkələrin əlaqələrini necə gücləndirmək olar?01:10 - Ermənilər Laçındakı qaz borularını söküb Qaladərəsinə daşıyır01:05 - Neftin yenilənmiş büdcə qiyməti risk formalaşdırır? 01:00 - Tiflisdə aksiyalar başladı: Minlərlə insan şəhərin mərkəzinə toplaşdı - FOTOLAR 00:56 - Rusiya qazdan silah qismində istifadə edir...

24 iyun

18:34 - Rekord uduş fondlu, bol uduşlu "10"17:27 - Revanşistlər Xankəndiyə gəldi - Bakıya qarşı plan?16:47 - Rusiyaya casusluq edən deputat ifşa olundu16:05 - Rusiya şirkətlərinin Qarabağın bərpasına olan yüksək marağı nə ilə bağlıdır?