"Rusiyanın buradakı ən güclü dayağı Azərbaycan parlamentidir" - Sərdar Cəlaloğlu

09 aprel, 2022 00:48

Azsiyaset.com Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun yenisabah.az-a verdiyi müsahibəni təqdim edir: 

- Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Azərbaycanda “beşinci kolon” üzvləri arasında aktivləşmə hiss olundu. Halbuki bundan əvvəl qeyd olunurdu ki, “beşinci kolon”un qarşısı alınıb. Sizcə, onlar indiki məqamda Azərbaycana hər hansı potensial təhlükələr vəd edirmi?

- Təbii ki, Rusiya güclənsəydi, bəli, onda qorxu olardı. Amma bu gün Rusiya uduzur deyə onlar gələcəklərini, itirə biləcəklərini nəzərə alıb bəlkə də açıq şəkildə Rusiyanın əleyhinə çıxarlar. Rusiyanın özündə də bir çox milyonerlər, o cümlədən oliqarxlar var ki, onlar Rusiyanın əleyhinə çıxırlar.

-  Hazırda hökumət daxilində və Milli Məclisdə “beşinci kolon”dan qalanlar varmı?

- Əlbəttə ki, Azərbaycan parlamentinin 90%-i Rusiyanın razılığa ilə müəyyən olunub. Ona görə də təbii ki, Rusiyanın buradakı ən güclü dayağı Azərbaycan parlamentidir. Nazirlər Kabinetində uzun müddət vəzifədə olanların, eləcə də tayfa prinsipi ilə hakimiyyətdə qalanların böyük əksəriyyəti Rusiya ilə əlaqəli olan adamlardır. Kimlər ki, 20-30 ildir vəzifədədir, bunların hamısı da Rusiyanın Azərbaycandakı emissarlarıdır.

- Qayıdaq Rusiya-Ukrayna müharibəsinə. Bildiyiniz kimi, iki dəhşətli Dünya müharibəsindən sonra bəzi dövlətlər dünya xəritəsindən silindi. Bəs Ukrayna müharibəsindən sonra nə gözlənilir? Hansı yeni dövlətlər yarana, yaxud hansı dövlətlər tarix səhnəsindən silinə bilər?

- Ukrayna-Rusiya müharibəsindən sonra dünyanın nizamı dəyişəcək. Düşünürəm ki, BMT-nin yerində tamamilə bir-birindən fərqli beynəlxalq demokratik institutlar yaranacaq. Beynəlxalq hüquq da kifayət qədər sərtləşəcək. İkinci Dünya müharibəsindən sonra açığı dünya bu müharibədə qalib gələn tərəflərin nazı ilə çox oynayır.

Heç təsadüfi deyil ki, Rusiyanı BMT İnsan Hüquqları Şurasından çıxarıblar. Hətta onun BMT-nin Təhlükəsizlik Şurasının üzvlüyündən çıxarılması məsələsi də müzakirə olunur. Çünki ilk növbədə, dünyanın ən güclüləri gərək qanuna hörmət etsinlər ki, kiçik dövlətlər də onlara baxsınlar. Amma indi tərsinədir. Böyük dövlətlər beynəlxalq hüququ nəzərə almırlar, istədikləri addımı atırlar, bu da dünyada ən real təhlükələri yaradır. Bunlar da Çin, ABŞ, Fransa, Almaniya, Rusiya və digər hegemon dövlətlərdir. Buna görə də beynəlxalq nizam dəyişməlidir ki, Rusiyanın törətdiyi bu hərəkətlər bir daha təkrar olunmasın.

- Bütün Rusiyanın patriarxı Kiril ötən gün bildirib ki, pravoslav kilsəsi və Rusiya Ukraynada dəccalın qarşısını alır. Nəzərə alsaq ki, ukraynalılar da xristianlığın pravoslav etiqadına sitayiş edirlər, bu zaman Kirillin bu açıqlamasını necə anlaya bilərik?

- Orada iki pravoslav kilsəsi var. Ukrayna pravoslav kilsəsi rus pravoslav kilsəsindən ayrılıb. Ukrayna ərazisində rus pravoslav kilsələrinin olmasıyla yanaşı, o cümlədən Ukrayna pravoslav kilsələri də var. Onlar ayrılanda rus pravoslav kilsəsi çox hay-küy etdi, amma buna baxmayaraq, onlar ayrıldılar.

Yəni faktiki olaraq Rusiyada din xadimlərinin çoxu sovet dönəmində KQB əməkdaşı olublar. Ona görə də bunlar ancaq hökumətin istənilən addımı müdafiə edəcəklər. Din xadimi hara, müharibəyə dəstək vermək hara? Din xadimi hara, bir xalqın başqa xalqı qırmasını dəstəkləməsi hara? Bu, onu göstərir ki, onlar din xadimindən çox dövlət işçiləri kimi çıxış edirlər.

Artıq Ukraynada rus pravoslav kilsələrinin hamısı bağlanır və keşişlər qovulur. Çox güman ki, qısa müddətdə Ukraynada rus kilsələrin fəaliyyətləri tamamilə dayandırılacaq.

26 iyun

20:25 - Azərbaycan səfiri İran şirkətlərini Qarabağ və Şərqi Zəngəzura sərmayə yatırmağa çağırıb20:22 - AXCP fəalı Çapay Sadıqlı qətlə yetirildi20:18 - İlham Əliyev Kəlbəcərdə hərbi hissənin açılışını etdi11:49 - Üç türk ölkəsinin nazirləri Bakıda toplanır - Nələr müzakirə olunacaq? 11:47 - Azərbaycanın müdafiə xərcləri nə qədərdir?  - Rəqəmlər11:44 - "Ukraynada ABŞ komandoları döyüşür" - "The New York Times"01:17 - Rusiya müharibəni nə vaxt bitirəcək?01:07 - Dünyada yeni alyans: Avstraliya, Britaniya, Yeni Zelandiya, ABŞ və Yaponiya - Partners in the Blue Pacific01:04 - "Rusiya Belarusa "İskəndər-M" verəcək" - Putin

25 iyun

20:15 - İran atom elektrik stansiyası tikəcək 18:51 - Rusiyanın neft gəlirləri sürətlə artır - "The Washington Post"16:26 - "ABŞ müharibənin bitməsini deyil, Putinin devrilməsini istəyir..." - Qiora Aylend 16:21 - Rusiya daha bir ölkəni hədələdi - "Moldova hakimiyyəti lokomotivdən qabağa keçib"16:16 - Rusiya Belarus ərazisindən Ukraynaya raket zərbələri endirib13:03 - "İlk raketi Londona atacağıq..." - Rus general12:39 - "Kontakt Home"un problemli kreditləri - "Legal 12" şirkətinin "reket" əməlləri…12:25 - Ucuzlaşma anonsu verilir, vətəndaş inanmır...11:34 - İran Azərbaycana niyə hücumlar təşkil edir? - Detallar11:13 - Gürcüstan hökumətinə 1 həftə vaxt verildi...11:10 - Türkiyə qorxusu qonşunu hərəkətə keçirdi - Fransa ilə yeni hərbi anlaşma11:08 - Paşinyan medianın suallarına cavab verəcək11:06 - Azərbaycan-Naxçıvan bağlantısı ilə türkdilli ölkələrin əlaqələrini necə gücləndirmək olar?01:10 - Ermənilər Laçındakı qaz borularını söküb Qaladərəsinə daşıyır01:05 - Neftin yenilənmiş büdcə qiyməti risk formalaşdırır? 01:00 - Tiflisdə aksiyalar başladı: Minlərlə insan şəhərin mərkəzinə toplaşdı - FOTOLAR 00:56 - Rusiya qazdan silah qismində istifadə edir...

24 iyun

18:34 - Rekord uduş fondlu, bol uduşlu "10"17:27 - Revanşistlər Xankəndiyə gəldi - Bakıya qarşı plan?16:47 - Rusiyaya casusluq edən deputat ifşa olundu16:05 - Rusiya şirkətlərinin Qarabağın bərpasına olan yüksək marağı nə ilə bağlıdır?