Rusiyanın iki yolu var - "Aprelin ortasına qədər müharibə qurtarmasa..."

05 aprel, 2022 20:02

“Sülh müqaviləsinin şərtlərini Ukrayna diqtə edəcək”.

Bunu Ukrayna Prezident Ofisi başçısının müşaviri, hərbi ekspert Aleksey Arestoviç “Rada” kanalına açıqlamasında deyib.

Arestoviç Ukraynada davam edən müharibənin aktiv fazasının aprelin ortalarında başa çatacağını proqnozlaşdırıb: “Ardınca, Rusiya Federasiyasının iki yolu qalır. Ya sülh müqaviləsi imzalayacaqlar, ya da olduqları yerdə qalacaqlar və partizan müharibəsi başlayacaq.

Partizan müharibəsi başlasa və onlar sülh razılığına getməsələr, hamısını sonadək məhv edəcəyik. Ancaq bizdən də həlak olan çox olacaq.

Ona görə, bizim iki variantımız var: Qurbanlar hesabına onları sonadək məhv etmək və yaxud sülh müqaviləsi. Görək, nə və necə olacaq”.

Xatırladaq ki, Kiyev ətrafında böyük zərbələr alan və bu istiqamətdə hədəfinə nail ola bilməyən Rusiya ordusu həmin ərazilərdən geri çəkilməli olub.

Kəşfiyyat məlumatlarına görə, Rusiya həmin qüvvələri yenidən qruplaşdıraraq Donbas istiqamətinə atmağı planlaşdırır. Artıq əsas hədəfinin Donbas olduğunu Rusiya tərəfi də açıq bəyan edib. Həmçinin, Kremlin Rusiyada aparılan gizli səfərbərlik, eləcə də digər bölgələrdəki qüvvələrin və muzdlu dəstələrin hesabına Donbasdakı silahlı qüvvələrini artıraraq, nəhayət ki, Mariupolu tam nəzarətə götürmək, Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədlərinə qədər irəliləmək, oradakı böyük Ukrayna hərbi qruplaşmasını mühasirəyə almaq planı var. Bu səbəbdən yaxın günlərdə ağır döyüşlərin olacağı gözlənilir.

Lakin bu planı həyata keçirməyin Rusiya üçün heç də asan olmayacağı bildirilir. Belə ki, məhz sözügedən bölgədə Ukrayna Ordusunun ən yaxşı hazırlanmış və təchiz olunmuş hissələrinin yerləşdiyi, bu qüvvələrin güclü istehkamlara malik olduğu məlumdur. Kiyev ətrafındakı qüvvələrin də onların yardımına gedəcəyi gözlənilir. Digər yandan ABŞ başda olmaqla, NATO ölkələrinin Ukraynaya hərbi yardımı davam edir və güclənir. Bir çox məlumatlara görə, artıq həmin yardımlar təkcə “Javelin” və “Stinger”lərdən yox, daha ağır və effektiv silahlardan ibarətdir.

27 iyun

10:04 - İbrahim Kalından Qarabağ açıqlaması - "Amerikalılarla qarşı-qarşıya gəldik"10:02 - Putinin nüvə çamadanı necə işləyir?09:57 - Azərbaycanda təyyarə biletinin qiyməti artmaqda davam edir09:54 - "Rusiya son bir əsrdə ilk defolt elan edib" - "Bloomberg"

26 iyun

20:25 - Azərbaycan səfiri İran şirkətlərini Qarabağ və Şərqi Zəngəzura sərmayə yatırmağa çağırıb20:22 - AXCP fəalı Çapay Sadıqlı qətlə yetirildi20:18 - İlham Əliyev Kəlbəcərdə hərbi hissənin açılışını etdi11:49 - Üç türk ölkəsinin nazirləri Bakıda toplanır - Nələr müzakirə olunacaq? 11:47 - Azərbaycanın müdafiə xərcləri nə qədərdir?  - Rəqəmlər11:44 - "Ukraynada ABŞ komandoları döyüşür" - "The New York Times"01:17 - Rusiya müharibəni nə vaxt bitirəcək?01:07 - Dünyada yeni alyans: Avstraliya, Britaniya, Yeni Zelandiya, ABŞ və Yaponiya - Partners in the Blue Pacific01:04 - "Rusiya Belarusa "İskəndər-M" verəcək" - Putin

25 iyun

20:15 - İran atom elektrik stansiyası tikəcək 18:51 - Rusiyanın neft gəlirləri sürətlə artır - "The Washington Post"16:26 - "ABŞ müharibənin bitməsini deyil, Putinin devrilməsini istəyir..." - Qiora Aylend 16:21 - Rusiya daha bir ölkəni hədələdi - "Moldova hakimiyyəti lokomotivdən qabağa keçib"16:16 - Rusiya Belarus ərazisindən Ukraynaya raket zərbələri endirib13:03 - "İlk raketi Londona atacağıq..." - Rus general12:39 - "Kontakt Home"un problemli kreditləri - "Legal 12" şirkətinin "reket" əməlləri…12:25 - Ucuzlaşma anonsu verilir, vətəndaş inanmır...11:34 - İran Azərbaycana niyə hücumlar təşkil edir? - Detallar11:13 - Gürcüstan hökumətinə 1 həftə vaxt verildi...11:10 - Türkiyə qorxusu qonşunu hərəkətə keçirdi - Fransa ilə yeni hərbi anlaşma11:08 - Paşinyan medianın suallarına cavab verəcək11:06 - Azərbaycan-Naxçıvan bağlantısı ilə türkdilli ölkələrin əlaqələrini necə gücləndirmək olar?01:10 - Ermənilər Laçındakı qaz borularını söküb Qaladərəsinə daşıyır01:05 - Neftin yenilənmiş büdcə qiyməti risk formalaşdırır? 01:00 - Tiflisdə aksiyalar başladı: Minlərlə insan şəhərin mərkəzinə toplaşdı - FOTOLAR 00:56 - Rusiya qazdan silah qismində istifadə edir...