Narkotik vasitələrin dövriyyəsinə qarşı mübarizə - Bir illik HESABAT

04 aprel, 2022 16:53

Azərbaycanda hər bir məhbusa çəkilən bir günlük xərc 15 manat 80 qəpikdir. 2021-ci ilin statistik məlumatlarına görə, ölkədəki məhbusların 5 min 108 nəfəri narkotik cinayətlərinə görə həbs olunanlardır. 

Bu o deməkdir ki, təkcə narkotik cinayətlərinə görə həbs olunan şəxslərin günlük xərci 80 min 706 manat təşkil edir. Bu da ayda təxminən 2 milyon 421 min manat vəsait deməkdir.

İndi düşünməliyik: gün ərzində 80 min manat vəsaiti hansı istiqamətlərdə səmərəli istifadə edə bilərik ki, sonda bu məbləği təkcə narkotik cinayətlərnə görə həbs edilən şəxslərin günlük həbsxana həyatına xərcləməyək!?

Təxminən bir ildir ki, Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı real, sistemli və konseptual tədbirlər planı həyata keçirilməkdədir. Düzdür, əvvəllər də bu istiqamətdə müəyyən tədbirlər planı həyata keçirilib, amma ciddi nəticələr əldə olunmamışdı.

Lakin 2021-ci il narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində yeni və inqilabi mərhələnin başlanğıcı oldu. Və proses bu gün də davam etməkdədir.

Bu bir il ərzində görülən tədbirlərlə bağlı hesabatla çıxış etməyi bacarmalıyıq. Hüquq-mühafizə orqanları, bu işə cəlb olunan ayrı-ayrı qurumlar, media, QHT-lər bir il ərzində narkotiklərlə mübarizə tədbirlərinin nəticələrini təhlil etməlidir. Bütövlükdə cəmiyyətimiz özündə bir hesabatlılıq hiss etməlidir. Özümüzə suallar vermliyik: bir il ərzində hansı nəticələri əldə etdik və bu nəticələri qənaətbəxş hesab etmək olarmı? Növbəti illərdə bu mübarizəni hansı şəkildə davam etdirmək lazımdır? Narkotik maddələlərin qanunsuz dövriyyəsinə qarşı real və sərt mübarizə tədbirlərinin ikinci ilinə daxil oluruq, bəs bundan sonrakı hədəflərimiz necə qurulmalıdır?

Qeyd edək ki, bir il ərzində Azsiyaset.com saytı narkoticarətin marşrutu, narkomanlığın ciddi genetik fəsadları və milli hədəflərimizə qarşı yönələn narkotik vasitələrin qanunsuz dövriyyəsinin əsl mahiyyəti barədə onlarla araşdırma, analitik məqalə dərc edib. Dərc edilən məqalələrdəki tənqidlərdən nəticə çıxararaq öz passiv fəaliyyətində dönüş edən təşkilatlar da olub. Bu sahədəki problemlərin siyasi olimpdə müzakirəyə çıxarılmasına az da olsa, təsir edə bilmişik.

Bu baxımdan narkotik vasitələrin dövriyyəsinə qarşı mübarizə tədbirləri sahəsində Azsiyaset.com saytı davamlı və milli mövqeyini davam etdirməkdə bundan sonra da israrlıdır. Bundan sonra da ictimai və media nəzarəti funksiyamızı daha da gücləndirəcəyik.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının fəaliyyətinin dəyişməyən aspektləri...

Ötən ilin payızına qədər bu Dövlət komissiyasının heç bir paktiki fəaliyyəti yox idi. 2021-ci ilin avqust ayında Azsiyaset.com saytında dərc edilən "Ölkədə narkotik satanlar və istifadəçiləri həbs edilir, bəs niyə bircə nəfər "narkobaron" həbs edilmir?" sərlövhəli məqalədə Komissiyanın illik büdcəsinin 280 min manat olduğu barədə məlumat da yer alırdı.

Redaksiyamızın əldə etdiyi yeni məlumatlara görə, Dövlət komissiyasının illik büdcəsi artırılıb və 2022-ci ildə bu quruma 348 min manat vəsait ayrılıb.

Dekabrın 16-da Przident İlham Əliyev “Dövlət büdcəsindən maliyyələşən bir sıra təkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” sərəncam imzaladı. Sərəncama əsasən, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun da əməkhaqları 20% artırıldı.

Komissiya müxtəlif qurumlara birlikdə narkomaniya ilə bağlı tədbirlər keçirsə də, yenə də öz fəaliyyətini effektiv və operativ şəkildə qura bilmir. Məsələn, Komissiyanın veb-saytında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı mübarizə tədbirlərinin 2021-ci ilin sonuncu rübünə və 2022-ci ilin birinci rübünə olan statistik məlumatları yerləşdirilməyib. 

Daha dəqiq desək, axtardığımız məlumatları Komissiya ilə əlaqə saxlayandan sonra pərakəndə şəkildə dərc edilmiş məlumatların içərisindən tapa bildik.

Komissiyadan saytımıza bildirdilər ki, 2022-ci ilin ilk üç ayının statistik məlumatları aprelin ilk on günlüyündə dərc ediləcək: "Düzdür, 2021-ci ilin son rübünün statistik məlumatları Komissiyanın saytının "Statistik məlumatlar" bölməsində yer almayıb, biz həmin məlumatları illik hesabat şəklində dərc edəcəyik.

Maraqlıdır, Komissiya bu 6 ay ərzində vaxt tapıb hüquq-mühafizə orqanlarından məlumatları ala bilməyib?

Ümumiyyətlə, Dövlət komissiyası inzibatçı fəaliyyətdən qaçmalıdır, o, narkotiklə mübarizə istiqamətində bütün hüquq-mühafizə orqanları üçün müştərək ideoloji mərkəzə çevrilməli idi. Amma nə fayda...

Düzdür, Komissiya tənqidlərdən nəticə çıxararaq son vaxtlar öz fəaliyyətində az da olsa, müsbət dəyişikliklər edib, amma ümid edək ki, fəallığını daha da artıracaq. Çünki narkomaniya ilə mübarizə milli prioritetlərimiz sırasındadır və bu işə məsul qurumlardan heç birinin yarıtmaz fəaliyyətinə haqq qazandıra bilmərik.

- 2020-ci ildə 3758,4 kiloqram narkotik vasitə və psixotrop maddə müsadirə edilib. Bu da 2019-cu ilin göstəricisindən 13,3 faiz çoxdur. Həmçinin 2020-ci ildə ölkədə qeydə alınan 26 mindən çox cinayət hadisəsinin 5 252-sini (20,2 %-i) narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi təşkil edib.

-  2021-ci il ərzində 8535 fakt üzrə 6 ton 607 kiloqramdan artıq müxtəlif növ narkotik vasitələrin  və  psixotrop  maddələrin  qanunsuz  dövriyyədən çıxarılıb.

- 2022-ci ilin iki ayı ərzində qanunsuz dövriyyədən götürülmüş 1 ton 87 kiloqram 949,825 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 37 milyon 827 min AZN (22 milyon 235  min  ABŞ dolları) kimi qiymətləndirilir.

Əvvəlki illərdə KİV-lərdə, telekanallarda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində və narkomanlığa qarşı sistemli materiallara rast gəlmək çox çətin idi.

Ancaq 2021-ci ildən etibarən bütün media, telekanallar, vətəndaş cəmiyyəti institutları bu məsələdə nəticələrə hesablanan fəaliyyət ortaya qoyublar. İndi efirlərdə narkomanlıqla bağlı tok-şoular, verilişlər aparılır, ekspertlər, hüquq-mühafiqə orqanlarından mütəxəssislər (DİN-dən nümayəndələr) efirlərə dəvət olunurlar. Narkotik maddələrin zərərləri barədə reklam çarxları ekranlaşdırılır, ideoloji təbliğat üsullarına üstünlük verilir. Görünən budur ki, Prezident Administrasiyası da bu milli məsələdə müxtəlif qurumlara, eləcə də KİV-lərə öz dəstəyini ifadə edir.

Əlavə etmək lazımdır ki, Daxili İşlər Nazirliyi təkcə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə aparmır, həm də media, vətəndaş cəmiyyəti və sosial şəbəkələrlə işini normal şəkildə qura bilib. Nazirlik narkotik vasitələrlə bağlı mediada və sosial şəbəkələrdə yayılan ən xırda informasiyaya belə operativ reaksiya verir.

Narkotik vasitələrdən əziyyət çəkən şəxslərin müalicəsi ilə bağlı görülən tədbirlər də əvvəlki illərdən daha fərqli və təqdirəlayiqdir. Bu istiqamətdə ölkə ərazisində müxtəlif özəl müəssisələr də fəaliyyətə başlayıb və reabilitasiya tədbirləri həyata keçirilməkdədir.

Ancaq Səhiyyə Nazirliyinin tabeliyində olan reabilitasiya mərkəzlərinin fəaliyyəti sıfıra bərabərdir. Nazirlik bu sahədəki problemləri aradan qaldıra bilmir, reabilitasiyaya ehtiyacı olan şəxslərə qarşı etinasız münasibət davam etməkdədir və problemlər getikdə daha da dərinləşir.

Təhsil Nazirliyi də bu istiqamətdə müsbət işlər həyata keçirməkdədir. Orta ümumtəhsil müəssisələrində narkotik vasitələrin zərərlərinin təbliğ olunması müsbət haldır.

Yaxşı olardı ki, bu tədbirlər daha effektiv şəkildə ali məktəblərdə də həyata keçirilsin. Redaksiyamıza daxil olan məlumatlar onu deməyə əsas verir ki, narkomaniya ilə bağlı ali məktəblərdə “SOS!” elan etməyin vaxtı çoxdan çatıb, bəlkə də gecikmişik.

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə bütün hüquq-mühafizə orqanları üçün bundan sonra da əsas prioritet olmalıdır.

Mübarizə tədbirlərini ləngidən amillərin ortaya çıxmasını qətiyyətlə əngəlləmək lazımdır. Səhiyyə Nazirliyi özünün yarıtmaz fəaliyyətinə bir daha baxış keçirməlidir. Sərhəd Qoşunları və digər dövlət qurumları birgə mübarizə tədbirlərinin hədəf və prioritetlərini hesablayıb daha ciddi tədbirlər həyata keçirməlidir.

Müəllif: Samir Feyruzov

26 iyun

20:25 - Azərbaycan səfiri İran şirkətlərini Qarabağ və Şərqi Zəngəzura sərmayə yatırmağa çağırıb20:22 - AXCP fəalı Çapay Sadıqlı qətlə yetirildi20:18 - İlham Əliyev Kəlbəcərdə hərbi hissənin açılışını etdi11:49 - Üç türk ölkəsinin nazirləri Bakıda toplanır - Nələr müzakirə olunacaq? 11:47 - Azərbaycanın müdafiə xərcləri nə qədərdir?  - Rəqəmlər11:44 - "Ukraynada ABŞ komandoları döyüşür" - "The New York Times"01:17 - Rusiya müharibəni nə vaxt bitirəcək?01:07 - Dünyada yeni alyans: Avstraliya, Britaniya, Yeni Zelandiya, ABŞ və Yaponiya - Partners in the Blue Pacific01:04 - "Rusiya Belarusa "İskəndər-M" verəcək" - Putin

25 iyun

20:15 - İran atom elektrik stansiyası tikəcək 18:51 - Rusiyanın neft gəlirləri sürətlə artır - "The Washington Post"16:26 - "ABŞ müharibənin bitməsini deyil, Putinin devrilməsini istəyir..." - Qiora Aylend 16:21 - Rusiya daha bir ölkəni hədələdi - "Moldova hakimiyyəti lokomotivdən qabağa keçib"16:16 - Rusiya Belarus ərazisindən Ukraynaya raket zərbələri endirib13:03 - "İlk raketi Londona atacağıq..." - Rus general12:39 - "Kontakt Home"un problemli kreditləri - "Legal 12" şirkətinin "reket" əməlləri…12:25 - Ucuzlaşma anonsu verilir, vətəndaş inanmır...11:34 - İran Azərbaycana niyə hücumlar təşkil edir? - Detallar11:13 - Gürcüstan hökumətinə 1 həftə vaxt verildi...11:10 - Türkiyə qorxusu qonşunu hərəkətə keçirdi - Fransa ilə yeni hərbi anlaşma11:08 - Paşinyan medianın suallarına cavab verəcək11:06 - Azərbaycan-Naxçıvan bağlantısı ilə türkdilli ölkələrin əlaqələrini necə gücləndirmək olar?01:10 - Ermənilər Laçındakı qaz borularını söküb Qaladərəsinə daşıyır01:05 - Neftin yenilənmiş büdcə qiyməti risk formalaşdırır? 01:00 - Tiflisdə aksiyalar başladı: Minlərlə insan şəhərin mərkəzinə toplaşdı - FOTOLAR 00:56 - Rusiya qazdan silah qismində istifadə edir...

24 iyun

18:34 - Rekord uduş fondlu, bol uduşlu "10"17:27 - Revanşistlər Xankəndiyə gəldi - Bakıya qarşı plan?16:47 - Rusiyaya casusluq edən deputat ifşa olundu16:05 - Rusiya şirkətlərinin Qarabağın bərpasına olan yüksək marağı nə ilə bağlıdır?