Şüa xəstəliyinə şübhəli bilinən Rusiya hərbçiləri Belarusa daşınır - "Frans-Press"

01 aprel, 2022 00:13

Rusiya öz qoşunlarını Çernobıl AES- dən çıxarır.

Bu barədə martın 30- da brifinq zamanı Pentaqonun nümayəndəsi bəyan edib.

Məlumatı "Frans- Press" agentliyi yayıb.

Məmurun verdiyi məlumata görə, Rusiya qoşunları Çernobıl AES- dən Belarus tərəfə istiqamət götürüb.

Bu arada Belarusun Qomel şəhərindəki radiasiya təbabəti və insan ekologiyası mərkəzinə radiasiya şüalanmasına şübhəli bilinən rusiyalı hərbi qulluqçular gətirilib.

Bu barədə Çernobıl turoperatorları Assosiasiyasının rəhbəri Yaroslav Yemelyanenko məlumat verib.

"Qomeldə Respublika elmi- praktiki radiasiya təbabəti və insan ekologiyası mərkəzinə yeddi PAZ maşını gəlib. Fotoşəkillərdən göründüyü kimi, maşınlarda insanlar var. Qeyd edək ki, bu mərkəzə müntəzəm olaraq rusiyalı əsgərləri gətirirlər", Yemelyanenko Belarus "Telegram- kanal"ın məlumatından iqtibas gətirib.

Assosiasiya rəhbəri vurğulayıb ki, "yadlaşma zonası"nda  müəyyən qaydalar mövcuddur və Rusiya hərbi qulluqçuları çox güman ki, bu qaydaları müntəzəm olaraq pozub.

Yemelyanenkonun sözlərinə görə, yadlaşma zonasında olmaq Rusiya hərbi qulluqçularının sağlamlığına son dərəcə neqativ təsir göstərib.

"Ona görə ki, radiasiya fizikadır, o, heç bir status və ya poqona baxmır. Komandanlıqda və ya əsgərlərdə azacıq intellekt olsaydı, belə nəticələrdən qaçmaq mümkün olardı", - Yemelyanenko yazıb.

Çernobıl AES əməkdaşlarının verdiyi məlumata görə, rusiyalı hərbçilər ağır zirehli texnika ilə təhlükəli zonada yerləşən "Kürən meşə" adlanan massivdən keçərək özlərini riskə məruz qoyub. Şahidlərin sözlərinə görə, rusiyalılar radioaktiv toz buludlarını havaya sovurub, bundan sonra təhlükəsizlik sensorları radiasiyanın normadan artıq olduğunu göstərib.

Çernobıl AES- in əməkdaşları iddia edir ki, hərbçilər təhlükəli zonada radiasiya, kimyəvi və bioloji müdafiə geyimlərində olmadığından özlərini radiasıya şüalanması riskinə məruz qoyub.

"Bu, əsgərlər üçün  özünəqəsd idi, çünki onların udduqları radioaktiv toz orqanizmdə şüa xəstəliyi törədə bilər. Hərbi maşınların böyük karvanı bizim obyektin birbaşa arxasındakı yoldan keçib və bu yol "Kürən meşə"nin yaxınlığından keçir", - həmsöhbətlər qeyd edib.

Xatırladaq ki, fevralın 24- də Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin ilk günü rusiyalı hərbçilər Kiyev vilayətindəki Çernobıl AES- i zəbt edib və personalını girov götürüb. O zaman Ukrayna Milli Akademiyasında bəyan edilib ki, rusiyalı hərbçilər radiasiya şəraitini pisləşdirib və yaxınlıqda yerləşən yaşayış məntəqələrini radiasiya təsirinə məruz qoyub.

26 iyun

20:25 - Azərbaycan səfiri İran şirkətlərini Qarabağ və Şərqi Zəngəzura sərmayə yatırmağa çağırıb20:22 - AXCP fəalı Çapay Sadıqlı qətlə yetirildi20:18 - İlham Əliyev Kəlbəcərdə hərbi hissənin açılışını etdi11:49 - Üç türk ölkəsinin nazirləri Bakıda toplanır - Nələr müzakirə olunacaq? 11:47 - Azərbaycanın müdafiə xərcləri nə qədərdir?  - Rəqəmlər11:44 - "Ukraynada ABŞ komandoları döyüşür" - "The New York Times"01:17 - Rusiya müharibəni nə vaxt bitirəcək?01:07 - Dünyada yeni alyans: Avstraliya, Britaniya, Yeni Zelandiya, ABŞ və Yaponiya - Partners in the Blue Pacific01:04 - "Rusiya Belarusa "İskəndər-M" verəcək" - Putin

25 iyun

20:15 - İran atom elektrik stansiyası tikəcək 18:51 - Rusiyanın neft gəlirləri sürətlə artır - "The Washington Post"16:26 - "ABŞ müharibənin bitməsini deyil, Putinin devrilməsini istəyir..." - Qiora Aylend 16:21 - Rusiya daha bir ölkəni hədələdi - "Moldova hakimiyyəti lokomotivdən qabağa keçib"16:16 - Rusiya Belarus ərazisindən Ukraynaya raket zərbələri endirib13:03 - "İlk raketi Londona atacağıq..." - Rus general12:39 - "Kontakt Home"un problemli kreditləri - "Legal 12" şirkətinin "reket" əməlləri…12:25 - Ucuzlaşma anonsu verilir, vətəndaş inanmır...11:34 - İran Azərbaycana niyə hücumlar təşkil edir? - Detallar11:13 - Gürcüstan hökumətinə 1 həftə vaxt verildi...11:10 - Türkiyə qorxusu qonşunu hərəkətə keçirdi - Fransa ilə yeni hərbi anlaşma11:08 - Paşinyan medianın suallarına cavab verəcək11:06 - Azərbaycan-Naxçıvan bağlantısı ilə türkdilli ölkələrin əlaqələrini necə gücləndirmək olar?01:10 - Ermənilər Laçındakı qaz borularını söküb Qaladərəsinə daşıyır01:05 - Neftin yenilənmiş büdcə qiyməti risk formalaşdırır? 01:00 - Tiflisdə aksiyalar başladı: Minlərlə insan şəhərin mərkəzinə toplaşdı - FOTOLAR 00:56 - Rusiya qazdan silah qismində istifadə edir...

24 iyun

18:34 - Rekord uduş fondlu, bol uduşlu "10"17:27 - Revanşistlər Xankəndiyə gəldi - Bakıya qarşı plan?16:47 - Rusiyaya casusluq edən deputat ifşa olundu16:05 - Rusiya şirkətlərinin Qarabağın bərpasına olan yüksək marağı nə ilə bağlıdır?