Nüvə silahı atılarsa, insanları nə gözləyir, xilas şansı varmı?

28 mart, 2022 01:39

Rusiya Ukrayna müharibəsinin pik nöqtəsində Putin nüvə raketləri qüvvələrnin hazır vəziyyətə gətirilməsi barədə göstəriş verməsi ilə III dünya müharibəsinin başlaması və nüvə müharibəsi barədə gümanları həqiqətə bir addım da yaxınlaşdırdı.

Əgər hər hansı nüvə başlığına sahib ölkə düyməyə basarsa və nüvə hücUmu olarsa, yaxın uzaq ölkələrin əhalisinI nələr gözləyir? Nüvə silahı orqanizmə necə təsir göstərir? Hansı xəstəliklərə səbəb olur. Bundan qorunmaq mümkündürmü?

Azsiyaset.com medicina.az-a istinadən bildirir ki, nüvə silahı partladığı ölkədən, ərazidən min kilometlərlə radiusda - yəni 4 tərəfə ətraf mühit və orda yaşayan insanlara dağıdıcı təsir edir. Ona görə bir ölkəyə nüvə hücumu onunla qonşu bütün regiona təsirsiz ötüşmür.

ABŞ və Rusiyanın arsenalında olan nüvə başlıqları əfəe müharibədə tətbiq olunarsa, iqlim fəlakətləri, faciəvi nəticələr, elmi dildə "nüvə qışına" səbəb olacaq. Hətta çok kiçik miqyasda və cəmi 2-3 dəfə atılacaq nüvə raketi regionda yüzlərlə yanğn törədəcək ki, yanğınlardan strotosferə atılan qazlar Günəş işığın blok edib, dünyasının böyük qismində "Qış alatoranlığı" yarada bilər. Nüvə müharibəsi o deməkdir ki, insanlar tüstü və zəhərli hava ilə nəfəs alacaq, içməli su təminatı məhv olacaq.

Əksər insanlar nüvə partlayışı ərazisində olmasa da, sonradan "Nüvə qışının" təsirindən ciddi ərzaq və su çatışmazlığına görə acından öləcək. Hətta kiçik ərazili regional nüvə müharibəsi - indiki halda Rusiya Ukrayna və ya Avropa sərhədlərinə tətbiq edərsə, qlobal miqdasda 50 milyon insanın acından ölməsinə gətirib çıxara bilər. Qlobal faciə indiki və gələcək nəsillərin də sağlamlığına ciddi təhlükə olacaq.

1983-cü ildə Dünya Səhiyyə Təşkilatının tövsiyələrinə görə, hər bir həkim nüvə silahı tətbiqindən sonra insanlara yardım və müalicənin prinsiplərini bilməlidir. Lakin həkimlərin birinci vəzifəsi nüvə müharibəsinin qarşısını hər yolla olur-olsun almaq, buna yol verməməkdir. Çünki nüvə hücumu olarsa, sonradan insanlara həkimlər heç bir kömək edə bilməyəcək. Çünki nüvə partlayışının fəsadları qarşısında tibb acizdir.

Nüvə silahı atılan region və radiusda şəhərlərdə xəstəxanalar, klinkalar da yanacaq və ölən insanlar içində həkimlər, tibb işçiləri də olacaq. Regiona nüvə silahının atılması həm də orda olan bütün həkim, tibb işçisinin məhvi deməkdir.

Nüvə partlayışı insanı necə yaralayır: intensiv istilik və qaynar hava dəridə, gözlərdə, tənəffüs yolarında ciddi yanıqlar törədir, zərbə dalğası və küləyin təsirindən binalar, obyektlər dağılır və dağıntı xəsarətlərindən insanlar yaralanır, yüksək dozalı şüalanma nəticəsində insanlarda cəmi bir neçə ay ərzində bədxassəli şişlər və xərçəng xəstəlikləri baş qaldırır. Nəticədə insanlarda ağciyərdən tutmuş beyin, qan xərçənginə kimi ciddi onkoloji xəstəliklər diaqnoz olunur.

Radioaktiv zərərli maddələr dolayı yolla bitkilər, su, qida, hətta heyvanların əti ilə də orqanizmə daxil olacaq. Nüvə hücumundan və nüvə raketinin partlamasından sonra böyük ərazidə ən azı 3 il radioaktiv çirklənmə pik həddə olur. 1963-cü ildən bəri nüvə silahları atmosfer səviyyəsində sınaqları aparılır, elə o vaxtdan və Çernobıl AES-də qəzadan sonra Avropa və keçmiş SSRİ- ölkələrində xərçəng xəstəliyi və uşaq xəstəlikləri tüğyan etməyə başladı.

Dünya Səhiyyə təşkilatı nüvə silahlarının fəsadlarını insan orqanizmi üçün faciəvi və geri dönüşü olmayan məhv prosesi kimi qiymətləndirib və dövlətləri nüvə silahı təcrübəsi və tətbiqindən çəkinməyə çağırıb.

Bu, elə bir müharibədir ki, heç bir dərman, sarğı və əməliyyat, heç bir yüksək səviyyəli tibb onun yaralarını sağalda bilməyəcək.

25 iyun

01:10 - Ermənilər Laçındakı qaz borularını söküb Qaladərəsinə daşıyır01:05 - Neftin yenilənmiş büdcə qiyməti risk formalaşdırır? 01:00 - Tiflisdə aksiyalar başladı: Minlərlə insan şəhərin mərkəzinə toplaşdı - FOTOLAR 00:56 - Rusiya qazdan silah qismində istifadə edir...

24 iyun

18:34 - Rekord uduş fondlu, bol uduşlu "10"17:27 - Revanşistlər Xankəndiyə gəldi - Bakıya qarşı plan?16:47 - Rusiyaya casusluq edən deputat ifşa olundu16:05 - Rusiya şirkətlərinin Qarabağın bərpasına olan yüksək marağı nə ilə bağlıdır?15:20 - Azərbaycanda gənc narkomanların sayı açıqlandı15:17 - Azərbaycanla bağlı 907-ci düzəliş bu il də dayandırılır - Ermənilərə zərbə15:13 - "ATƏT-in Minsk qrupu fəaliyyətini dayandırıb" - Lavrov səbəbini açıqladı12:52 - Azərbaycanı işğal edən rus generalının Krımda sərgisi açıldı12:47 - Xəzəri işğal edən məmur villaları da söküləcək? - VİDEO 12:44 - Avropaya ixracın artması qazı bahalaşdıracaq? 11:14 - Rəsmi qəzet naziri "vurdu"11:10 - Türkiyə və Rusiya arasında kritik müzakirə - Ağ Evdən reaksiya09:48 - "Əgər Dağlıq Qarabağ Azərbaycanın tərkibində ola bilməz deyirsinizsə..."01:34 - "Putin NATO-nu dağıtmaq üçün Litvaya hücum edə bilər" - "Freedom" marafonu...01:30 - "Ukrayna, Moldova və növbəti mərhələdən əvvəl ev tapşırığını yerinə yetirməlidir" - Lyayen01:28 - "Azərbaycan Rusiyanın Cənubi Qafqazda mühüm müttəfiqidir" - Rusiya XİN

23 iyun

22:42 - Rusiya ilə NATO arasındakı daha bir gərginlik - Yeni cəbhə açıldı22:39 - Ermənistanın revanşist "Müqavimət" hərəkatı üzvləri Azərbaycan rayonlarını gəzdi - FOTO 22:36 - İlham Əliyev Müttəfiqlik Bəyannaməsindən nələr danışdı?19:39 - "Türk kəşfiyyatı İranın İsrail vətəndaşlarına sui-qəsd planını aşkara çıxarıb" - Yair Lapid19:36 - Ermənistanın müdafiə naziri Moskvaya niyə gedir?16:24 - İran ABŞ-dan 4,3 milyard dollar təzminat tələb edir16:21 - "Vəzifəyə getmək üçün arvadını boşayıb başqasının arvadını alır" - Sərdar Cəlaloğlu16:18 - "İran Rusiyaya qarşı tətbiq edilən sanksiyaların əleyhinədir" - İran XİN rəhbəri12:15 - "Ukraynada müharibə hələ uzun sürəcək" - NATO Baş katibi12:13 - Sərhəddə əməliyyat - Gülənin qardaşı qızı qaçarkən saxlanıldı