Meksika və Kanada KTMT üzv olmaq istəsələr, ABŞ buna necə reaksiya verər?

25 mart, 2022 12:43

72 il bundan öncə Pekin, Vaşinqton və Moskva arasında “həssas nöqtələr” və “qırmızı xət”lər müəyyənləşdirilmişdi.

Sual olunur: Hazırda dünyanın Şərq qütbündə baş verən hadisələrin Qərb qütbündə baş verməsinə ABŞ icazə verərdimi? Məsələn, Meksika və Kanada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olmaq istəsələr, ABŞ buna necə reaksiya verər?

1949-cu ildə NATO yaranan zaman əldə olunan razılığa əsasən, heç kəs sərhədlər yaxınlığında “qırmızı xətti” keçməyəcəkdi. Sonuncu dəfə 1968-ci ildə Vaşinqtona Şərq qütbündə və Şərqi Avropadakı “qırmızı xətt” göstərilmişdi.

Okeanın o biri tayından gəlib Rusiyanın sərhədlərində yerləşən ölkələri NATO-ya cəlb etmək Moskva üçün təhlükəsizlik amili hesab olunmalıdır, yoxsa yox?!

Ümumiyyətlə, ABŞ Gürcüstan hadisələrindən sonra Rusiya ilə qonşu ölkələrin NATO-ya üzvlüyə cəlb olunması kimi təhrikedici, aldadıcı və birqütblü hipotetik yanaşmalardan əl çəkməli idi.

Bütün NATO üzvlərinin ümumi hərbi xərcləri dünya üzrə bütün ölkələrin müdafiə xərclərinin 70%-dən çoxdur. Təkcə ABŞ-ın müdafiə xərcləri 700 milyard dolları ötür. Bu, Çinin müdafiə xərclərindən ən azı 4 dəfə böyükdür. Rusiyanın müdafiə xərcləri də ABŞ-ın müdafiə xərclərindən bir neçə dəfə azdır. ABŞ okeanın o biri tərəfində kimdən və nədən müdafiə olunur? Nə baş verir ki, ABŞ məhz Şərq ölkələrində müdafiə olunmağa məcbur olur?

Ümumiyyətlə, sülh qorunması missiyasını həyata keçirməli olan NATO dövlətləri niyə nüvə başlıqlarına sahibdir?! Amma digər dövlətlərə bu qadağandır! Belə çıxır ki, nüvə başlıqları ABŞ-da olanda sülhü qorumaq mümkündür, başqa ölkələrin nüvə başlığına sahib olması sülhə təhdiddir!?

Zelenski hakimiyyətə gələndə ABŞ-ın strateji mediası yazırdı:

“Yüksək səviyyəli dəstək Zelenskiyə fəaliyyət üçün böyük legitimlik və oliqarxlardan asılılığı azaltmaq fürsəti verir”.

Hazırda ABŞ-ın Ukraynada nail olmaq istədiyi məsələlərdən biri də Zelenskinin islahatlar vasitəsilə nail ola bilmədiklərini də həll etməkdir. Məsələn, 8 il ərzində ABŞ-ın milyardlarını yeyən oliqarxiyanın məhvi!

ABŞ Əfqanıstanı, İraqı, Yuqoslaviyanı bombardman etməklə, öz məqsədlərinə çata bilmişdi. Real döyüş səhnələri ABŞ ordusuna yaddır. Hazırda Ukraynada ABŞ-ın minlərlə hərbçisi Rusiyaya qarşı döyüşməklə praktiki döyüş qabiliyyəti əldə edirlər. Pentaqon mövcud situasiyadan maksimum dərəcədə yararlanmaqdadır.

Müəllif: Samir Feyruzov 

25 iyun

01:10 - Ermənilər Laçındakı qaz borularını söküb Qaladərəsinə daşıyır01:05 - Neftin yenilənmiş büdcə qiyməti risk formalaşdırır? 01:00 - Tiflisdə aksiyalar başladı: Minlərlə insan şəhərin mərkəzinə toplaşdı - FOTOLAR 00:56 - Rusiya qazdan silah qismində istifadə edir...

24 iyun

18:34 - Rekord uduş fondlu, bol uduşlu "10"17:27 - Revanşistlər Xankəndiyə gəldi - Bakıya qarşı plan?16:47 - Rusiyaya casusluq edən deputat ifşa olundu16:05 - Rusiya şirkətlərinin Qarabağın bərpasına olan yüksək marağı nə ilə bağlıdır?15:20 - Azərbaycanda gənc narkomanların sayı açıqlandı15:17 - Azərbaycanla bağlı 907-ci düzəliş bu il də dayandırılır - Ermənilərə zərbə15:13 - "ATƏT-in Minsk qrupu fəaliyyətini dayandırıb" - Lavrov səbəbini açıqladı12:52 - Azərbaycanı işğal edən rus generalının Krımda sərgisi açıldı12:47 - Xəzəri işğal edən məmur villaları da söküləcək? - VİDEO 12:44 - Avropaya ixracın artması qazı bahalaşdıracaq? 11:14 - Rəsmi qəzet naziri "vurdu"11:10 - Türkiyə və Rusiya arasında kritik müzakirə - Ağ Evdən reaksiya09:48 - "Əgər Dağlıq Qarabağ Azərbaycanın tərkibində ola bilməz deyirsinizsə..."01:34 - "Putin NATO-nu dağıtmaq üçün Litvaya hücum edə bilər" - "Freedom" marafonu...01:30 - "Ukrayna, Moldova və növbəti mərhələdən əvvəl ev tapşırığını yerinə yetirməlidir" - Lyayen01:28 - "Azərbaycan Rusiyanın Cənubi Qafqazda mühüm müttəfiqidir" - Rusiya XİN

23 iyun

22:42 - Rusiya ilə NATO arasındakı daha bir gərginlik - Yeni cəbhə açıldı22:39 - Ermənistanın revanşist "Müqavimət" hərəkatı üzvləri Azərbaycan rayonlarını gəzdi - FOTO 22:36 - İlham Əliyev Müttəfiqlik Bəyannaməsindən nələr danışdı?19:39 - "Türk kəşfiyyatı İranın İsrail vətəndaşlarına sui-qəsd planını aşkara çıxarıb" - Yair Lapid19:36 - Ermənistanın müdafiə naziri Moskvaya niyə gedir?16:24 - İran ABŞ-dan 4,3 milyard dollar təzminat tələb edir16:21 - "Vəzifəyə getmək üçün arvadını boşayıb başqasının arvadını alır" - Sərdar Cəlaloğlu16:18 - "İran Rusiyaya qarşı tətbiq edilən sanksiyaların əleyhinədir" - İran XİN rəhbəri12:15 - "Ukraynada müharibə hələ uzun sürəcək" - NATO Baş katibi12:13 - Sərhəddə əməliyyat - Gülənin qardaşı qızı qaçarkən saxlanıldı