"Gürcüstana bir cüt qanadlı raket buraxsaq, elə xırda məsələ olacaq ki..." - Rusiyalı ekspert

18 mart, 2022 23:23

Ukraynada müharibə başlanandan Rusiya müxtəlif ölkələrə qarşı təhdidləri artırıb.

Əgər Gürcüstan rusiyalı ekspertlərini onun ərazisində olan Amerikanın bioloji laboratoriyalarına buraxmasalar, Rusiyanın bu ölkə üzərinə raket zərbəsi endirməyə tam hüququ olacaq.

Bu barədə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun hərbi- siyasi araşdırmalar Mərkəzinin eksperti Mixail Aleksandrov Rusiyanın "Regnum" qəzetinə müsahibəsində bəyan edib.

"Ukraynada əməliyyat keçirdiyimiz şəraitdə Gürcüstan üzərinə bir cüt qanadlı raket buraxmaq elə bir xırda məsələ olacaq ki, dünyada heç kim bunu duya bilməyəcək. Qərb, əlbəttə ki, həmişə olduğu kimi, bağıracaq. Amma niyə bağırsın ki? Rusiyaya qarşı yönələn bioloji laboratoriyaları niyə yaradırlar ki? Buna nə ehtiyac var!", - o, belə deyib.

Xatırladaq ki, Rusiyanın Müdafiə Nazirliyi Ukraynada Amerikanın bioloji silah hazırlanması ilə məşğul olan laboratoriyalar barədə məlumat yayır, bununla da qonşu ölkəyə hərbi müdaxiləsinə haqq qazandırır.

Bu fonda 2011- ci ildə Tbilisidə peyda olan Luqar laboratoriyaları Rusiya KİV-nin "yadına düşüb". Məqalələrdə, məsələn, deyilir ki, 2007- ci ildən Afrikada cərəyan edən donuz taunu məhz bu laboratoriyada ərsəyə gətirilib.

Bundan əvvəl Mixail Aleksandrov Ukraynanın tamamilə məhv edilməsi bəyanatları ilə çıxış edib:

"Ukrayna yox olmalıdır. O, istənilən razılaşmaları pozacaq. Prinsipcə, hazırda hətta Finlandiya Rusiya ilə öz neytrallığı barədə razılaşmalarını pozmaq həddindədir. Ukraynanın belə şəraitdə özünü necə apara biləcəyini təsəvvür etmək olar".

Ukraynada müharibə başlanandan rusiyalı diplomatlar və məmurlar tərəfindən müxtəlif ölkələrin ünvanına getdikcə daha çox təhdidlər səsləndirilir. 

Dünən Bosniya və Herseqovinaya, bundan əvvəl isə İsveçə də "Ukrayna ssenarisi" ilə hədə- qorxu gəlinib.

26 iyun

20:25 - Azərbaycan səfiri İran şirkətlərini Qarabağ və Şərqi Zəngəzura sərmayə yatırmağa çağırıb20:22 - AXCP fəalı Çapay Sadıqlı qətlə yetirildi20:18 - İlham Əliyev Kəlbəcərdə hərbi hissənin açılışını etdi11:49 - Üç türk ölkəsinin nazirləri Bakıda toplanır - Nələr müzakirə olunacaq? 11:47 - Azərbaycanın müdafiə xərcləri nə qədərdir?  - Rəqəmlər11:44 - "Ukraynada ABŞ komandoları döyüşür" - "The New York Times"01:17 - Rusiya müharibəni nə vaxt bitirəcək?01:07 - Dünyada yeni alyans: Avstraliya, Britaniya, Yeni Zelandiya, ABŞ və Yaponiya - Partners in the Blue Pacific01:04 - "Rusiya Belarusa "İskəndər-M" verəcək" - Putin

25 iyun

20:15 - İran atom elektrik stansiyası tikəcək 18:51 - Rusiyanın neft gəlirləri sürətlə artır - "The Washington Post"16:26 - "ABŞ müharibənin bitməsini deyil, Putinin devrilməsini istəyir..." - Qiora Aylend 16:21 - Rusiya daha bir ölkəni hədələdi - "Moldova hakimiyyəti lokomotivdən qabağa keçib"16:16 - Rusiya Belarus ərazisindən Ukraynaya raket zərbələri endirib13:03 - "İlk raketi Londona atacağıq..." - Rus general12:39 - "Kontakt Home"un problemli kreditləri - "Legal 12" şirkətinin "reket" əməlləri…12:25 - Ucuzlaşma anonsu verilir, vətəndaş inanmır...11:34 - İran Azərbaycana niyə hücumlar təşkil edir? - Detallar11:13 - Gürcüstan hökumətinə 1 həftə vaxt verildi...11:10 - Türkiyə qorxusu qonşunu hərəkətə keçirdi - Fransa ilə yeni hərbi anlaşma11:08 - Paşinyan medianın suallarına cavab verəcək11:06 - Azərbaycan-Naxçıvan bağlantısı ilə türkdilli ölkələrin əlaqələrini necə gücləndirmək olar?01:10 - Ermənilər Laçındakı qaz borularını söküb Qaladərəsinə daşıyır01:05 - Neftin yenilənmiş büdcə qiyməti risk formalaşdırır? 01:00 - Tiflisdə aksiyalar başladı: Minlərlə insan şəhərin mərkəzinə toplaşdı - FOTOLAR 00:56 - Rusiya qazdan silah qismində istifadə edir...

24 iyun

18:34 - Rekord uduş fondlu, bol uduşlu "10"17:27 - Revanşistlər Xankəndiyə gəldi - Bakıya qarşı plan?16:47 - Rusiyaya casusluq edən deputat ifşa olundu16:05 - Rusiya şirkətlərinin Qarabağın bərpasına olan yüksək marağı nə ilə bağlıdır?