"Müharibənin iki həftəsi ərzində Rusiya ÜDM-in 30 milyard dollar vəsaitini itirib" - BLOOMBERG

13 mart, 2022 16:39

Rusiyanın Ukraynaya hərbi müdaxiləsi başlanandan Rusiya iqtisadiyyatı Putinin 20 ildən artıq hakimiyyəti illərində ən ağır məğlubiyyətə uğrayıb. Ötən illərin qiymətlərinə istinad etsək, Rusiyan ümumdaxili məhsulunun 30 milyard dollardan artıq, yaxud 2022-ci ildə 9 faiz vəsaiti itirib.

Bu barədə "Bloomberg" məlumat verib.

İki il dalbadal inkişaf etməli olan Rusiya iqtisadiyyatı beynəlxalq sanksiyalar ucbatından bir neçə gün ərzində tənəzzülə uğrayıb. Dəyən ziyanın ilkin hesablamalarına görə, Rusiyanın ustehsalı təxminən 2 faiz aşağı düşüb, bu da 2020-ci ildə pandemiya zamanı illik azalma ilə müqayisə edilə bilər.

Martın 11-də Putin rusiyalıları sakitləşdirərək bəyan edib ki, məsələn, Sovet İttifaqı sanksiyalar şəraitində inkişaf edib və "çox böyük uğurlar" qazanıb. Rusiya liderinin bu nikbinliyi Ukraynadakı müharibənin uzanacağı və əlavə sanksiyalara gətirib çıxaracağı tədqirdə zamanın sınağından çıxa bilməyəcək. Artıq bu gün Rusiya əsrin ən güclü inflyasiya həddinə yaxınlaşmaqdadır və defisit riski hökuməti ixrac sahəsində məhdudiyyətlərə getməyə vadar edir. "Bloomberg"in qiymətləndirməsinə görə, müharibənin ilk günlərində iqtisadiyyatın iflası korona böhranı və dünya maliyyə böhranını xatırladır. 2009-cu ildə ÜDM təxminən 8 faiz azalıb. Qarşıdakı il üçün perspektivlər dəyişkəndir və iqtisadçılar buna fərqli qiymət verir. Beynəlxalq maliyyə institutu 15 faiz "çox dərin resessiya" gözlənildiyini deyib, JPMorgan Chase & Co və Goldman Sachs Group İnc ekspertləri isə 7 faiz azalmanı proqnozlaşdırıb.

Bank of America Corp- un proqnozlarına görə, bu il Rusiyanın ÜDM-i 13 faiz aşağı düşəcək, həm də əgər Rusiyadan enerjiresurslarının alınması dayanarsa, daha dərin tənəzzül baş verə bilər. Analitiklərin mart ayında apardığı sorğular göstərib ki, bu il iqtisadiyyatın fevral ayında proqnozlaşdırılan 2, 4 faiz əvəzinə 8 faiz azalma gözlənilir.

Kapitalın hərəkətinə nəzarətə və son iki onillik ərzində faiz dərəcələrinin böyük artımına rəğmən, rubl öz dəyərinin təxminən 37 faizini itirib ki, bu da dünyada bu ilin ən pis göstəricisidir.

"Rusiya "dərin resessiyaya" doğru gedir, rublun dəyərdən düşməsi inflyasiyanın artmasına və Rusiya əhalisinin alıcılıq qabilyyətinin ciddi surətdə aşağı düşməsinə gətirib çıxaracaq", - bunu Beynəlxalq Valyuta Fondunun baş direktoru Kristalina Georgiyeva bəyan edib.

26 iyun

20:25 - Azərbaycan səfiri İran şirkətlərini Qarabağ və Şərqi Zəngəzura sərmayə yatırmağa çağırıb20:22 - AXCP fəalı Çapay Sadıqlı qətlə yetirildi20:18 - İlham Əliyev Kəlbəcərdə hərbi hissənin açılışını etdi11:49 - Üç türk ölkəsinin nazirləri Bakıda toplanır - Nələr müzakirə olunacaq? 11:47 - Azərbaycanın müdafiə xərcləri nə qədərdir?  - Rəqəmlər11:44 - "Ukraynada ABŞ komandoları döyüşür" - "The New York Times"01:17 - Rusiya müharibəni nə vaxt bitirəcək?01:07 - Dünyada yeni alyans: Avstraliya, Britaniya, Yeni Zelandiya, ABŞ və Yaponiya - Partners in the Blue Pacific01:04 - "Rusiya Belarusa "İskəndər-M" verəcək" - Putin

25 iyun

20:15 - İran atom elektrik stansiyası tikəcək 18:51 - Rusiyanın neft gəlirləri sürətlə artır - "The Washington Post"16:26 - "ABŞ müharibənin bitməsini deyil, Putinin devrilməsini istəyir..." - Qiora Aylend 16:21 - Rusiya daha bir ölkəni hədələdi - "Moldova hakimiyyəti lokomotivdən qabağa keçib"16:16 - Rusiya Belarus ərazisindən Ukraynaya raket zərbələri endirib13:03 - "İlk raketi Londona atacağıq..." - Rus general12:39 - "Kontakt Home"un problemli kreditləri - "Legal 12" şirkətinin "reket" əməlləri…12:25 - Ucuzlaşma anonsu verilir, vətəndaş inanmır...11:34 - İran Azərbaycana niyə hücumlar təşkil edir? - Detallar11:13 - Gürcüstan hökumətinə 1 həftə vaxt verildi...11:10 - Türkiyə qorxusu qonşunu hərəkətə keçirdi - Fransa ilə yeni hərbi anlaşma11:08 - Paşinyan medianın suallarına cavab verəcək11:06 - Azərbaycan-Naxçıvan bağlantısı ilə türkdilli ölkələrin əlaqələrini necə gücləndirmək olar?01:10 - Ermənilər Laçındakı qaz borularını söküb Qaladərəsinə daşıyır01:05 - Neftin yenilənmiş büdcə qiyməti risk formalaşdırır? 01:00 - Tiflisdə aksiyalar başladı: Minlərlə insan şəhərin mərkəzinə toplaşdı - FOTOLAR 00:56 - Rusiya qazdan silah qismində istifadə edir...

24 iyun

18:34 - Rekord uduş fondlu, bol uduşlu "10"17:27 - Revanşistlər Xankəndiyə gəldi - Bakıya qarşı plan?16:47 - Rusiyaya casusluq edən deputat ifşa olundu16:05 - Rusiya şirkətlərinin Qarabağın bərpasına olan yüksək marağı nə ilə bağlıdır?