Transmilli korporasiyalar Ukraynada - ABŞ-a yeni poliqon yaratmaq lazım idi...

13 mart, 2022 10:40

Dünyanın ən böyük investisiya qüdrəti transmilli korporasiyalara məxsusdur. Qlobal proseslərinin əsas ssenaristi də məhz onlardır.

Dünyanın mühüm beyin mərkəzləri pandemiyadan sonra dünya istisadiyyatının dirçələcəyi, yeni münasibətlər sisteminin formalaşacağı və dünyada iqtisadi-hərbi gücün inkişafının daha sürətli mərhələsinin başlayacağı ilə bağlı hesabatlar hazırlamışdılar. Pandemiya bitmək üzrədir, dünyanın müxtəlif çoğrafiyalarında müharibələr oldu, bu gün də Rusiya-Ukrayna-(Qərb) müharibəsi gedir, neft-qazın qiyməti isə kəllə-çarxa çıxıb. Heç şübhəsiz, pandemiyadan sonra dünyada fərqli mənzərənin yaranacağı gözlənilən idi.

Proseslərin analizi onu deməyə əsas verir ki, dünyanı idarə edən böyük hərbi sənaye korporasiyalarının sahiblərinin (anqlo-sakslar) və qlobal proseslərin maliyyəçilərinin (yəhudilər) hazırladıqları ssenarilər vahid plan üzrə icra olunmaqdadır.

Transmilli korporasiyalara məxsus qurumların cəmi 15-16%-i keçmiş SSRİ ölkələrində yerləşir. Qalan hissə isə inkişaf etmiş və inkişaf etmkdə olan ölkələrin payına düşür.

Rusiya-Ukrayna müharibəsi başlayan kimi ABŞ Ukraynanı milyardlarla dəyəri olan köhnə silah-sursatla və ağır texnika ilə doldurmağa başladı. Rusiya da özünün köhnə texnikası, əlverişsiz silah-sursatı ilə Ukraynaya hücum etdi.

Çoxluq Rusiyanın məğlub olduğunu düşünür, təbbi ki, ağıllı insanlar bu düşüncədən uzaqdırlar. 

Bu müharibədə ən diqqət çəkən detal Qərbin və Rusiyanın Ukraynaya köhnə hərbi texnikalarla daxil olmasıdır. Bu, köhnə silah-sursatların savaşıdır və sadəcə bu savaş üçün Ukrayna poliqon seçilib.

Şübhəsiz, ABŞ İraq, Suriya, Əfqanıstan, Yəmən üzərindəki missiyasını bitmiş hesab edir, indi Yaxın Şərq Vaşinqton üçün Kiyev qədər önəmli deyil. ABŞ-a təkcə Yaxın Şərqdə yox, Avropada da (şərq hissəsində) yeni meydan, poliqon yaratmaq lazım idi.

Rusiya da özünün köhnə texnikalarını Ukraynaya doldurub, Kreml bu texnikakaların uduşlu məhvinə nail olur. Yəni ərazi işğalı hesabına...

Bəs bundan sonra nə baş verəcək?

Dünyanı idarə edən qruplar yeni silahların istehsalına, yeni silah zavodlarının yaradılmasına və hərbi sənaye komplekslərini daha da böyütməyə başlayacaqlar.

2014-cü ildə Krımın Rusiya tərəfindən ilhaqından sonra ABŞ Ukraynaya milyardlarla sərmayə qoydu. Bu sərmayənin taleyi Yaxın Şərqin taleyi qədər qaranlıq oldu. 8 il ərzində Ukraynanı idarə edən korrupsiyalaşmış oliqaxriya sistemi ABŞ-ın sərməyəsini yedi, dağıtdı.

Diqqət ediriksə, buna oxşar proseslər Rusiyada da gedir.

Digər tərəfdən, Rusiyanın Qazaxıstanda Nazarbayevin ətrafındakı oliqarxları mhəv etməsi də oxşar ssenaridir.

ABŞ hazırda müharibə gedən Ukraynada bütün oliqarxiyanı məhv etməkdədir.

Rusiya-Ukrayna-(Qərb) müharibəsinin strateji hədəfləri Zelenskinin sadəlövh olduğunu göstərir.

O, NATO-nu Rusiya ilə döyüşməməkdə ittiham edir. Bu nə dərəcədə məntiqli ittihamdır? Amma ABŞ-ın hərbi yardımlarını da qəbul edir.

Görəsən, bu hərbi yardımların niyə məhz köhnə, istifadə müddətdi bitmiş silah-sursatdan, texnikadan təşkil olunduğunu sorğulamır!?

Şəksiz, Zelenski arxayın idi ki, ABŞ istənilən şərtlər daxilində onun arxasında dayanacaq. Amma hadisələr başqa cür cərəyan elədi.

ABŞ Ukraynada öz milli maraqlarına oynayır, suriyalıların, iraqlıların, yəmənlilərin taleyi ABŞ üçün nə dərəcədə əhəmiyyətli idisə, ukraynalıların da taleyi bir o qədər əhəmiyyətlidir.

ABŞ dünyanın taleyini dəyişə biləcək oyunlarını yalnız və yalnız Rusiyanın vasitəsilə - onu Ukraynaya (Şərqi Avropaya) girməyə təhrik etməklə nail ola bilərdi. Belə də oldu.

Müəllif: Samir Feyruzov

18 avqust

16:01 - İlham Əliyev sərəncam imzaladı - Komissiyanın tərkibi dəyişdi15:59 - Ermənistan Azərbaycanla sərhəddə üç keçid məntəqəsi açacaq15:55 - Rusiya ordusunun kapitanı müharibəyə qarşı çıxan azərbaycanlını güllələdi - "Sirena" nəşri15:50 - Türkiyyə İsveç və Finlandiyaya xəbərdarlıq etdi15:47 - ОАО “Azərlotereya” заплатила налогов на сумму более 5 миллионов AZN - фото15:43 - "Azərlotereya" ASC 5 milyon manatdan çox vergi ödəyib - FOTOLAR 15:35 - 1 saylı "zon"un rəisi avtoritetlərə yas mərasimi təşkil edib10:48 - Çin Rusiyaya qoşun göndərir...10:45 - Rusiya və Ermənistan arasında böyük gərginlik - Dostlar düşmənə çevirilir?09:17 - Azərbaycanda məmurlar niyə kompromat toplayır? 00:53 - Qazaxıstan təhsilində rus dili qadağası - Kreml hansı addımı atacaq?00:44 - İlham Əliyev və Mehriban Əliyeva Müslüm Maqomayevin xatirəsinə həsr olunan gecədə iştirak edib - FOTOLAR00:42 - Rusiyadan Krımla bağlı təcili addım...00:38 - Bu gün ermənilər Laçındakı kilsəyə toplanacaq - SƏBƏBLƏR00:32 - Bizim Market” satıldı: Qalmaqallı iş adamı ölkəni tərk edir? - FOTO 00:29 - Qarabağda ermənilərdən ağır silahlar alınır? - Erməni mediası00:26 - NATO Kosovodakı sülhməramlıların sayını niyə artırır?

17 avqust

17:11 - Türkiyə-İsrail yaxınlaşmasını təmin edən hansı amillərdir?16:08 - Ukraynaya hücumdan əvvəl nələr baş verib: Gizli saxlanılan detallar açıqlandı - "The Washington Post" 16:05 - Türkiyə-İsrail münasibətləri bərpa olundu13:22 - Çin Ukrayna ilə müharibədə Rusiyaya kömək edirmi? - Kuleba izah edib13:20 - "O gözəl günləri xatırladıq və Mehribanla çox duyğulandıq" - İlham Əliyev11:57 - Rusiya Ermənistana nota verdi02:04 - Bundan sonra almanların Rusiyaya münasibəti necə olacaq? - "İROZHLAS" nəşri02:00 - Quterreş, Ərdoğan və Zelenski arasında Lvovda görüş olacaq 01:58 - Çinin Tayvanı işğal etməsi an məsələsidir...01:52 - ABŞ İrana qarşı sanksiyaların ləğvini qəbul edib?

16 avqust

19:38 - Rusiya ilə sərhəddə Sovet abidəsi söküldü...18:46 - İran hərbi nümayəndə heyəti Qarabağda - FOTO18:36 - Ermənistan "sülhə" belə hazırlaşır - FOTOLAR