"Putin təkcə Ukraynaya deyil, bütün Qərbə müharibə elan edib" - Poroşenkonun "Deutsche Welle"-ə verdiyi müsahibə

11 mart, 2022 12:52

Keçmiş prezident Petro Poroşenko Almaniyanın "Deutsche Welle" (DW) ictimai yayım şirkətinə müsahibəsində Putinin müharibəyə başladığı Ukraynanın Qərbin hansı yardımına ehtiyacı olduğunu və Rusiya prezidenti ilə danışıqlar təcrübəsindən danışıb.

Poroşenko fəal şəkildə NATO-ya üzv  ölkələri Ukrayna səmasını bağlamağa və Kiyevi döyüş təyyarələri və digər müdafiə vasitələri ilə təmin etməyə çağırıb. DW əməkdaşı siyasətçi ilə cəbhə xətti yaxınlığında görüşüb.

- Cənab Poroşenko, Mariupolda Rusiyanın hava hücumu nəticəsində doğum evinin dağıdıldığını əks etdirən kadrları bütün dünya görüb. Bu hücuma reaksiyanız necədir?

- Tamamilə aydındır ki, bu, rus qoşunlarının törətdiyi soyqırımın və Putinin tam ağılsızlığının nümayişidir. O, rus hərbçilərinin təkcə Mariupolda öldürdüyü 50-dən çox ukraynalı uşağın ölümünü necə izah edə bilər? Mariupol meriyası 1300 mülki şəxsin həlak olduğunu bildirib. Bu, təkcə Mariupoldakı doğum evi deyil. Onlar 250-dən çox məktəbə, 122-dən çox xəstəxanaya, iki mindən çox mülki obyektə hücum ediblər. Bu vəziyyəti izah etmək mümkün deyil.

Bu, Rusiyanın özünü nəinki işğalçı kimi apardığının, hətta terror aktları törətdiyinin nümayişidir. Və biz Putinin, Rusiya qoşunlarının və Rusiya dövlətinin belə hərəkətlərinə reaksiya verərək bunu terror aksiyası kimi qiymətləndirəcəyik. İndi bütün dünyanın birlik nümayiş etdirməsi çox vacibdir.

- Ukraynalıların öz ölkələrini müdafiə edərək qoruyacaqlarına  inanırsınızmı?

- Biz çiyin-çiyinə hərəkət edib Ukraynaya təkcə maliyyə, təkcə siyasi vasitələrlə deyil, həm də müdafiə qabiliyyəti baxımından dəstək nümayiş etdirməliyik. Bu vəziyyətdə ukraynalılar təkcə öz torpaqları, uşaqları və qadınları üçün vuruşmurlar. Onlar azadlıq və demokratiya uğrunda mübarizə aparırlar, çünki Putin təkcə Ukraynaya deyil, bütün Qərbə müharibə elan edib. O, Almaniyaya, ABŞ-a, Böyük Britaniyaya, Avropaya müharibə elan edib.

Bunu başa düşməli və bizə reaktiv qırıcılar, tank əleyhinə raketlər və ya reaktiv yaylım atəşi sistemləri, təyyarələr verilməlidir. Unutmayın ki, rus qoşunları buradan cəmi 10 km-dən də az məsafədədir.

- Siz NATO-nun Ukraynaya döyüş təyyarələri vermək istəməməsinin səbəbinin Rusiya ilə daha böyük qarşıdurmadan qaçmaq istəyi ilə bağlı olduğunu başa düşürsünüz?

- Mən istəyirəm ki, siz aydın başa düşəsiniz: Putin təkcə Ukrayna ilə kifayətlənməyəcək. Heç kim bilmir ki, sabah Ukrayna yıxılsa, o, harada olacaq. Əgər bu gün Putin Krımla işğal olunmuş Donbass arasında quru yol dəhlizi yaratmaq istəyirsə, kim deyə bilər ki, sabah Litva vasitəsilə Rusiyanın əsas ərazisi ilə Kalininqrad vilayəti arasında quru dəhlizi yaratmaq istəməyəcək?! Siz başa düşməlisiniz: bu, bizim ümumi müharibəmizdir. Ukraynalıların Qərb siyasətçilərinin bizi reaktiv qırıcılarla təmin etmək qərarına gəlməsini gözləməyə sadəcə vaxtı yoxdur. Söhbət ilk növbədə ukraynalıların həyatından gedir. Biz hər saat dinc insanları, əsgərlərimizi, uşaqlarımızı itiririk. Başa düşmək lazımdır ki, bu, gecikmənin nəticəsidir.

İndi uçuşa qadağan zonasından danışırıq. Qərb siyasətçiləri bunu təmin etmək istəmirlər, çünki bu, bəzi NATO ölkələrinin müharibənin iştirakçısı olacağı anlamına gələrdi. Ancaq başa düşmək lazımdır: NATO artıq Rusiya ilə müharibə aparır və bu müharibəni NATO üzvləri deyil, Putin başlayıb. Və əgər sabah, məsələn, Rusiya Çernobıl və ya Zaporojye atom elektrik stansiyalarına hücumu davam etdirsə necə olacaq? Radioaktiv çirklənmə heç bir sərhəd tanımır, bu bir həqiqətdir. Bu, bütün Avropa üçün təhlükə yaradacaq.

Ona görə də biz atom elektrik stansiyalarını, Ukraynada hücuma məruz qalan mülki obyektləri qoruyuruq. Mən prezident olanda Almaniya ilə çox səmərəli əməkdaşlığımız var idi və mən Almaniya Federativ Respublikasının keçmiş kansleri Angela Merkelə bundestaqda bizə (Ukrayna hökuməti - red.) olan dəstəyində aparıcı roluna görə çox minnətdaram. Mən diplomatik səylərə və maliyyə yardımlarına görə çox minnətdaram, lakin indi bizim müdafiə sahəsində dəstəyə ehtiyacımız var.

- Türkiyədə Rusiya və Ukraynanın xarici işlər nazirləri arasında görüş keçirildi. Diplomatik həll yolunun tapılacağına ümidiniz varmı?

- Birmənalı şəkildə, hə. Dünyada ukraynalılar qədər sülh arzulayan ikinci bir xalq yoxdur. Biz hər fürsətdən istifadə etməliyik və artıq irəliləyişlərə nail olmuşuq. Axı, cəmi bir-iki həftə əvvəl Putin Zelenski ilə görüşdən, Normandiya formatından imtina edərək bildirmişdi ki, danışılacaq heç nə yoxdu. Bu gün Ukrayna ordusu, əsgərlərimiz, Ukrayna xalqının birliyi sayəsində Putin anlamağa başlayıb ki, onun blits-kriq ideyası iflasa uğrayıb.

Lavrov Putinin danışıqlara hazır olduğunu bildirib. Mən Putini yaxşı tanıyıram, onunla danışıqlarda beş illik təcrübəm var. Mən Putinə etibar etmirəm, çünki o, hər dəfə atəşi dayandıracağına, girovları azad edəcəyinə, qoşunları geri çəkəcəyinə söz versə də, heç vaxt sözünü tutmayıb. Amma biz nə qədər güclü olsaq, diplomatiya bir o qədər təsirli olar.

Putin icazə verdiyimiz yerə qədər gedəcək. İndi bizim birliyimiz sayəsində, sanksiyalar sayəsində, əməkdaşlığımız sayəsində Putini dayandırmaq üçün unikal şansımız var. Xahiş edirəm, bu şansı qaçırmayaq!

Tərcümə və təqdim etdi: Miraslan

27 iyun

09:57 - Azərbaycanda təyyarə biletinin qiyməti artmaqda davam edir09:54 - "Rusiya son bir əsrdə ilk defolt elan edib" - "Bloomberg"

26 iyun

20:25 - Azərbaycan səfiri İran şirkətlərini Qarabağ və Şərqi Zəngəzura sərmayə yatırmağa çağırıb20:22 - AXCP fəalı Çapay Sadıqlı qətlə yetirildi20:18 - İlham Əliyev Kəlbəcərdə hərbi hissənin açılışını etdi11:49 - Üç türk ölkəsinin nazirləri Bakıda toplanır - Nələr müzakirə olunacaq? 11:47 - Azərbaycanın müdafiə xərcləri nə qədərdir?  - Rəqəmlər11:44 - "Ukraynada ABŞ komandoları döyüşür" - "The New York Times"01:17 - Rusiya müharibəni nə vaxt bitirəcək?01:07 - Dünyada yeni alyans: Avstraliya, Britaniya, Yeni Zelandiya, ABŞ və Yaponiya - Partners in the Blue Pacific01:04 - "Rusiya Belarusa "İskəndər-M" verəcək" - Putin

25 iyun

20:15 - İran atom elektrik stansiyası tikəcək 18:51 - Rusiyanın neft gəlirləri sürətlə artır - "The Washington Post"16:26 - "ABŞ müharibənin bitməsini deyil, Putinin devrilməsini istəyir..." - Qiora Aylend 16:21 - Rusiya daha bir ölkəni hədələdi - "Moldova hakimiyyəti lokomotivdən qabağa keçib"16:16 - Rusiya Belarus ərazisindən Ukraynaya raket zərbələri endirib13:03 - "İlk raketi Londona atacağıq..." - Rus general12:39 - "Kontakt Home"un problemli kreditləri - "Legal 12" şirkətinin "reket" əməlləri…12:25 - Ucuzlaşma anonsu verilir, vətəndaş inanmır...11:34 - İran Azərbaycana niyə hücumlar təşkil edir? - Detallar11:13 - Gürcüstan hökumətinə 1 həftə vaxt verildi...11:10 - Türkiyə qorxusu qonşunu hərəkətə keçirdi - Fransa ilə yeni hərbi anlaşma11:08 - Paşinyan medianın suallarına cavab verəcək11:06 - Azərbaycan-Naxçıvan bağlantısı ilə türkdilli ölkələrin əlaqələrini necə gücləndirmək olar?01:10 - Ermənilər Laçındakı qaz borularını söküb Qaladərəsinə daşıyır01:05 - Neftin yenilənmiş büdcə qiyməti risk formalaşdırır? 01:00 - Tiflisdə aksiyalar başladı: Minlərlə insan şəhərin mərkəzinə toplaşdı - FOTOLAR 00:56 - Rusiya qazdan silah qismində istifadə edir...

24 iyun

18:34 - Rekord uduş fondlu, bol uduşlu "10"17:27 - Revanşistlər Xankəndiyə gəldi - Bakıya qarşı plan?