Rusiya milyarderləri müharibəni dayandırmağa çağırır - "Mənə daha oliqarx deməyin"

08 mart, 2022 14:58

Rusiyalı oliqarxlar Rusiyanın Ukraynaya qarşı davam edən işğalından narahatlıq dilə gətiriblər. Bu arada Qərb ölkələri Kremlə yaxın oliqarxlara sanksiyalar tətbiq etməkdədir.

Prezident Vladimir Putinlə sıx əlaqələri ilə tanınan oliqarx Oleq Deripaska martın 7-də “Twitter”də yazıb ki, Ukraynada müharibə mümkün qədər tez dayandırılmalıdır:

“Bizə mümkün qədər tez sülh gərəkdir, çünki qayıdış mümkün olmayan nöqtəni keçmişik... Bütün dünya fərqli olacaq, Rusiya da fərqli olacaq”.

Martın 7-də başqa bir rusiyalı maqnat Vladimir Lisin Novolipetsk şəhərində polad zavodunun (NLMK) işçilərinə bəyanatında deyib ki, Ukraynada itirilmiş həyatlar faciədir, bunu əsaslandırmaq çətindir.

NLMK-nin sədri və əsas səhmdarı olan Lisin münaqişənin həllindən ötrü dinc diplomatik səylər aparmağa çağırıb, müharibənin tezliklə dayandırılacağına ümidini bildirib.

Digər zəngin rusiyalı biznesmen Oleq Tinkov bəyan edib ki, daha milyarder deyil, sanksiyalar ucbatından xeyli pul itirib. O, jurnalistlərdən ona “oliqarx” deməməyi xahiş edib.

Ötən həftə Tinkov və digər üç rusiyalı maqnat – Mixail Fridman, Pyotr Aven və Aleksey Mordaşov münaqişəni dayandırmağa çağırıblar. Onlar da Qərbin sanksiyaları altındadır.

Martın 10-da Kanadanın Baş naziri Castin Trüdo 10 rusiyalıya sanksiya açıqlayıb, onların Ukraynanın əsaslandırılmayan işğalı ilə əlbir olduqlarını deyib. Siyahıda indiki və keçmiş hökumət rəsmiləri, oliqarxlar, Rusiya rəhbəliyinin tərəfdarları var.

Trüdo deyib ki, sanksiya tətbiq olunan şəxslər Rusiyada həbsdə olan müxalifətçi Aleksey Navalnının tərtib etdiyi siyahıdan seçilib.

25 iyun

01:10 - Ermənilər Laçındakı qaz borularını söküb Qaladərəsinə daşıyır01:05 - Neftin yenilənmiş büdcə qiyməti risk formalaşdırır? 01:00 - Tiflisdə aksiyalar başladı: Minlərlə insan şəhərin mərkəzinə toplaşdı - FOTOLAR 00:56 - Rusiya qazdan silah qismində istifadə edir...

24 iyun

18:34 - Rekord uduş fondlu, bol uduşlu "10"17:27 - Revanşistlər Xankəndiyə gəldi - Bakıya qarşı plan?16:47 - Rusiyaya casusluq edən deputat ifşa olundu16:05 - Rusiya şirkətlərinin Qarabağın bərpasına olan yüksək marağı nə ilə bağlıdır?15:20 - Azərbaycanda gənc narkomanların sayı açıqlandı15:17 - Azərbaycanla bağlı 907-ci düzəliş bu il də dayandırılır - Ermənilərə zərbə15:13 - "ATƏT-in Minsk qrupu fəaliyyətini dayandırıb" - Lavrov səbəbini açıqladı12:52 - Azərbaycanı işğal edən rus generalının Krımda sərgisi açıldı12:47 - Xəzəri işğal edən məmur villaları da söküləcək? - VİDEO 12:44 - Avropaya ixracın artması qazı bahalaşdıracaq? 11:14 - Rəsmi qəzet naziri "vurdu"11:10 - Türkiyə və Rusiya arasında kritik müzakirə - Ağ Evdən reaksiya09:48 - "Əgər Dağlıq Qarabağ Azərbaycanın tərkibində ola bilməz deyirsinizsə..."01:34 - "Putin NATO-nu dağıtmaq üçün Litvaya hücum edə bilər" - "Freedom" marafonu...01:30 - "Ukrayna, Moldova və növbəti mərhələdən əvvəl ev tapşırığını yerinə yetirməlidir" - Lyayen01:28 - "Azərbaycan Rusiyanın Cənubi Qafqazda mühüm müttəfiqidir" - Rusiya XİN

23 iyun

22:42 - Rusiya ilə NATO arasındakı daha bir gərginlik - Yeni cəbhə açıldı22:39 - Ermənistanın revanşist "Müqavimət" hərəkatı üzvləri Azərbaycan rayonlarını gəzdi - FOTO 22:36 - İlham Əliyev Müttəfiqlik Bəyannaməsindən nələr danışdı?19:39 - "Türk kəşfiyyatı İranın İsrail vətəndaşlarına sui-qəsd planını aşkara çıxarıb" - Yair Lapid19:36 - Ermənistanın müdafiə naziri Moskvaya niyə gedir?16:24 - İran ABŞ-dan 4,3 milyard dollar təzminat tələb edir16:21 - "Vəzifəyə getmək üçün arvadını boşayıb başqasının arvadını alır" - Sərdar Cəlaloğlu16:18 - "İran Rusiyaya qarşı tətbiq edilən sanksiyaların əleyhinədir" - İran XİN rəhbəri12:15 - "Ukraynada müharibə hələ uzun sürəcək" - NATO Baş katibi12:13 - Sərhəddə əməliyyat - Gülənin qardaşı qızı qaçarkən saxlanıldı