"Ukrayna üzərində uçuşa qadağa Üçüncü Dünya müharibəsinə gətirib çıxaracaq" - "The Independent" nəşri...

08 mart, 2022 00:37

ABŞ Senatının Respublikaçılar partiyasından olan üzvü Marko Rubio Ukrayna üzərində uçuşa qadağa qoyulmasını tələb edənlərə sərt xəbərdarlıq edib. Onun fikrincə, bu, yeni qlobal münaqişəyə səbəb ola bilər.

Bu barədə “The Independent” nəşrinə istinadla xəbər verir.

"Məncə, insanlar uçuşa qadağan zonanın nə demək olduğunu başa düşməlidirlər. Bu, sizin qəbul etdiyiniz və hər kəsin əməl etməli olduğu bir qaydaya bənzəmir. Bu, Rusiya Federasiyasının təyyarələrini vurmağa hazırlıqdır və əslində Üçüncü Dünya müharibəsinin başlanğıcıdır”, - deyə Floridadan olan senator bildirib.

“Açığını deyim ki, təkcə Ukraynada deyil, həm də Rusiya ilə Belarusda rusların yerləşdirdiyi hava hücumundan müdafiə sistemlərini sıradan çıxarmağa hazır deyilsinizsə, NATO təyyarələrini orada yerləşdirə bilməzsiniz”, - deyə Rubio izah edib.

Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski Vaşinqtonu ölkəsi üzərində uçuşa qadağan zona yaratmağa çağırıb. Nəşr xatırladır ki, hər iki partiyadan olan amerikalı qanunvericilər bu təşəbbüsü çox təhlükəli adlandırıblar, çünki bu, dünyanın iki aparıcı nüvə dövləti olan ABŞ və Rusiya arasında birbaşa münaqişəyə səbəb ola bilər.

Demokratlar da oxşar narahatlıqlarını ifadə ediblər. “The Independent” yazır ki, Zelenski ilə konqresmenlər arasında “Zoom” danışıqlarından sonra deputat Bred Şerman Ağ Ev tərəfindən hazırlanan uçuşa qadağan zonaya “daha ​​az təhlükəli alternativ” təklif edib. Şermanın sözlərinə görə, Zelenski ABŞ-dan daha müasir təyyarələr müqabilində Polşa və Rumıniyaya Sovet qırıcılarını Kiyevə köçürməyə icazə verməsini istəyib. "Bu, uçuşa qadağa zonasından daha təhlükəsizdir, çünki rusların amerikalılar tərəfindən öldürülməsini nəzərdə tutmur", - deyə o, Twitter-də yazıb.

Amma ideyanın tərəfdarları da var. “The Independent” yazır ki, NATO-nun Avropadakı keçmiş baş komandanı, ABŞ generalı Filip Bridlav Moskva ilə gərginləşən qarşıdurma riskinə baxmayaraq, Qərbin nə vaxtsa Ukrayna üzərində uçuşa qadağa zonası tətbiq etməli olacağını təklif edib.

25 iyun

01:10 - Ermənilər Laçındakı qaz borularını söküb Qaladərəsinə daşıyır01:05 - Neftin yenilənmiş büdcə qiyməti risk formalaşdırır? 01:00 - Tiflisdə aksiyalar başladı: Minlərlə insan şəhərin mərkəzinə toplaşdı - FOTOLAR 00:56 - Rusiya qazdan silah qismində istifadə edir...

24 iyun

18:34 - Rekord uduş fondlu, bol uduşlu "10"17:27 - Revanşistlər Xankəndiyə gəldi - Bakıya qarşı plan?16:47 - Rusiyaya casusluq edən deputat ifşa olundu16:05 - Rusiya şirkətlərinin Qarabağın bərpasına olan yüksək marağı nə ilə bağlıdır?15:20 - Azərbaycanda gənc narkomanların sayı açıqlandı15:17 - Azərbaycanla bağlı 907-ci düzəliş bu il də dayandırılır - Ermənilərə zərbə15:13 - "ATƏT-in Minsk qrupu fəaliyyətini dayandırıb" - Lavrov səbəbini açıqladı12:52 - Azərbaycanı işğal edən rus generalının Krımda sərgisi açıldı12:47 - Xəzəri işğal edən məmur villaları da söküləcək? - VİDEO 12:44 - Avropaya ixracın artması qazı bahalaşdıracaq? 11:14 - Rəsmi qəzet naziri "vurdu"11:10 - Türkiyə və Rusiya arasında kritik müzakirə - Ağ Evdən reaksiya09:48 - "Əgər Dağlıq Qarabağ Azərbaycanın tərkibində ola bilməz deyirsinizsə..."01:34 - "Putin NATO-nu dağıtmaq üçün Litvaya hücum edə bilər" - "Freedom" marafonu...01:30 - "Ukrayna, Moldova və növbəti mərhələdən əvvəl ev tapşırığını yerinə yetirməlidir" - Lyayen01:28 - "Azərbaycan Rusiyanın Cənubi Qafqazda mühüm müttəfiqidir" - Rusiya XİN

23 iyun

22:42 - Rusiya ilə NATO arasındakı daha bir gərginlik - Yeni cəbhə açıldı22:39 - Ermənistanın revanşist "Müqavimət" hərəkatı üzvləri Azərbaycan rayonlarını gəzdi - FOTO 22:36 - İlham Əliyev Müttəfiqlik Bəyannaməsindən nələr danışdı?19:39 - "Türk kəşfiyyatı İranın İsrail vətəndaşlarına sui-qəsd planını aşkara çıxarıb" - Yair Lapid19:36 - Ermənistanın müdafiə naziri Moskvaya niyə gedir?16:24 - İran ABŞ-dan 4,3 milyard dollar təzminat tələb edir16:21 - "Vəzifəyə getmək üçün arvadını boşayıb başqasının arvadını alır" - Sərdar Cəlaloğlu16:18 - "İran Rusiyaya qarşı tətbiq edilən sanksiyaların əleyhinədir" - İran XİN rəhbəri12:15 - "Ukraynada müharibə hələ uzun sürəcək" - NATO Baş katibi12:13 - Sərhəddə əməliyyat - Gülənin qardaşı qızı qaçarkən saxlanıldı