Rusiya səfiri Qarabağdakı separatçı qurumun tanınmasının ssenarisini açıqladı...

05 mart, 2022 10:44

Sergey Kopırkin: "Əvvəllər Rusiya Cənubi Osetiya və Abxaziyanı da Gürcüstanın bir hissəsi kimi tanıyırdı..."

Rusiyanın Ermənistandakı səfiri Rusiya Federasiyasının Qarabağdakı qondarma separatçı-terrorçu qurumun "müstəqilliyi"ni niyə tanımaması sualına cavab verib.

Erməni mediasının yaydığı məlumata görə, Rusiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopırkin Ermənistanın "Birinci kanalı"na müsahibəsində Moskvanın nə üçün "LXR" və "DXR", "Abxaziya" və "Cənubi Osetiya"nın müstəqilliyini tanıdığı, lakin "Artsax"ın  "müstəqilliyi"ni tanımadığı sualına cavab verib.  

“Ermənistan da Dağlıq Qarabağın müstəqilliyini tanımayıb. Bunun yeganə səbəb olduğunu düşünmürəm. Biz bilirik ki, Dağlıq Qarabağ məsələsi, ümumiyyətlə, uzun illərdir ki, üzərində iş aparılıb və davam etdirilməkdə olan mövzudur. Bu məsələdə bizim mövqeyimiz çox yaxşı məlumdur”, - deyə Kopirkin bildirib.

Onun sözlərinə görə, bu məsələ bütün tərəflərin maraqları nəzərə alınmaqla həll edilməlidir.

“Biz hər şeyi etmişik və edirik ki, bu həll yolu məhz belə şəraitdə  tapılsın. Cənubi Osetiya və Abxaziyaya gəlincə, əvvəllər Rusiya Cənubi Osetiya və Abxaziyanı da Gürcüstanın bir hissəsi kimi tanıyırdı. Tbilisinin Cənubi Osetiyaya təcavüzü baş verəndən, Rusiya sülhməramlılarına hücum edildikdən sonra müvafiq addımlar atılıb”, - deyə Kopirkin vurğulayıb.

"4 ildən sonra Qarabağdakı rus sülhməramlılarının taleyi necə olacaq" sualına isə səfir belə cavab verib:

“İndi mənim üçün 4 ildən sonra nə olacağı barədə danışmaq çətindir. Razılaşmalar var. Amma mən tam əminəm ki, sülhməramlıların qalma müddətini uzatmaq imkanları var. Düşünürəm ki, sülhməramlıların taleyi vəziyyətin necə inkişaf edəcəyindən, bütün tərəflərin mövqeyindən asılıdır”.

Diplomatın fikrincə, digər məsələlərlə yanaşı, "sülhməramlıların Qarabağda olmasını şərtləndirən vacib amili - erməni əhalisinin özünü təhlükəsizlik hiss etməsini də nəzərə almaq lazımdır".

25 iyun

01:10 - Ermənilər Laçındakı qaz borularını söküb Qaladərəsinə daşıyır01:05 - Neftin yenilənmiş büdcə qiyməti risk formalaşdırır? 01:00 - Tiflisdə aksiyalar başladı: Minlərlə insan şəhərin mərkəzinə toplaşdı - FOTOLAR 00:56 - Rusiya qazdan silah qismində istifadə edir...

24 iyun

18:34 - Rekord uduş fondlu, bol uduşlu "10"17:27 - Revanşistlər Xankəndiyə gəldi - Bakıya qarşı plan?16:47 - Rusiyaya casusluq edən deputat ifşa olundu16:05 - Rusiya şirkətlərinin Qarabağın bərpasına olan yüksək marağı nə ilə bağlıdır?15:20 - Azərbaycanda gənc narkomanların sayı açıqlandı15:17 - Azərbaycanla bağlı 907-ci düzəliş bu il də dayandırılır - Ermənilərə zərbə15:13 - "ATƏT-in Minsk qrupu fəaliyyətini dayandırıb" - Lavrov səbəbini açıqladı12:52 - Azərbaycanı işğal edən rus generalının Krımda sərgisi açıldı12:47 - Xəzəri işğal edən məmur villaları da söküləcək? - VİDEO 12:44 - Avropaya ixracın artması qazı bahalaşdıracaq? 11:14 - Rəsmi qəzet naziri "vurdu"11:10 - Türkiyə və Rusiya arasında kritik müzakirə - Ağ Evdən reaksiya09:48 - "Əgər Dağlıq Qarabağ Azərbaycanın tərkibində ola bilməz deyirsinizsə..."01:34 - "Putin NATO-nu dağıtmaq üçün Litvaya hücum edə bilər" - "Freedom" marafonu...01:30 - "Ukrayna, Moldova və növbəti mərhələdən əvvəl ev tapşırığını yerinə yetirməlidir" - Lyayen01:28 - "Azərbaycan Rusiyanın Cənubi Qafqazda mühüm müttəfiqidir" - Rusiya XİN

23 iyun

22:42 - Rusiya ilə NATO arasındakı daha bir gərginlik - Yeni cəbhə açıldı22:39 - Ermənistanın revanşist "Müqavimət" hərəkatı üzvləri Azərbaycan rayonlarını gəzdi - FOTO 22:36 - İlham Əliyev Müttəfiqlik Bəyannaməsindən nələr danışdı?19:39 - "Türk kəşfiyyatı İranın İsrail vətəndaşlarına sui-qəsd planını aşkara çıxarıb" - Yair Lapid19:36 - Ermənistanın müdafiə naziri Moskvaya niyə gedir?16:24 - İran ABŞ-dan 4,3 milyard dollar təzminat tələb edir16:21 - "Vəzifəyə getmək üçün arvadını boşayıb başqasının arvadını alır" - Sərdar Cəlaloğlu16:18 - "İran Rusiyaya qarşı tətbiq edilən sanksiyaların əleyhinədir" - İran XİN rəhbəri12:15 - "Ukraynada müharibə hələ uzun sürəcək" - NATO Baş katibi12:13 - Sərhəddə əməliyyat - Gülənin qardaşı qızı qaçarkən saxlanıldı