Müharibənin Azərbaycana gözlənilən təsiri - "Un yenidən bahalaşa bilər"

01 mart, 2022 12:36

Rusiyanın Ukraynaya qarşı başlatdığı hərbi əməliyyatlar bütün dünyanı ayağa qaldırdı. Ukraynaya siyasi dəstək nümayiş etdirən Qərb ölkələri və Amerika Birləşmiş Ştatları Rusiyaya ciddi sanksiyalar tətbiq etməyə başladı. Müharibədən çəkindirmə məqsədi daşıyan sanksiyalar Rusiya iqtisadiyyatına böyük zərbə kimi qiymətləndirilir. Sanksiyalar fonunda rusiyalı iş adamlarının ticari əməliyyatlarının və bu ölkənin xaricdəki bank hesablarının dondurulması külli miqdarda iqtisadi itkilərin yaranmasına zəmin yaradır.

Ekspertlər Rusiya vətəndaşlığını daşıyan iş adamları ilə bağlı həyəcan təbili çalırlar. Qonşu ölkədə bizneslə məşğul olanlar arasında azərbaycanlıların da olduğunu nəzərə alsaq, təəssüflə deyə bilərik ki, Rusiya-Ukrayna müharibəsi soydaşlarımızdan da təsirsiz ötüşməyəcək.

Bu barədə modern.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Rusiyaya qarşı kəskin sanksiyaların davamının gəlməsi qonşu ölkələrlə, o cümlədən Azərbaycanla ticari-iqtisadi əlaqələrə ciddi mənfi təsir göstərəcək.

Onun sözlərinə görə, Rusiyanın bütün banklarının beynəlxalq pul köçürmələr sistemi olan SWIFT-dən ayrılması qarşılıqlı pul köçürmələrini kifayət qədər azaldacaq:

“Ən azından prosesi çətinləşdirəcək və çox ciddi problemlər yaradacaq. Azərbaycanla Rusiya arasında 3 milyard 200 milyon - 3 milyard 300 milyon civarında ticarət dövriyyəsi var. Biz Rusiyadan daha çox mal alırıq, nəinki satırıq. Amma kənd təsərrüfatı məhsullarını satdığımız bazar Rusiyadır. Sanksiya genişləndikcə, Rusiya bazarında satılan məhsulların pulunun ödənilməsi və pul köçürmələri çətinləşəcək”.

Ekspert bildirib ki, ikinci məsələ taxıl və unun qiymətləri ilə bağlıdır:

“Müharibə fonunda taxılın qiymətləri yenidən bahalaşdı. Biz Rusiyadan ən çox taxıl alan ölkələrdən biriyik. İldə təxminən 700 min ton taxıl alırıq. Yəqin ki, taxılın qiymətinin artmasının şahidi olacağıq. Rusiya bizə daha baha qiymətə taxıl satmağa başlayacaq. Nəinki bizə, bütün dünyaya taxılı baha satacaq”.

N.Cəfərli xatırladıb ki, hazırda Rusiyada yüz minlərlə soydaşımız yaşayır, müharibə onların həyatından da təsirsiz ötüşməyəcək:

“Onlar hər il yüz milyonlarla dollar Azərbaycanda yaşayan ailələrinə vəsait köçürürdülər. İndi rublun (rus pulu-red) dəyər itirməsi, ciddi devalivasiyanın olması, Rusiyada gəlirlərin azalması, iş adamlarının problemlərlə üzləşməsi onların da gəlirlərinə mənfi təsir göstərəcək. Deməli, dolayı ilə onların Azərbaycana göndərdiyi vəsaitin azalmasının şahidi olacağıq. Bu da ciddi problemdir. Çünki Azərbaycanda on minlərlə ailə var idi ki, Rusiyadan gələn pula möhtacdır. Sosial problemlərini o vəsaitlər hesabına həll edirlər. İndi həmin vəsaitin kəskin azalması ailələrin sosial durumuna da ciddi mənfi təsir göstərəcək. Yəni müxtəlif sahələrdə təsirlər var”.

“Müəyyən fürsətlər də var. Əgər dolayı yolla 3-cü ölkələr tərəfindən sanksiyalar olmasa, yəni Rusiya ilə ticarət əlaqələri tamamilə kəsilməsə,  hətta indiki şəraitdə logistik mərkəz olmaq üstünlüyündən istifadə edərək yükdaşımalarda və müəyyən ticarət əlaqələrində vəsait qazana bilər. Hər şey sanksiyaların hansı dərinlikdə tətbiq edilməsi və davam etməsindən asılı olacaq”, - deyə ekspert vurğulayıb.

 

26 iyun

20:25 - Azərbaycan səfiri İran şirkətlərini Qarabağ və Şərqi Zəngəzura sərmayə yatırmağa çağırıb20:22 - AXCP fəalı Çapay Sadıqlı qətlə yetirildi20:18 - İlham Əliyev Kəlbəcərdə hərbi hissənin açılışını etdi11:49 - Üç türk ölkəsinin nazirləri Bakıda toplanır - Nələr müzakirə olunacaq? 11:47 - Azərbaycanın müdafiə xərcləri nə qədərdir?  - Rəqəmlər11:44 - "Ukraynada ABŞ komandoları döyüşür" - "The New York Times"01:17 - Rusiya müharibəni nə vaxt bitirəcək?01:07 - Dünyada yeni alyans: Avstraliya, Britaniya, Yeni Zelandiya, ABŞ və Yaponiya - Partners in the Blue Pacific01:04 - "Rusiya Belarusa "İskəndər-M" verəcək" - Putin

25 iyun

20:15 - İran atom elektrik stansiyası tikəcək 18:51 - Rusiyanın neft gəlirləri sürətlə artır - "The Washington Post"16:26 - "ABŞ müharibənin bitməsini deyil, Putinin devrilməsini istəyir..." - Qiora Aylend 16:21 - Rusiya daha bir ölkəni hədələdi - "Moldova hakimiyyəti lokomotivdən qabağa keçib"16:16 - Rusiya Belarus ərazisindən Ukraynaya raket zərbələri endirib13:03 - "İlk raketi Londona atacağıq..." - Rus general12:39 - "Kontakt Home"un problemli kreditləri - "Legal 12" şirkətinin "reket" əməlləri…12:25 - Ucuzlaşma anonsu verilir, vətəndaş inanmır...11:34 - İran Azərbaycana niyə hücumlar təşkil edir? - Detallar11:13 - Gürcüstan hökumətinə 1 həftə vaxt verildi...11:10 - Türkiyə qorxusu qonşunu hərəkətə keçirdi - Fransa ilə yeni hərbi anlaşma11:08 - Paşinyan medianın suallarına cavab verəcək11:06 - Azərbaycan-Naxçıvan bağlantısı ilə türkdilli ölkələrin əlaqələrini necə gücləndirmək olar?01:10 - Ermənilər Laçındakı qaz borularını söküb Qaladərəsinə daşıyır01:05 - Neftin yenilənmiş büdcə qiyməti risk formalaşdırır? 01:00 - Tiflisdə aksiyalar başladı: Minlərlə insan şəhərin mərkəzinə toplaşdı - FOTOLAR 00:56 - Rusiya qazdan silah qismində istifadə edir...

24 iyun

18:34 - Rekord uduş fondlu, bol uduşlu "10"17:27 - Revanşistlər Xankəndiyə gəldi - Bakıya qarşı plan?16:47 - Rusiyaya casusluq edən deputat ifşa olundu16:05 - Rusiya şirkətlərinin Qarabağın bərpasına olan yüksək marağı nə ilə bağlıdır?